Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-999/2020 01.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, paylı mülkiyyət hüququ əsasında verilmiş JN-2528F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə X1 inisialı göstərilmiş torpaq sənədinin paylı mülkiyyətçi kimi eyni zamanda mərhum X6 da məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X10 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarına əsasən onların ailəsinə, yəni ona və mərhum atası X6, X3 və X4 paylı mülkiyyət hüququ əsasında həyət torpağı verilmişdir. Paylı mülkiyyət hüququ əsasında verilmiş torpaq sahəsinə dair JN-2528F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də onlara təqdim olunmuşdur. Mülkiyyətçilərdən atası, mərhum X11 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. O və digər mülkiyyətçilər atası vəfat etdiyinə və torpaq sənədi ilə ölüm haqqında şəhadətnamə arasında mərhumun ata adında uyğunsuzluq olduğuna görə torpaq sənədini rəsmiləşdirə bilmirlər. Belə ki, JN-2528F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhumun ata adı Qurban, ölüm haqqında şəhadətnamədə isə Həsən yazılmışdır. Bu barədə “Çıxarış” almaq üçün DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinə müraciət etmişdir. Lakin oradan ona xx xxxx 2020-ci il tarixli, **********14 saylı imtina məktubu ilə cavab verilmişdir ki, məhkəməyə müraciət etsin. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Torpaq sənədi ilə ölüm haqqında şəhadətnamə arasında mərhumun ata adında uyğunsuzluq olduğuna görə o və digər vərəsələr vərəsəlik hüquqlarını həyata keçirərək adlarına “Çıxarış” alınmasında müəyyən problemlərlə üzləşmişlər. Çünki, qeyd etdiyi kimi mülkiyyətçilərdən birinin, yəni mərhum X5 ölüm haqqında şəhadətnamədə göstərilən ata adı ilə torpaq sənədində göstərilən ata adı arasında uyğunsuzluq vardır. Belə ki, torpaq sənədində mərhum ata adı Qurban, ölüm haqqında şəhadətnamədə isə ata adı Həsən kimi qeyd edilmişdir. Lakin, hər iki ad, yəni Qurban və Həsən adlarının hər ikisi X6 məxsusdur. Adları göstərilən sənədlər hüquqmüəyyənedici sənədlərdir və bu baxımdan həmin sənədlər mühüm əhəmiyyətə malikdir. Ona görə də, həmin sənədlərə aydınlıq gətirilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2528F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X7, X8, X9 və Ərizəçi ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxx 1971-ci il tarixli, AЗ seriyalı, 157316 nömrəli «evlənmək haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə Göyüşova Nazilə Bədir qızının xx xxxx 1971-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 8 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı, 268194 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 “hipertonik krir. Beynə geniş həcm qan sızma” xəstəliyindən xx.xx.2007-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 05 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 1976-ci il tarixli, İİİ-ЖГ seriyalı, 492613 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1976-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası Göyüşova Nazilə Bədir qızıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, JN-2528F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X7, X8, X9 və Ərizəçi birgə mülkiyyətlərinə verilmiş JN-2528F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədədə Ərizəçi mərhum atası X5 ata adı səhvən “Qurban” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X7, X8, X9 və Ərizəçi birgə mülkiyyətlərinə verilmiş JN-2528F nömrəli (kod:40601004) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin digər payçılarda birlikdə mərhum X6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-999/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-999/2020
01.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver