Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-109/2022 16.05.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəzi üzrə komissiyanın məsul katibi X7 iştirakı ilə, Ərizəçi 20 yanvar 1989-cu il tarixdə anadan olmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 20 yanvar 1989-cu il tarixdə anadan olmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərdi ki, 1976-cı ildə Ənvər Abdulaliyevlə rəsmi nikaha girərək evlənmişlər, birgə nikahdan doğulmuş uşaqları sağlam doğulsa da, 02 yanvar 1989-cu il təvəllüdlü qızı X8 anadan gəlmə “uşaq serebral iflici” diaqnozu xəstədir və İ qrup əlildir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. X24 rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət və prezident təqaüdü alır. Gülərin kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ailədə oğluna maddi və mənəvi köməklik göstərən şəxs odur, oğlunun bütün ehtiyaclarını o qarşılayır və ona qulluq edir. Qızı Gülərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 02 yanvar 1989-cu il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək göstərdi ki, Ərizəçi qızı Güləri uşaqlıqdan tanıyır, Gülər anadangəlmə xəstədir, hərəkət edə bilmir, əqli cəhətdən zəifdir, qulluğa ehtiyacı var. Məhkəmə iclasında şahid X6 izahat verərək göstərdi ki, Ərizəçi qızı Güləri uşaqlıqdan tanıyır, Gülər anadangəlmə xəstədir, hərəkət edə bilmir, əqli cəhətdən zəifdir, ona anası qulluq edir. Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəzi üzrə komissiyanın nümayəndəsi X12 izahatında göstərdi ki, X1 rayon mərkəzi xəstəxanası X21 poliklinika şöbəsində “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatda durur, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Şamaxı rayon Xilmilli kənd sovetliyinin 11 yanvar 1989-cu il tarixdə verdiyi XİV-JQ 295018 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 yanvar 1989-cu il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X22 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi xəstəxanası” X23 verdiyi 12 yanvar 2022-ci il tarixli 33 saylı arayışında göstərilir ki, X8 həqiqətən QRMX PHŞ-in polikilininka şöbəsində “Uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 verdiyi 13 aprel 2022-ci il tarixli 1233 saylı sənəddə göstərilir ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə körpəlik dövründə qızdırmalı hal keçirməsi, körpəlikdə uşaqda serebral iflic əlamətləri müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, bir neçə dəfə Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, “Uşaq serebral iflici” diaqnozu ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının PHŞ-nın poliklinika şöbəsində qeydiyyatda olması, ona İ qrup ömürlük əlillik təyin edilməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 onda müəyyən edilən uşaq serebral iflicinin əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. Müəyyən olundu ki, Ərizəçi 02 yanvar 1989-cu il təvəllüdlü qızı X8 anadan gəlmə “uşaq serebral iflici” diaqnozu ilə xəstədir və İ qrup əlildir. Gülər öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanası X21 poliklinika şöbəsində “uşaq serebral” iflici diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 02 yanvar 1989-cu ildə anadan olmuş X8 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 yanvar 1989-cu ildə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-109/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-109/2022
16.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver