Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-122/2020 14.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi, ərizəçilər X1 və Ərizəçi2 nümayəndəsi X2 iştirakı ilə ərizəçilər X1 və Ərizəçi2 cavabdeh maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinin qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X3 və Ərizəçi2 cavabdeh maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinin qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək sənədlərinin düz gəlmədiyi üçün ərizənin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Ərizəçi2 nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək ərizədə ziddiyyətlər olduğu üçün ərizənin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçilər X3 və Ərizəçi2 cavabdeh maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinin qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-122/2020
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-122/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver