Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-998/2020 06.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-1462F KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum nənəsi X8 məxsus olması hüquqi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu X15 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə mərhum nənəsi-X8 Qəbələ rayonu ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş və bu baradə JN-1462F, KOD 40601004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sonradan məlum olmuşdur ki, nənəsinin soyadı səhvən “Abdurəhmanova”, adı isə “Durnu” kimi yazılmışdır. Lakin doğum və ölüm haqqında Şəhadətnamələrdə, atasının doğum haqqında Şəhadətnaməsində və digər sənədlərdə nənəsin adı X2 yazılır. Nənəsi xx xxxx 2008-ci il tarixdə beyinə qansızmadan vəfat etmişdir. X1 xx xxxx 2019-cu il tarixində dəqiqləşdirilməmiş kəskin miokard infarktdan vəfat etdiyinə görə hazırda nənəsinin vərəsəsi kimi ona məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. Lakin Şəhadətnamədə nənəsinin soyadı və adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanmda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə Xidmətin 9 saylı X23 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıqların aradan qaldırılması barədə ərizə ilə müraciət etmiş, müvafiq xx xxxx 2020-ci il tarixli **********56 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1462F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X4 mülkiyyətinə 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 1949-ci il tarixli ИЕ № 263094 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxxx 1927-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, ata qrafasında X20, ana qrafasında X21 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1949-cu il tarixdə 677 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 59/69 saylı Ölüm haaqında arayışdan görünür ki, X10 xx xxxx 2008-ci ildə Qəbələ şəhərində ölmüşdür və bu bərədə ölüm haqqında akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 57/69 saylı Doğum haqqında arayışdan görünür ki, X5 xx xxxxx 1952-ci ildə Qəbələ şəhərində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X10 göstərilmiş və bu bərədə doğum haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 60/69 saylı Ölüm haqqında arayışdan görünür ki, X9 xx xxxxxx 2000-ci ildə Qəbələ şəhərində ölmüşdür və bu bərədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 61/69 saylı Ölüm haqqında arayışdan görünür ki, X5 xx xxxxx 2019-cu ildə Qəbələ şəhərində ölmüşdür və bu bərədə ölüm haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci ildə verilmiş 58/69 saylı Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxx 1991-ci ildə Qəbələ şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X11 göstərilmiş və bu bərədə doğum haqqında akt qeydləri kitabında 235 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər X24 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1589 saylı arayışından görünür ki, JN-1462F saylı KOD 40601004 olan Şəhadətnamədə hüquq sahibi olaraq adı qeyd olunmuş X4 adı texniki səhv olaraq düşmüşdür əslində “X10” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mərhum nənəsi X7 tam mülkiyyətinə 0,12 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1462F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X10” əvəzinə “X12” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1462F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçinin mərhum nənəsi – X8 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-998/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-998/2020
06.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver