Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-101/2021 30.03.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi övladları Kubra və Məhtinin xx xxxxxx 2020-ci ildə doğulmaları və onların atalarının X10 olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qızı övladları Kubra və Məhtinin xx xxxxxx 2020-ci ildə doğulmaları və onların atasının X10 olması faktının müəyyən edilməsinə dair ərizə ilə Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi qızı izahat verərək göstərdi ki, Qobustan rayonunun Cəyirli kənd sakini X14 ilə xx xxxx 2018-ci il tarixdə toy edib evlənmiş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Əri Şükür xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Şükür vəfat etdiyi zaman 4 aylıq hamilə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə əkiz uşaqları olmuşdur. Qıza Kubra və oğlana isə Məhti adı vermişlər. Uşaqlar üçün doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmiş, lakin ona əri Şükür vəfat etdiyi üçün uşaqlara doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini demişlər. Ona görə də övladları Kubra və Məhtinin xx xxxxxx 2020-ci il tarixdə doğulmaları və onların atalarının X10 olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Övladları Kubra və Məhtinin xx xxxxxx 2020-ci ildə Qobustan rayonunun Cəyirli kəndində doğulmaları və X7 onların atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X4 izahatında göstərdi ki, Ərizəçi övladları Kubra və Məhtinin xx xxxxxx 2021-ci il tarixdə doğulmaları və onların atasının X10 olması faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizənin təmin edilməsinə etirazı yoxdur. X11 izahatında göstərdi ki, oğlu Şükürlə Türkanə 2018-ci il tarixdə toy edib evlənmişlər. Oğlu Şükür 2020-ci ilin sentyabr ayında arı sancması nəticəsində vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra 2020-ci ilin dekabr ayının 15-də əkiz uşaqları doğulmuşdur. Oğlu Şükürlə gəlini Türkanə arasında rəsmi nikah olmadığından uşaqlar üçün doğum haqqında şəhadətnamə ala bilmirlər. xx xxxxxx 2020-ci il tarixdə doğulmuş Kubra və X1 övladlarıdır. X3 izahatında göstərdi ki, X10 onun həmkəndlisi olmaqla bacısının kürəkəni idi. Şükür 2020-ci ilin sentyabr ayında arı sancması nəticəsində dünyasını dəyişmişdir. Şükür vəfat etdikdən bir neçə ay sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə biri qız, biri oğlan olmaqla əkiz uşaqları doğulmuşdur. Şahid X13 izahatında göstərdi ki, X10 onun oğludur. Şükür 2020-ci ilin sentyabr ayında arı sancması nəticəsində dünyasını dəyişmişdir. Onu yaşadıqları Cəyirli kəndində dəfn etmişlər. Şükür vəfat etdikdən bir neçə ay sonra, yəni xx xxxxxx 2020ci il tarixdə biri qız, biri oğlan olmaqla Şükürün əkiz uşaqları doğulmuşdur. Oğlu Şükürlə gəlini Türkanə arasında rəsmi nikah olmadığından uşaqlar üçün doğum haqqında şəhadətnamə ala bilmirlər. Nəvələri Kubra və Məhtinin ataları Şükür və anaları Türkanədir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Qobustan rayon İHB-nın Cəyirli kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx xxxxxx 2021-ci il tarixli 63 saylı arayışda göstərilir ki, Həzrətpur X6 rayonunun Cəyirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Qobustan rayon Cəyirli kənd sakinləri tərəfindən tərtib edilmiş və İHB-nin Cəyirli kənd inzibati dairəsi üzrə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qobustan rayonunun Cəyirli kənd sakini X10 ilə Ərizəçi xx xxxx 2018-ci ildə toyları olmuş, lakin rəsmi nikaha daxil olmamışlar. X10 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmiş, o vəfat edərkən arvadı Türkanə 4 aylıq hamilə qalmışdır. Doğulan uşaqların atası X8r. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 097484 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanlandığı xx xxxxxx 2021-ci il tarixli 05/Q- 39/11 saylı məktubunda göstərilir ki, xx xxxxxx 2020-ci il tarixdə doğulmuş övladlarının atası X10 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etdiyi üçün uşaqlara doğum haqqında şəhadətnamə vermək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS-103-**********13 və **********18 saylı doğum haqqında tibbi şəhadətnamələrdən görünür ki, Ərizəçi Bakı şəhərində M. Mirqasımov adına Respublika Klinik xəstəxanasının doğum şöbəsində xx xxxxxx 2020-ci il tarixdə saat 11:08-də və 11:10-da bir qız və bir oğlan uşağı doğmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi əkiz övladlarının xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində doğulmaları və onların atalarının X10 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 230, 233, 307, 308 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi əkiz övladlarının xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayonunun Cəyirli kəndində doğulmaları və onların atalarının X10 olması faktı müəyyən edilsin. Uşaqlara doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi xx xxxxxx 2020-ci il, soyadı Qurbanlı, doğum yeri Qobustan rayonunun Cəyirli kəndi, atası qrafasında X10, anası qrafasında Ərizəçi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-101/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-101/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Atalığın etiraf olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver