Məhkəmə qərarları › İş №2(026)-126/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-126/2024

15.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-126/2024 15.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X2 iştirakı ilə, Ərizəçi 21 oktyabr 2005-ci ildə anadan olmuş övladı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 21 oktyabr 2005-ci ildə anadan olmuş övladı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 16 dekabr 2002-ci il tarixdə X9 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 21 oktyabr 2005-ci il tarixdə Elton adlı bir uşaqları anadan olmuşdur. Həyat yoldaşı Xəyalə 20 iyul 2010-cu il tarixdə ağciyər xəstəliyindən dünyasını dəyişmişdir. Hazirda başqa bir qadınla evlənmişdir. Oğlu Elton anadan gəlmə “uşaq serebral iflici, tetroplegik forma” xəstəliyi diaqnozu ilə İ qrup əlildir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. X18 rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət alır. Eltonun kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etməsi mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Oğluna köməklik göstərən odur. Eltonun bütün ehtiyaclarını o qarşılayır və ona qulluq edir. Övladı Eltonun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 21 oktyabr 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadə verərək göstərdi ki, Ərizəçi yaxşı tanıyır. Əlfağanın oğlu Elton anadan gəlmə serebral iflic xəstəsidir. Elton özü hərəkət edə bilmir, ona yemək verməsələr, ona qulluq etməsələr yerindən dura və yemək yeyə bilmir. Ona atası Əlfağa qulluq edir. X1 izahat verərək göstərdi ki, X12 anadangəlmə yataq xəstəsidir. Yeriyə və hərəkət edə bilmir. Elton xəstə olduğu üçün məktəbə də getməmişdir. Eltona atası Əlfağa qulluq edir. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 izahatında göstərdi ki, 21 oktyabr 2005-ci ildə anadan olmuş X12 anadangəlmə “uşaq serebral iflici” diaqnozu ilə İ qrup əlildir. Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət alır. X7 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı Yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-ın Nabur kənd icra nümayəndəliyi tərəfindən 14 fevral 2007-ci il tarixdə verilmiş AZ-İ 888533 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 21 oktyabr 2005-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X6r. Qobustan rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA5464330 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 21 oktyabr 2005-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə idarəsi Uşaq Nevroloji xəstəxanasının 928 saylı xəstəlik tarixində göstərilir ki, 21 oktyabr 2005-ci ildə anadan olmuş övladı X12 “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 verdiyi 09 aprel 2024-cü il tarixli 974 saylı ekspert rəyində göstərilir ki, X8 dərin əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. Elton Əmirovda qeyd olunan əqli gerilik anadangəlmə patologiya ilə şərtlənmiş, kobud nevroloji əlamətlər və psixi inkişafın ləngiməsi formasında özünü göstərir. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X12 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Müəyyən olundu ki, 21 oktyabr 2005-ci ildə anadan olmuş övladı X12 anadan gəlmə “uşaq serebral iflici” diaqnozu, dərin əqli gerilik, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə əlildir. Elton öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanasında “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 21 oktyabr 2005-ci ildə anadan olmuş X12 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 oktyabr 2005-ci ildə anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar