Məhkəmə qərarları › İş №2(026)-112/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-112/2020

13.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-112/2020 13.07.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, ərizəçilər x5, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinin nümayəndəsi x1 iştirakı ilə, x5, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: x5, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 14 fevral 2001-ci il tarixdə verilmiş torpağın mülkiyyət hüququna dair JN-0064 nömrəli KOD 30712018 saylı Dövlət aktında “x3” barədə aparılan qeydin Ərizəçi1, “x2” barədə aparılan qeydin Ərizəçi2, “Ərizəçi4 Şahin oğlu” barədə aparılan qeydin Ərizəçi4 və “x7” barədə aparılan qeydin Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Hilmilli kəndində yaşayır. Qobustan rayonunda torpaq islahatı aparılan vaxt ona və 5 nəfər ailə üzvlərinə 20,11 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılmış və buna dair ailə başçısı x5 göstərilməklə mülkiyyət hüquqlarını təsdiq edən JN-0064 nömrəli KOD 30712018 saylı Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktında onun adı Şahin, Ərizəçi2 adı Vəzduhə, Ərizəçi4 ata adı Şahin, Ərizəçi3 adı isə Tərifə yazılmışdır. Onların adlarının və ata adının dövlət aktında düzgün yazılmaması onlara həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Ona görə də həmin sənədin onlara yəni, Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Ərizəçi3 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Dövlət aktını vermiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq mövcud deyildir, ona görə də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin aparılması mümkünsüzdür. Adlarının və ata adının torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında düzgün qeyd edilməməsi bir sıra sənədlərlə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ilə təsdiq olunur. Bu faktın müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsindən həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün lazımdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-0064 KOD 30712018 saylı Dövlət aktında “x3” barədə aparılan qeydin Ərizəçi1, “x2” barədə aparılan qeydin Ərizəçi2, “Ərizəçi4 Şahin oğlu” barədə aparılan qeydin Ərizəçi4 və “x7” barədə aparılan qeydin Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizəni müdafiə edərək Ərizəçi1 izahatı ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi x6 izahatında göstərdi ki, Ərizəçilər Ərizəçi1 və qeyrilərinin məhkəmədə olan hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılıb mahiyyəti üzrə həll olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid x4 göstərdi ki, Qobustan rayonunun Hilmilli kəndində yaşayır, ərizəçiləri yaxından tanıyır. Dövlət aktında ərizəçilər Şahidin adı səhv olaraq Şahin, Vəzuovanın adı Vəzduhə, Şamilin atasının adı Şahid əvəzinə Şahin, Turfənin adı isə Tərifə kimi yazılmışdır. Məhkəmə iclasında şahid x16 göstərdi ki, Qobustan rayonunun Hilmilli kəndində yaşayır. Dövlət aktında ərizəçilər Şahidin adı səhv olaraq Şahin, Vəzuovanın adı Vəzduhə, Şamilin atasının adı Şahid əvəzinə Şahin, Turfənin adı isə Tərifə kimi yazılmışdır.Bu faktı təsdiq edir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 XX.XX. 1941-ci ildə Qaradağ rayonunun Şıxlar kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1975-ci ildə Qobustan rayonunun Xilmilli kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi Azərbaycan Respublikası vətəndaşının AA 02688753 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1994-cü il tarixdə anadan olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin Ərizəçi1 ünvanlandığı 21 fevral 2020-ci il tarixli **********47 saylı məktubunda Qobustan rayon x12 11 fevral 1999-cu il tarixli 23 saylı qərarına əsasən onun ailə üzvlərinə verilmiş torpaq sahəsinə DTXK-nin Qobustan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 0064 kod 30712018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi səlahiyyəti müvafiq məhkəmə orqanlarının səlahiyyətinə aid olduğuna görə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan JN-0064 KOD 30712018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, x5 və onun 5 nəfər ailə üzvlərinə 20,11 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən olundu ki, Qobustan rayon x9 11 fevral 1999-cu il tarixli qərarı ilə x5 və onun 5 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 20,11 ha torpaq sahəsi verilmiş, həmin torpağa dair JN-0064 nömrəli KOD 30712018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktında səhvən Ərizəçi1 adı “x3”, Ərizəçi2 adı “x2”, Ərizəçi4 ata adı “Ərizəçi4 Şahin oğlu”, Ərizəçi3 adı “x17” qızı yazılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, torpağa Mülkiyyət Hüququna dair JN-0064 nömrəli KOD 30712018 saylı 14 fevral 2001-ci il tarixdə verilmiş Dövlət aktında “x3” barədə aparılan qeydin Ərizəçi1, “x2” barədə aparılan qeydin Ərizəçi2, “Ərizəçi4 Şahin oğlu” barədə aparılan qeydin Ərizəçi4 və “x7” barədə aparılan qeydin Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0064 nömrəli KOD 30712018 saylı 14 fevral 2001-ci il tarixdə verilmiş Dövlət aktında “x3” barədə aparılan qeydin Ərizəçi1, “x2” barədə aparılan qeydin Ərizəçi2, “Ərizəçi4 Şahin oğlu” barədə aparılan qeydin Ərizəçi4 və “x7” barədə aparılan qeydin Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar