Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-18/2024 23.08.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin qaytarılması və maddi zərər tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8 il öncə onu aldadaraq şifahi icarə müqaviləsi əsasında ələ keçirdiyi cəmi 142,24 ha torpaq sahəsinin özünə qaytarılması və 8 il ərzində hər il üçün 10.000 (on min) manat vurulmuş maddi zərər olaraq, cəmi 80.000 (səksən min) manat pulun Cavabdeh tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü ilin sonu və 2015-ci ilin əvvəlindən başlayaraq, bu günə qədər gözlərinin görməməsindən sui-istifadə edərək şifahi razılaşmaları əsasında cavabdehǝ icarəyə verdiyi 35 hektar ərazidə olan torpaqları və 50 il müddətində icarəsində olan 100 hektar torpaq sahəsini cavabdehǝ icarəyə vermişdir. İcarǝdar Cavabdeh bu günə qədər heç bir icarə haqqı ödəməmiş və ona məxsus tikililəri sökmüş, hamsını sataraq talamışdır. Ona kənd təsərrüfatı məhsulları istehsalı üçün özünə məxsus olan fermer kəndli təsərrüfatına 35 hektar torpaq sahəsi Neftçala rayonu X1 tərəfindən 31 avqust 1994-cü il tarixdə, 29 saylı qərara əsasən rayonun Şirvan Kolxozu ərazisinə verilmişdir. Həmin təsərrüfatda iri və xırda buynuzlu heyvanlar saxlamaq üçün 4 ədəd tövlə və iki ədəd çoban evləri inşa etmişdir. Əlavə olaraq birlikdə onlara Neftçala rayon Tataraməhəllə kənd ərazisində ailə üzvüləri ilə ümumilikdə 7.24 hektar torpaq sahəsi ayrılmışdır. Ondan əlavə 2005-ci il tarixdə Neftçala rayon Mirzəqurbanlı bələdiyyəsi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün Mirzǝqurbanlı bələdiyyəsindən 50 il müddətində icarəsində olan 100 hektar torpaq sahəsini Cavabdeh Əhməd oğluna icarəyə vermişdir. Cəmi icarəyə verilmiş torpaq sahəsi 35 hektar, 7.24 hektar və 100 hektar cəmi, 142.24 hektar torpaq sahǝsini uzun müddətdir ki, birinci qrup əlil olan, onu dəfələrlə hədə qorxu gələrək, Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarına əməl etmədən onun icarəsində olan torpaq sahələrini qanunsuz Cavabdeh Əhməd oğlu icarə haqqı vermədən ələ keçirmişdir. İcarəyə verilmiş torpaq sahəsi 35 hektar, 7.24 hektar və 100 hektar olmaqla cəmi 142.24 hektar torpaq sahǝsini cavabdeh zorla əlində bu günə qədər saxlayır. Bu səbədən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-634/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə tərəflərin, eyni zamanda iddiaçını vəkili Vəkil iştirakı ilə onun vəsatəti təmin edilməklə iş üzrə Məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. 2024-cü ildə işə yeni 2(053)-18/2024 nömrəsi verilmişdir. 06 avqust 2024-cü ildə 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4876 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 08 avqust 2024-cü il tarixli qərardadları ilə mülki iş üzrə icraat təzələnərək məhkəmədə işin baxılma müddəti 02 (iki) ay müddətinə uzadılmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında məlumat göndərilmiş iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmişdir. İş üzrə cavabdehin bildirdiklərindən, eləcədə iş materialına əlavə edilmiş “Ölüm haqqında” şəhadətnamənin surətindən müəyyən olunmuşdur ki, İddiaçı 18 may 2024-cü il tarixdə ağciyər ürək çatmamazlığından Bakı şəhəri, Nəsimi rayonunda ölmüşdür. Cavabdeh məhkəmə hazırlıq iclası zamanı ərizə təqdim edərək İddiaçı ölümü ilə bağlı mülki iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən «iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə» hakim iş üzrə icraata xitam verir. Азярбайъан Республикасы МПМ-нин 262.1- ъи маддясиня ясасян «иş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır». Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə İddiaçı öldüyündən və onun vərəsələri müəyyən edilmədiyindən iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul dövlət büdcəsindən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261 – 264, 266 – 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin qaytarılması və maddi zərər tələbinə dair” iddiası üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qərardaddan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-18/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-18/2024
23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver