Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-995/2023 24.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Şamil oğlunun maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi Şamil oğlunun iştirakı ilə, Ərizəçi Şamil oğlunun hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi Şamil oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı Qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-1367 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-1127A saylı Torpağın mülkiyyətə verilməsinə Şəhadətnamənin mərhum anası X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən mərhum anası X4 mülkiyyətinə 0,19 ha kənd təsərrüfatı təyinatlı və 0,20 ha həyət torpağı sahəsi verilmişdir. Qeyd edir ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsinə dair JN-1367 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-1127A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də təqdim edilmişdir. Mərhum anası X9 11 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir və o onun vərəsəsidir. Həmçinin qeyd edir ki, JN-1367 saylı torpağa mülkiyyət hüququna dair Döğvlət Aktında mərhum anası X4 ata adı İba kimi və JN- 1127A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ata adı İbad kimi qeyd olunmuşdur. Lakin, ölüm şəhadətnaməsində və nikahın bağlanması barədə arayışda düzgün olaraq İsa kimi qeyd olunmuşdur ki, bu da ona vərəsəlik hüququnun həyata keçirilməsində müəyyən problemlər yaratmışdır. Bu səbəbdən mərhumun adına “Çıxarış” alınması mümkünsüz olmuşdur. Lakin, göstərir ki, hər iki sənəd mərhum anası X6 aiddir, yəni X5 və X2 adına verilmiş torpaq sahəsi həqiqətən X13ma aiddir. Onu da qeyd edir ki, sözü gedən sənəd hüquqmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. Bununla əlaqədar olaraq “Çıxarış'” almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edib. Lakin DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsi mənə “Çıxarış” verməkdən imtina edib və 21 fevral 2023-cü il tarixli, 3-21 -3-42/2-1 -0007- 35/2023 saylı məktubla bildirildi ki, məhkəməyə müraciət etməlidir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlib. Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyin 13 fevral 2123-cü il tarixli, 231 və 233 saylı arayışları ilə də təsdiq olunur ki, torpaq sənədlərində adı qeyd olunan X10 və X7 adlı şəxs Vəndam qəsəbəsində olmayıb və hər iki İba və İbad adları İsa Kimi oxunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi Şamil oğlu ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1127A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən, X2 mülkiyyətinə 0.20 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1367 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli 19 saylı qərarına əsasən, X2 mülkiyyətinə 0.19 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.D tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli 231 saylı arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında JN- 1367 kod 40600048-də qeyd olunmuş X7 – X1 oxunmalıdır. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.D tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli 233 saylı arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadatnamədə Jn- 1127A kod 40600048-də qeyd olunmuş X7 – X1 oxunmalıdır. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli 3-16-5/7-İ-12-6/2023 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X8 nikahı haqqında 16 dekabr 1946-cı il tarixdə 36 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeyə alındığı yer Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə İsmayılov arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən 26 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ № 275306 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 09 oktyabr 2012-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X4 tam adı “X15” qızı olaraq qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.D tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli 232 saylı arayışdan görünür ki, İsmayılov X11 rayon Vəndam qəsəbəsndə qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin anasının mülkiyyətinə 0.20 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1127A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “X9” əvəzinə “X7” kimi və 0.19 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1367 (Kod: ********) nömrəli «Torpağa Mülkiyyət hüququna dair» Dövlət aktında “X9” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1127A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-1367 (Kod:********) nömrəli «Torpağa mülkiyyət hüuquna dair» dövlət aktının mərhum X6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-995/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-995/2023
24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver