Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-141/2024 26.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 150 manat pulun alınıb ona verilməsi, Cavabdeh zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair Qobustan rayon məhkəməsinə iddia ərizəsi göndərmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh X5 2021-ci ilin yayından etibarən ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib orada əkin-biçin işləri ilə məşğul olmuşdur. Buna görə də Qobustan rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X2 həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Qobustan rayon məhkəməsinin 2(026)-39/2022 saylı, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaları qismən təmin olunmuş və iş üzrə cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bu qətnamə artıq qüvvəyə minmişdir. Bundan sonra, onlara dəymiş maddi ziyanın ödənilməsinə dair məhkəmədə iddia qaldırmış, Qobustan rayon məhkəməsinin 2(026)-17/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Lakin bu günədək Azərbaycan Respublikası adından çıxarılmış qətnamənin ona aid olan hissəsi tam təmin olunmamışdır. Maddi zərər tam ödənilməmişdir. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin torpaqda əkin-biçin işləri aparmağa cavabdeh Qənimət Yeylaqalıyev imkan verməmiş və orada texnikanın işləməsinə mane olmuşdur. Bu barədə ona Qobustan rayon icra və probasiya şöbəsinin icra məmuruna dəfələrlə şifahi və yazılı müraciətlər etmişəm. İcra məmuru ona Qənimət Yeylaqalıyevin hər dəfə bir-birindən fərqli izahatlar verərək gah onun orada torpaq sahəsinin olmadığını, gah da orada olan artıq yerin bələdiyyəyə məxsus olmasını bildirdiyini demişdir. Ona görə də Cavabdeh X5 tərəfindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 450 manat pulun alınıb ona verilməsi, cavabdehin zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması ödənilmiş dövlət rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon məhkəməsinin 2(026)-39/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 2004-cü ildə Aqrar İslahat Komissiyası tərəfindən iddiaçılar İddiaçı və X8 təhkim olunmuş və həmin vaxtdan əkibbecərdiyi torpaq sahəsindən çıxarılması, X3 100 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı, eləcə də Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına iddiaçılar tərəfindən ödənilmiş 141 manat alınıb iddiaçılar İddiaçı və X8 verilməsi qət edilmişdir. Qobustan rayon məhkəməsinin 2(026)-17/2023 saylı 13 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh dəymiş ziyana görə 1232 manat və 62 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçılar İddiaçı və X8 verilməsi qət edilmişdir. Müəyyən olundu ki, İddiaçı və X9 cavabdeh X4 qarşı onların istifadə etdikləri torpaqdan çıxarılması və ya Qənimət Yeylaqalıyevin həmin torpaqda qalmaqla onların bələdiyyə torpağına köçürülmələri, ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının X1 alınıb onlara verilməsi tələbləri Qobustan rayon məhkəməsinin 2(026)- 39/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq cavabdeh X5 2004-cü ildə Aqrar İslahat Komissiyası tərəfindən iddiaçılar İddiaçı və X8 təhkim olunmuş və həmin vaxtdan əkib-becərdiyi torpaq sahəsindən çıxarılması, X3 100 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı, eləcə də Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına iddiaçılar tərəfindən ödənilmiş 141 manat alınıb iddiaçılar İddiaçı və X8 verilməsi qət edilmişdir. Bundan əlavə iddiaçılar İddiaçı və X7 Cavabdeh onlara məxsus torpağı zəbt etdiyinə görə onlara vurulmuş maddi ziyanın əvəzi kimi 3136 manat pul, iddiaçının İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların səslənməsi nəticəsində keçirdiyi mənəvi-psixoloji sarsıntıya və iztiraba görə 1000 manat mənəvi ziyanın əvəzinin, ümumilikdə cəmi 4136 manat pulun və 62 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb onlara verilməsi tələbi də qismən təmin olunaraq Qobustan rayon məhkəməsinin 2(026)-17/2023 saylı 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh dəymiş ziyana görə 1232 manat və 62 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçılar İddiaçı və X8 verilməsi qət edilmiş və həmin qətnamələr qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Qobustan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi hazırda Qobustan rayon icra və probasiya şöbəsinin icraatındadır. Ona görə də İddiaçı qətnamələrin icrası ilə əlaqədar Qobustan rayon icra və probasiya şöbəsinə müraciət etməsi izah olunmalı və ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 150 manat pulun alınıb ona verilməsi, Cavabdeh zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsini iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. İddiaçı qətnamələrin icrası ilə əlaqədar Qobustan rayon icra və probasiya şöbəsinə müraciət etməsi izah olunsun və ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirələm. Quliyev
Məhkəmə qərarları › İş №2(026)-141/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-141/2024
26.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver