Məhkəmə qərarları › İş №2(102)-3033/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3033/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3033/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: “yaranmış maneələrin aradan qaldırılması, əldən çıxmış) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaranmış maneələrin aradan qaldırılması, əldən çıxmış fayda və ziyan barədə ilkin, Cavabdeh İddiaçı pul barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tar ixli 2(105)121/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayonu Hacıqaib kənd sakinləri X13, X16 və İddiaçı (bundan sonra mətndə ilkin iddia üzrə iddiaçı) mülkiyyətinə verilib.

2. İlk iddia üzrə iddiaçı xx.xx.1970-ci il tarixində anadan olmuş, şəhadətnamənin atası qrafasında X13, anası qrafasında X16 qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat 3.İlk iddia üzrə iddiaçı ilkin iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh Xutbəddin oğlunun (bu ndan sonra mətndə ilk iddia üzrə cavabdeh) torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən 1.40 ha torpaq sahəsindən çıxarılması, 2006-cı ildən 2020-ci ilə kimi bağ sahəsindən aldığı ortalama illik 2000 (iki min) manat olmaqla, 14 il ərzində əldə etdiyi 28000 (iyirmi səkkiz min) manat məbləğində əldən çıxmış fayda kimi ziyanın, dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən atası X7, anası X14 və ona kənd təsərrüfatı məqsədi ilə 1,40 ha torpaq sahəsi veri lmişdir. Həmin torpaq sahəsində meyvə ağacları vardır. Anası və atası yaşlı olduğundan bağ sahəsinə o baxaraq oradan gəlir əldə edir. 2004-2005-cı illərdə ailə vəziyyətiylə bağlı bağa baxa bilməyib. Artıq neçə il idi ki, bağ baxımsız vəziyyətdə olub. Bağa baxa bilmədiyi üçün onu satmaq qərarına gəlib. Lakin bağ baxımsız vəziyyətdə olduğundan onu satmaq üçün dirçəltmək lazım olub. Həmkəndlisi olan Cavabdeh Xutbəddin oğlu həmin bağı 2006cı ildə ona satmağı istəyib. Lakin bağ çox baxımsız olduğundan Cavabdeh Xutbəddin oğlu həmin bağa 2-3 il baxacaq, qulluq edəcək, gəlir əldə edərsə həmin bağı 6000 (altı min) dollara alaraq alqı-satqı edəcəkdi. Beh olaraq ona 800 manat pul da verib. Elə razılaşdığı kimi Cavabdeh Xutbəddin oğlu bir neçə il bağa qulluq etdi, ağaclar meyvə verdi. Daha sonra Cavab deh Xutbəddin oğluna alqı-satqı etməyi bildirsə də Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək nə bağın pulun vermirdi, nə də, bağı öz adına rəsmiləşdirmirdi. Bundan sonra 09 mart 2008-ci ildə anası X16, 05 iyun 2010-cu ildə atası X13 vəfat etdiyindən valideyn itkisinin verdiyi dərd səbəbindən bir neçə il o Cavabdeh Xutbəddin oğlundan nə pulunu tələb edə bilməyir, nə də o bağı sənədləşdirmək istəmir. Lakin 2006-cı ildən bəri Cavabdeh Xutbəddin oğlu həmin bağın meyvəsini sataraq gəlir əldə edir. İllərdir ki, cavabdeh 6000(altı min) dollar pulu verəcəyini deyərək alqı-satqını etmir. 5.İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X5 və anası X11 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.İlkin iddia üzrə cavabdeh qarşılığlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007ci ilin sentyabr ayında ona məlum olub ki, Quba rayonu Hacıqayıb kənd sakinləri cavabdeh İddiaçı, onun atası X13 və anası X3 Aktına əsasən özlərinin birgə mülkiyyətlərində olan 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,50 ha hissəsini satmaq istəyirlər. Bununla bağlı həmin torpaq sahəsinə baxıb, torpaq sahəsini bəyəndiyi üçün cavabdeh İddiaçı, onun atası X13 və anası X16 ilə qiymətdə razılaşıb 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) AZN-ə alıb. O, razılaşdığı həmin puldan 200 (iki yüz) AZN-i dərhal cavabdeh İddiaçı n əğd ödəyib. Qalan 900 (doqquz yüz) AZN pulu isə öz bağındakı alma məhsulunu satıb onlara çatdıracağı barədə razılaşıb. 2008-ci ilin mart ayında cavabdeh İddiaçı onun yanıma gələrək anası X11 vəfat etdiyini və buna görə də qalan 900 manatın onlara təcili lazım olduğunu bildirib. Həmin vaxt bağının alma məhsulunu hələ tam satıb qurtarmamışdı. Lakin buna baxmayaraq onlara borclu qaldığı 900 (doqquz yüz) AZN pulu düzəldib cavabdeh İddiaçı yanında onun atası X7 nəğd olaraq ödəyib. Həmin pullan cavabdeh İddiaçı, habelə onun atası X7 ödədiyi vaxt onun yanımda şahidlər də olub və həmin şəxslər bu faktı təsdiq edə bilərlər. Cavabdeh İddiaçı yoldaşı tərəfdən qohumumdur. Buna görə də onlara inandığı üçün torpaq sahəsinə görə onlara pulu alqısatqı müqaviləsi notariatda təsdiqlənməmiş verib. Cavabdeh İ ddiaçı, atası X13 və anası X16 ona bildirmişdilər ki, yaxın bir-iki ay vaxt ərzində alqısatqını notariatda rəsmiləşdirəcəklər. Lakin razılaşdığı bir-iki ay müddət qurtarandan sonra məlum olub ki, cavabdeh İddiaçı hansısa bankdan kredit götürmüş və həmin torpaq sahəsini ipoteka qoymuşdur. Beləliklə həmin vaxt alqı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi mümkün olmamışdır. 2007-cı ildə həmin 0,50 ha torpaq sahəsini aldığı zaman həmin sahədə bir neçə köhnə meyvə (alma) ağacları və bir qədər də təzə əkilmiş meyvə tingləri olub. O həmin köhnə ağacaları çıxarıb, oradakı meyvə tinglərindən əlavə təzə alma tinglərini əkib, həmin 0,50 ha torpaq sahəsinə bütünlüklə yeni alma bağı salıb. Ötən 14 il müddətində həmin ağaclara aqrotexniki qulluq, dərman və sair xərclər çəkməklə hər il azı 1000 (min ) manat, 14 il müddətində azı 14000 (on dörd min) manat həmin bağa xərc qoyub. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacını əkib, yetişdirib, hal-hazırda həmin ağaclar böyüyüb yetkin, bar verən ağaclar olublar. Ötən 14 il ərzində həmin 0,50 ha torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsində olmuşdur. Bu müddət ərzində cavabdeh İddiaçı, onun atası X5 və anası X11 həmin torpaqla əlaqədar ona qarşı heç bir tələbləri olmamışdır. Cavabdeh İddiaçı anası X16 2008-ci ildə, atası X13 isə 2010-cu ildə vəfat etmişlər. Onların vəfatından sonra da həmin torpaq sahəsi onun istifadəsində qalmış və cavabdeh İddiaçı həmin torpaqla əlaqədar ona heç bir tələbi, etirazı olmamışdır. Meyvə bağı təxminən axırıncı 1-2 ildir ki, məhsula çatmışdır və faktiki olaraq ötən 14 il ərzində həmin bağa hər il azı 1000 (min) manat xərc qoymuş, lakin hər hansı gəlir əldə etməmişdir. 2019-cu ildə cavabdeh İddiaçı xəstələnib və Bakı şəhərinə xəstəxanaya gedib ayağından əməliyyat olunması zəruriyyəti yaranıb. Bununla əlaqədar cavabdeh İddiaçı pulu olmadığı üçün onun bir qohumu kimi ona müraciət edib. O cavabdehi öz maşınıyla Bakı şəhərinə aparıb orada xəstəxanada ayağından əməliyyat etdirib. O cavabdeh İddiaçı müalicəsi ilə əlaqədar cəmi 800 (səkkiz yüz) manat xərc çəkib. Cavabdeh İddiaçı sağalıb kəndə qayıtdıqdan sonra yenidən onunla söhbət edib onlardan aldığı torpaq sahəsinin alqı-satqı müqaviləsini notariatda təsdiqlənməsini xahiş edib. Cavabdeh İddiaçı alqı-satqı müqaviləsini notariatda təsdiqləməyə razı olduğunu, lakin torpaq sahəsinə aid X25 kənd sakini X 8 olduğunu bildirib. O cavabdeh İddiaçı ilə birlikdə X9 yanına gedib. Məlum olub ki, cavabdeh İddiaçı Dövlət Aktı üzrə ona 0,50 ha torpaq satdıqdan sonra mülkiyyətlərində qalmış 0,90 ha torpaq sahəsini də qeyri-rəsmi olaraq Hacıqayıb kənd sakini X1. Onlar üçü birlikdə məsləhət edib cavabdeh İddiaçı və ailə üzvləri tərəfindən ona və X2 torpaq sahələri barədə alqı-satqı müqavilələrini birlikdə gedib notariatda təsdiqləmək barədə razılığa gəliblər. Lakin bir müddətdən sonra cavabdeh İddiaçı Dövlət Aktını vərəsəliyi qəbul etmək üçün lazım olduğunu bildirərək X6 geri götürmüş, nə onunla nə də ki, X15 ilə torpağın alqısatqı müqavilələrini notariatda təsdiqləməmişdir. Daha sonra isə cavabdeh İddiaçı onunla torpaq sahəsinin alqı-satqısmı notariatda təsdiqləməkdən imtina etmişdir. Cavabdeh İddiaçı ona qarşı ilkin iddiası ilə əlaqədar qeyd etmək istəyir ki, cavabdehin və ailə üzvlərinin adlarında olan 1,40 ha torpaq sahəsindən yalnız 0,50 ha onun qanuni istifadəsindədir. Lakin cavabdeh İddiaçı ona qarşı əsassız olaraq 1,40 ha torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmışdır. O cavabdehdən və ailə üzvlərindən aldığı həmin 0,50 ha torpaq sahəsini boşaltmağa o şərtlə razıdır ki, cavabdeh ona dəymiş zərəri tam olaraq ödəsin. Cavabdeh İddiaçı ona qarşı ilkin iddiasının ikinci hissəsinə gəldikdə isə həmin hissədə onun iddiasını ümumiyyətlə qəbul etmir. Ona görə ki, əvvəla həmin torpaq sahəsindən hər hansı xeyir əldə etməyib. Xərc qoyub həmin torpaq sahəsində alma bağı salıb. Alma ağacları indi-indi məhsula gəlir və o bundan sonra həmin bağdan xeyir götürmək niyyətində olub. Digər tərəfdən də o, həmin torpaq sahəsini cavabdehdən və ailə üzvlərindən satın alıb və həmin torpaq sahəsindən hər hansı xeyir əldə etsə də qanunla cavabdehə qaytarmalı deyil. Ona görə də cavabdehin ondan hər hansı məbləğdə əldən çıxmış gəlir və ya ziyan tələb etməsi əsassızdır. O, cavabdeh İddiaçı,onun atası X4 və anası X10 0,50 ha torpaq sahəsini 1100 (bir min bir yüz) AZN-ə alsa da, hal- hazırda torpaq sahələrinin qiymətləri dəfələrlə bahalaşmışdır. Hal-hazırda Quba rayonunun Hacıqayıb kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin dəyəri 10.000-12.000 AZN təşkil edir. Ona görə də o həmin 0,50 ha torpaq sahəsinin dəyəri olaraq cavabdeh İddiaçı 12.000 (on iki min) manat tələb edir. Mən, həmin 0,50 ha torpaq sahəsində 360 (üç yüz altmış) ədəd alma ağacının aqrotexni ki qulluq, dərman və sair xərclər çəkməklə yetişdirilməsinə qoyduğum 14000 (on dörd min) manat xərclərimi cavabdeh İddiaçı geri tələb edirəm. Bundan əlavə cavabdeh İddiaçı Bakı şəhərində ayağından əməliyyat olunarkən cavabdehdən ötrü onun çəkdiyi 800 (səkkiz yüz) manat müalicə xərcini də cavabdeh İddiaçı geri tələb edir və Cavabdeh İddiaçı 26800 (iyirmi altı min səkkiz yüz) manat alınıb ona qaytarıldıqdan sonra onun istifadəsində olan və cavabdeh İddiaçı, onun atası X5 və anası X11 adlarında olan 0,50 ha torpaq sahəsinin cavabdeh İddiaçı qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 7.Şahid, meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri dosent Şahid bildirdi ki, hazırki iş üzrə iki rəyin verilməsində iştirak edib. İlkin rəyin verilməsində İddiaçı müraciət i ilə əlaqədar, özünün iştirakı ilə birgə bağa baxış keçirilib və bağ sahəsində gördüklərini qeyd edərək, rəy verilib. İkinci dəfə hazırki iş üzrə tərəflərin və meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi Babakişi Quliyevin iştirakı ilə bağ sahəsində olub və orda ona məlum olub ki, birinci dəfə ona İddiaçı tərəfindən göstərilən bağ sahəsilə ikinci dəfə baxdıqları ərazi tamamilə fərqli sahələrdir. Aydın olub ki, İddiaçı ona başqa ərazini göstərib. Onlar ikinci dəfə ərazidə baxış keçirərkən 1.40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində əkilmiş meyvə ağaclarının əkmə vaxtı, sayı, növü, əkmə xərcləri, ümumi xərcləri və əldə olunmuş gəlirləri, bir sözlə meyvə bağının salınması üçün bütün prosseslərin aparılmasında çəkilən xərclər bazar qiymətinə uyğun h esablanaraq rəy verilib. 8.İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X22 ilkin iddia ərizəsini müdafə edərək, bildirdi ki, mülki işlə bağlı verilən mütəxıssis rəyləri ilə razılıaşmır, mütəxəssis qiymətlərlə əlaqədar mötəbər sübut təqdim etməyib, həmin rəydə gavalı ilə bağlı heç bir qeyd aparılmayıb, gavalı yığılıb satılıb, lakin əldə olunan gəlir barədə heç bir məlumat yazılmayıb. Cavabdeh alqı-satqı etmədən neçə illərdir başqassının mülkiyyətinə məxsus bağdan istifadə edir, meyvəsini yığıb satır ordan mənfəət əldə edir, Bu illər ərzində bağı öz adına sənədləşdirməyib, dedikləri kimi bağı alıbsa niyə bu günə kimi sənədləşdirilməyib? Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddianın rədd edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etdi.

9. İddiaçı həmçinin qarşılıqlı iddia t əlblərinə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

10. İlkin iddia üzə iddiaçının sifarişi ilə verilmiş Meyvəçilik və X24 İnstitutunun 07 dekabr 2021-cil tarixli rəyinə əsasən bağda olan 300 ədəd məhsuladar alma ağaclarından (“Simirenko reneti” sortu) 10 il istismar müddəti ərzində 60 ton meyvə məhsuıu əldə etmək mümkündür.

11. İlkin iddia üzrə cavabdehin sifarişi ilə verilmiş Meyvəçilik və X24 İnstitutunun 10 dekabr 2021-cil tarixli rəyinə əsasən Cavabdeh tərəfindən 0,50 ha meyvə bağının salınmasına 1835 manat, cavan və məhsuldar alma, gavalı və alça bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 17532 manat, məhsuun yığılması və daşınmasına isə 984 manat, cəmi 20351 manat maliyyə vəsaiti xərclənə bilər. 12. “Aynur” kiçik müəssisəsinin 08 dekabr 2021-ci il tarixli ar ayına əsasən 1 kq simirenko almasının topdansatış qiyməti 0,40 manat, pərakəndə satışqiyməti 0,50-0,60 manatdır.

13. Məhkəmə-iqtisad və əmtəəşünaslıq ekspertizasi təyin etmişdir və Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 7/510; 9/3584 nömrəli ekspert rəyinə görə: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq ElmiTədqiqat İnstitutunun Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri a.e.ü.f.d., X20 işçisi Şahid və Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi, a.e.ü.f.d., X20 işçisi Babakişi Quliyev tərəfindən 28 fevral 2022-ci il tarixli 24 №li məktubu ilə verilən mütəxəssis rəyinə (səhifə 80-82) əsasən Quba rayonu Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0,50 ha hissəsində 2008-ci ildə 5x4 m əkin sxemi ilə alma bağı əkilmişdir. Həmin alma bağında 2016-cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça bitkiləri əkilmişdir. Həmin sahədə cəmi 172 ədəd alma ağacının 147 ədədi “Simirenko reneti”, 11 ədədi “Qolden Delişes”, 2 ədədi “Qızıl Əhmədi”, 3 ədədi “Qrani Smit”, 6 ədədi “Cırhacı” və 3 ədədi “Şampan reneti” ağaclarıdır; bağ sahəsində 2016-cı ildə sıxlaşdırılma yolu ilə əkilmiş gavalı və alça bitkilərindən cəmi 190 ədəd olduğu müəyyən edilib. Bağda sortlar üzrə 108 ədəd “Xurmayı Vengerka” və 44 ədəd “Adi Vengerka” gavalı, həmçinin 38 ədəd “Rəcəbli” alça sortlarının ağacları vardır. Həmin sahədə şumlama, diskləmə, malalama, hamarlanma, cərgə və ağac yerlərinin nişanlanması, çalaların qazılması (400 ədəd) tinglərin əkilməsi (400 ədəd), mıxçaların vur ulması, tinglərin bağlanması, əkilimiş bağın suvarılması, tinglərin düzəldilməsi kimi aqrotexniki qulluq işləri görülmüşdür; Quba rayonu, Hacıqayıb kəndində yerləşən 1,40 ha torpaq sahəsinin mübahisə edilən 0.50 ha hissəsində yeni meyvə bağının əkilməsi xərcləri aşağıdakı kimi müəyyən edillib: sahənin şumlanması, disklənməsi, malalanması, hamarlanması, cərgə və ağac yetərinin nişanlanması-265 manat; çalaların qazılması (400 ədəd), tinglərin əkilməsi (400 ədəd), mıxçaların vurulması və tınglərin bağlanması-560 manat, əkilmiş bağın suvarılması və tinglərin düzəldilməsi-10 manat, meyvə tinglərinin qiyməti (400 x 2,5 manat)-1000 manat olmaqla cəmi 1835,0 manat. məhsula düşənə kimi cavan alma bağına aqrotexniki becərmə tədbirləri və xərcləri, 5 ildə cəmi 4900 manat. Məhsuldar alma bağına aqrote xniki becərmə tədbirləri xərcləri 8 ildə cəmi 12632 manat. 0,50 ha sahədə alma və gavalı bağlarının salınması, həmin bağlara 13 il ərzində aqrotexniki qulluq işlərinin yerinə yetirilməsi üçün təxmini olaraq cəmi 19367 manat maliyyə vəsaiti xərclənə bilər; 0,50 ha bağda olan 170 ədəd məhsuldar alma ağaclarından, onların ilkin məhsuldarlıq dövrü olan 8 il ərzində orta hesabla bir ağacdan təxmini olaraq 18,0 kq meyvə məhsulu yığmaq mümkündür; bunu əsas götürərək 172 ədəd ağacdan bir ildə 3096 kq, 8 ildə isə 3096x 8 il = 24768 kq meyvə məhsulu istehsal etmək olar, alma məhsulunun bir kiloqramının orta satış qiyməti 0,30 manat olmaqla, 8 il ərzində istehsal edilmiş 24768 kq məhsuldan cəmi 24768 kq x 0.30= 7430,0 manat məbləğində maliyyə vəsaiti əldə etmək mümkündür; - sıxlaşdırılmada əkilmiş ga valı və alça ağacları cavan yaşda olduğuna görə məhsula düşməmiş və onlardan təsərrüfat əhəmiyyətli məhsul istehsal edilməmişdir. 8 il ərzində istehsal edilmiş 24768 kq meyvə məhsulunun yığılmasına 594,5 manat, yüklənməsi, boşaldılması və nəqliyyata daşınmasına 402,0 manat, cəmi 996,5 manat maliyyə vəsaiti xərclənə bilər; - ümumiyyətlə, 0,50 ha meyvə bağının salınmasına-1835,0 manat, cavan və məhsuldar alma, gavalı və alça bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 17532,0 manat, məhsulun yığılması və daşınmasına isə -996,5 manat, cəmi 20363,5 manat maliyyə vəsaiti xərclənə bilər bağda olan 300 ədəd məhsuladar alma ağaclarından (“Simirenko reneti” sortu) 10 il istismar müddəti ərzində 60 ton meyvə məhsulu əldə etmək mümkündür.

14. Quba Rayon Məhkəməsinin (bundan sonra - biri nci instansiya məhkəməsi) 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli (hakim İlqar Məmmədov) qətnaməsi ilə, ilkin iddia qismən təmin edilmiş, Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD 30313088 nömrəli Dövlət Aktına əsasən 1,40 ha torpaq sahəsinin 0,50 ha hissəsindən çıxarılması, 7430 (yeddi min dörd yüz otuz) manat məbləğdə əldən çıxmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin ilkin iddia üzrə cavabdehdən tutulub ilkin iddia üzrə iddiaçıya verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçıdan 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub ilkin iddia üzrə cavabdehə verilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə müəyyən etmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN 1 71 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 17 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.40 ha torpaq sahəsi Quba rayonu, Hacıqaib kənd sakinləri X13, X16 və İddiaçı mülkiyyətinə verilib. X13, X16 vəfat etmişdir. İddiaçı bağ baxımsız olduğundan, bağa baxa bilmədiyindən 2006-cı ildə bağı satmaq adıyla həmin sahəni Cavabdeh istifadəsinə vermiş, lakin aralarında heç bir rəsmi sənədləşmə, alqı-satqı işləri aparılmamışdır və bu günə kimi də həmin sahədən Cavabdeh istifadə edir.

16. Qarşılığlı iddia üzrə isə birinci instansiya məhkəməsi müəyyən edib ki, Cavabdeh 2006-cı ildən Torpağa mülkiyyət hüququna dair JN 171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Hacıqaib kənd sakinləri X13, X16 və İddiaçı məxsus 1.40 ha torpaq sahəsindən 0.50 ha hissəsini mülkiyyətçilərlə razılaşaraq alıb istifadə edir. 1.40 ha alma bağının mübahisə edilən 0,50 ha hissəsində 2016-cı ildə cərgə aralarında sıxlaşdırma işi aparılmaqla, gavalı və alça qələmləri əkib, bağ görkəminə salıb. Aralarında şifahi razılaşmaya baxmayaraq, həmin sahəni öz adına rəsmləşdirməyib.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci, Mülki Məcəllənin 21.1, 152.1, 157.4ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

18. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti ve rərək, birinci instansiya məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya instansiyası vurğulamışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin ziyan hissəsi və qarşılıqlı iddia tələbinin pul vəsaitinin tutulması hissəsində gəldiyi nəticə əsassızdır. Ona görə ki, cavabdeh onun 2006-cı ildən hazıra kimi bağ sahəsini isitifadə edib, oradan meyvə məhsulu dərib, orada heç bir alma qələmi əkməyib, orada alma qələmini əkməsinə dair sübut yoxdur. Yalnız alma ağaclarının arasında gavalı qələmi əkmiş, həmin gavalı qələmlərindən şəkillərdən də göründüyü kimi məhsul almışdır; məhkəməyə hər bir al ma ağacının təxmini olaraq 20 kiloqram meyvə məhsulu gətirməsi barədə mütəxəssis rəyini təqdim etmişdir. Halbuki hər alma ağacı orta hesabla 20-100 kiloqram arasında meyvə məhsulu gətirir. Bundan başqa, almanın kiloqramının topdan satış qiymətinin 0,40 manat, pərakəndə satış qiymətinin isə 0,50-0,60 manat olması barədə Quba bazarında fəaliyət göstərən “Aynur" Kiçik müəssisəsindən arayış almışdır. Beləliklə məhkəmə heç bir əsas və sübut olmadan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat institunun verdiyi rəyə əsasən qətnamə qəbul etmişdir. Halbuki həmin rəy verilərkən həqiqətən alma ağacının hər il 18 kiloqram meyvə gətirməsi və onun 2006-ci ildən bu vaxta kimi kiloqramının 0,30 manata satılmasına dair heç bir mötəbər sübuta istinad olunmamışdır; 17 iyun 2022-ci il tarixli ekspert rəyi də həmin mütəxəssis rəyinə əsaslanmış, özü müstəqil olaraq araşdırma aparmamışdır. Yalnız onlara daxil olan mütəxəssis rəyini təsdiqləməklə işi bitmiş hesab etmişdir. Haradan müəyyən olunmuşdur ki, alma ağacının hər il 18 kiloqram meyvə gətirir və onun 2006-ci ildən bu vaxta kimi kiloqramı 0,30 manata satılır; bundan əlavə, alma ağaclarının arasında əkilən artıq iki ildən çoxdur ki, meyvə gətirən 190 ədəd alça və gavalı ağaclarının gətirdiyi meyvələrə görə əldə ediləcək gəlirlər hesablanmamışdır. Halbuki məhkəməyə təqdim etdiyi fotoşəkildən də görünür ki, gavalı ağaclarında kifayət qədər meyvə vardır və onların 3 kiloqramı ən azından 0,40-1 manat aralığında satılır; məhkəməyə mütəxəssis rəyində göstərilənlərin əksinə olaraq alma və gavalı meyvəsi nin hektara nə qədər məhsul gətirməsi, onların qiymətləri barədə internet resurslarından çap etdiyi məqalələr və elmi araşdırmaları təqdim etsə də, məhkəmə buna əhəmiyyət verməmiş, mütəxəssis rəyinin həmin bu araşdırmalar fonunda nə qədər əsaslı olmasına qiymət verməmişdir; - məhkəmə tərəfindən iddiaçının 2006-cı ildən bu vaxta kimi əldən çıxmış fayda kimi çox az miqdarda ziyan dəydiyini hesablamaqla qətnamə qəbul etmiş, cavabdehin onun hesabına əsasız varlanmasına göz yummuşdur; - qarşılıqlı iddia da tamamilə əsassızdır və rədd olunmalıdır. Cavabdeh ondan heç bir pul məbləği tələb edə bilməz. Ona görə ki, qarşılıqlı iddia tələbinin əksinə olaraq cavabdehin həmin bağ sahəsində 170 ədəd meyvə ağacı əkməsi heç nə ilə sübut olunmur. Hansı ki, həmin ağaclar bağ sahəsini cavabdehə satmamışdan q abaq və ondan əvvəl əkdikləri ağaclardır, cavabdehin bağ sahəsinə ağacların əkməsinə dair heç bir sübutu yoxdur, iş üzrə verilmiş mütəxəssis rəyində də, ağacların cavabdeh tərəfindən əkilməsi ilə bağlı heç bir sübut yoxdur və ola da bilməz. Çünki bağ sahəsindəki alma ağaclarını cavabdeh əkməmişdir; əkilməmiş alma ağaclarına görə ağacların əkilmə xərclərini hər hansı sübut olmadan müəyyən edilməsi əsassızdır. Heç bir əsas olmadan alma və digər meyvə ağaclarına qulluq etməyə görə 20363,5 manat pul xərclənməsinin qeyd edilməsi əsassızdır. Həmin pulun xərclənməsi ilə bağlı heç bir sübut yoxdur və ekspert rəyinə də xərclənib deyil, xərclənə bilər yazılmışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-221/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli (hakimlər L.E.Rəhimli (sə drlik edən və məruzəçi), L. M. Məmmədova, A.A. Mahmudov) qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(027)-127/2022 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edilmiş İddiaçı 20363 manat 50 qəpik məbləğdə pul vəsaitinin tutulub Cavabdeh verilməsi hissəsi ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməyən hissədə düzgün hüquqi nəticəyə gəlsə də, qarşılıqlı iddia tələbini qismən təmin etməklə səhvə yol vermişdir. Belə ki, ilkin iddia və qarşılıqlı iddia ərizələrində qoyulmuş tələb lərdən və onların əsaslandırmasından məlum olmuşdur ki, hazırkı mübahisənin predmetini iddiaçı və cavabdeh tərəfin torpaq üzərindəki hüquqlarının həqiqiliyinin mübahisələndirilməsi deyil, ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz meyvə bağı salınaraq gəlir məbləği müəyyən edilməsi və həmin torpağa meyvə ağaclarının əkilməsi, aqrotexniki qulluq işlərinin görülməsi, habelə yeni meyvə bağının əkilməsi xərclərin müəyyən edilməsi və həmin xərclərin kimə aid edilməsi təşkil edir.

22. İşdən görünür ki, İddiaçı gələcəkdə alqı-satqı müqaviləsi bağlamaq məqsədi ilə ona məxsus 1,40 ha torpaq sahəsindən 0,5 ha olan hissəsini ilkin iddia üzrə cavabdehin istifadəsinə vermiş, lakin tərəflər arasında mübahisəli torpaq sahəsinə dair qiymətlə bağlı razılıq əldə olunmadı ğından, torpağa dair hər hansı müqavilə bağlanılmamışdır.

23. İlkin iddia üzrə cavabdeh tərəfindən həmin meyvə ağaclarının əkilməsi və aqrotexniki qulluq işlərinin görülməsi üçün vəsaitin sərf edilməsi halına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin maddənin tələbi baxımından Cavabdeh Xutbəddin oğlu ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malikdir.

24. Apellyasiya inst ansiyası məhkəməsi onu da vurğulayıb ki, ağacların uzun müddətdən sonra çıxarılaraq yerinin dəyişdirilib əvvəlki məhsuldarlıq əldə edilməsinin qeyri-mümkün olacağı halında vicdanlı sahib qeyd edildiyi kimi əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh mübahisəli torpaq sahəsinin dəyərindən dəfələrlə artıq məbləğdə ziyanın ödənilməsini tələb edir ki, bu da mülki qanunvericiliyin normalarının pozulmasına səbəb olur.

25. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın apellyant tərəfindən mübahisələndirdiyi təmin edilməyən hissəsinə hüquqi qiymət verərək, göstərib ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilən ekspertizanın nəticəsinə görə, 0,50 ha bağda olan alma ağaclarından onların ilki n məhsuldarlıq dövrü olan 8 il ərzində orta hesabla 7430,0 manat məbləğində maliyyə vəsaiti əldə etməsi müəyyən olunmuşdur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan, birinci instansiya məhkəməsi qətnaməsində ilkin iddianın təmin edilməyən hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokol 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1., 152.2, 152.3, 157.2, 157.5, 157.7-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.2, 56.9, 66.1., 84, 111-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

27. İlkin iddia üzrə cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instasiyası məhkəməsinin 2(105)-221/2023 nömrəli, 8 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2434/2023 nömrəli (hakim A. Abbasov (sədrlik edən və məruz əçi), hakimlər Z. Əliyev və V. Məmmədov) qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(105)-221/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən gəldiyi nəticəni Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən onunla əsaslandırıb ki, həmin maddənin tələbi baxımından Cavabdeh ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malikdir. Gəlinən nəticədən belə qənaət hasil olur ki, apellyasiya instansi yası məhkəməsi qarşılıqlı iddia üzrə Cavabdeh Mülki Məcəllənin 157.7-ci maddəsinə yaxşılaşdırmaları özündə saxlaya bilməsi nəticəsinə gəlibsə, demək məhkəmə onun vicdanlı sahib olmasını və meyvə ağacı əkməklə torpaq sahəsində yaxşılaşdırma işlər aparmasını da qəbul etmişdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini (qarşılıqlı iddiaçının ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malik olması) Mülki Məcəllənin 135.4-cü maddəsi baxımından əsaslı hesab etmir. Qeyd edilən normaya görə torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İşin müəyyən edilmiş hallarına görə cavabdeh 0,50 ha torpaq sahəsində çoxillik əkmələr olan meyvə ağacları əkmişdir. Nəzərə alınsa ki, Mülki Məcəllənin 135.4-cü maddəsi çoxillik əkmələri də torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyekt kimi daşınmaz əşya hesab edir, belə olan halda, apellyasiya instansiyası məhkəməsi Cavabdeh ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsi və ya özündə saxlaması hüququna malik olmasını qeyd etməklə həmin normanın tələblərin pozmuşd ur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi ağacların əmlaka zərər yetirilmədən çıxarılaraq başqa yerə köçürülməsini mümkün sayarkən gəldiyi bu nəticəni də qətnamədə əsaslandırmamış, çoxlu sayda meyvə ağaclarının onlara zərər vurulmadan bir yerdən çıxarılıb başqa yerə əkilməsinin müvafiq torpaq sahəsi və sonrakı yetişdirilmə imkanı baxımından mümkünlüyünü və ağlabatan olub-olmamasını müəyyən etməmiş, üstəlik, ağacların uzun müddətdən sonra çıxarılaraq yerinin dəyişdirilib əvvəlki məhsuldarlıq əldə edilməsinin qeyri-mümkün olacağı halını da qeyd etməklə, özü də bu yaxşılaşdırmanın ayrıla bilən yaxşılaşdırma olmasına şübhə ilə yanaşmışdır.

30. Həmçinin işdən ağacların sayı və növü, onların (və ya onlardan hansının) kim tərəfindən əkilməsinin müəyyən edilməsi görünmür. Qarşılıqlı idd iaçı 0,50 ha torpaq sahəsində 360 ədəd alma ağacı əkdiyni bildirmiş, qarşılıqlı cavabdeh buna etiraz kimi torpağı təhvil verdiyi vaxt oradakı ağacları özününü əkdiyini, qarşılıqlı iddiaçının onun əkdiyi 200 ağacı kəsib yerində gavalı ağacı əkdiyini demiş, ekspert rəyində isə ağacların sayı və növü başqa şəkildə qeyd edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edilən mübahisəli məqamlara prosessual qaydaların imkan verdiyi çərçivədə hər hansı aydınlıq gətirilməmişdir (MPM 14.1-ci maddə). Halbuki qarşılıqlı iddianın həlli həmin həmin məsələləri aydınlıq gətirilməklə mümkün idi.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, analoji iddialarda yaxşılaşdırmanın dəyəri ağacların sayı, növü, onların əkilməsi və aqrotexniki qaydada qulluluğuna çəkilən xərclə deyil, eyni və ya ox şar sayda və növdə olan meyvə ağacı əkilmiş müvafiq ölçüdə torpaq sahələrinin qiyməti ilə boş torpaq sahəsinin qiyməti arasındakı fərqlə müəyyən edilməli, eyni zamanda iddia tələbi həddindən çıxış edərək yaxşılaşdırmanın dəyərinin əmlakın dəyərindən artıq olmaması da nəzərə alınmalıdır.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

33. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(105)-1563/2023 nömrəli qərardadı ilə məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/84467/15xx-xx/8667 nömrəli ekspert rəyi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

34. Məhkəmə tərəfindən ekspertiza təyin olunarkən ekspertin qarşısında Quba rayon Aqrar İslahatı Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-171 KOD:30313088 nömrəli Dövlət Aktına əsasən Quba rayon Hacıqayıb kəndində yerləşən 1.40 ha torpaq sahəsinin mübahisəli 0, 50 ha sahəsinin ağaclar olmadan boş halda, eləcə də ağaclarla bir yerdə qiymətinin nə qədər təşkil etməsi və əkilən ağacların neçə illik ağaclar olması sualları qoyulmuşdur.

35. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Hüseyn Məmmədov və Elvin Qəhrəmanov tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasında yalnız müqayisə yanaşmasının tətbiq edilməsi məqsədəuyğun hesab edilərək belə nəticəyə gəlinmişdir ki, aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Quba rayonu, Hacıqayıb kəndində yerləşən, tədqiq olunan torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji boş torpaq sahələrinin 1 sotunun hazırda mövcud olan orta bazar qiyməti təqribən 584,0 manat müəyyən edilmişdir. Buna görə tədqiq olunan torpaq sahəsinin ümumi sahəsinin 0.50 ha təşkil etdiyini nəzərə alara q həmin torpaq sahəsinin boş vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 29000.0 manat (584 x 50.0 sot) məbləğində müəyyən edilir. Qeyd edilən Quba rayonu, Hacıqayıb kəndində yerləşən, tədqiq olunan torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji ağac olduğu halda torpaq sahələrinin 1 sotunun hazırda mövcud olan orta bazar qiyməti təqribən 594,0 manat müəyyən edilmişdir. Buna görə tədqiq olunan torpaq sahəsinin ümumi sahəsinin 0.50 ha təşkil etdiyini nəzərə alaraq həmin torpaq sahəsinin ağaclar olan vəziyyətdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 30000.0 manat (594 x 50.0 sot) məbləğində müəyyən edilir.

36. Həmçinin həmin ekspert rəyində “Bitki mənşəli maddələrin tədqiqi” ixtisası üzrə ekspert Pərvanə Rüstəmova tərəfindən aparılmış bioloj i tədqiqata dair ekspertiza nəticəsində hər bir ağacın tumurcuq halqaları sayılaraq diametri və hündürlüyü ölçülərək müəyyən edilmişdir ki, həmin sahədə 379 ağac var, həmin ağaclardan 167-si alma, 209-u gavalı, 2-si alça, 1-i göyəm ağaclarıdır. 167 ədəd alma ağaclarından 09-u cırhacı cinsli alma ağacları olub 28-29 illik, 01 ədəd simirenko cinsli alma ağacı 3 illikdir. Qalan rəyin tədqiqi hissəsində cinsləri və diametrləri göstərilən 157 ədəd alma ağacları 25-26 illikdir. 209 ədəd gavalı ağaclarından 29 ədədi 16-17 illik, 180 ədədi 8-9 illik, 02 ədəd göyəm və 01 ədəd alça ağacları isə 16-17 illikdir.

37. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-121/2024 saylı, xx.xx.2024-ci il tarixli (hakimlər- İ.K. Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov, S.A. Qafari) qətnaməsi ilə, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsi qarşılqlı iddia tələbinə dair hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, qarşılıqlı iddia tələbi üzrə iddia qismən təmin edilməsi və ilkin iddia üzrə iddiaçıdan 1000 (min) manat alınaraq ilkin iddia üzrə cavabdehə verilməsi qət edilmişdir.Qarşılıqlı iddia digər hissədə təmin edilməmişdir.

38. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən müəyyən olunub ki, Quba rayonu, Hacıqayıb kəndində yerləşən boş torpaq sahəsi ilə ağaclarla birlikdə təxmini qiymətləri arasında 1.000 (min) manat fərq vardır.

39. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsinə əsasən cavabdeh iddiaçıya məxsus 0,50 ha torpaq sahəsindən çıxarılmalıdır.

40. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlib ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(027)-127/2022 nömrəli qətnaməsi qarşılqlı iddia tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia tələbi üzrə iddia qismən təmin edilməli, İddiaçı 1000 (min) manat alınaraq Cavabdeh verilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21. 1, 152, 157.2, 157.5, 157.6, 157.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: e) Kassasiya şikayətinin dəlilləri:

42. İlkin iddia üzrə cavabdeh (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 2(105)-121/2024 saylı 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməsini və mübahisə üzrə qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsində AR Ali Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(102)- 2434/2023 nömrəli qərarı ilə göstərilmiş həddə işə baxılmışdır. həmin qərara əsasən yaxşılaşıdırmalar üçün çəkilmiş xər clər ödənilməli idi. Çünki Ali məhkəmənin mövqeyinə görə çoxillik əkmələr torpaq sahəsindən ayrıla bilməzdi. Bununla bağlı ekspertiza keçirilməsi barədə qərar qəbul edilmişdir. 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-9/8446-7/15xx-xx/8667 nömrəli ekspert rəyində həmin ərazidə yerləşən boş torpaq sahəsinin sotunun 584 manat olması, ağaclarla birlikdə isə 594 manat olması müəyyən edilmişdir. Məhkəmə öz qərarında ancaq verilmiş bu ekspertiza rəyi ilə kifayətlənmiş və əlavə araşdırma aparmamışdır. Belə ki, işdə olan sübutlardan görünür ki, həmin torpaq sahəsi faktiki olaraq iddiaçıdan alınmışdır. İddiaçı özü öz ifadələrində torpaq sahəsini 5000 dollara satdığını bildirir. Yəni 2007-ci ildə həmin torpaq sahəsinin qiyməti 4000 manat təşkil etmişdir. İddiaçı öz iddiasında həmin məbləğin tam ödəni lməməsini əsas gətirərək məhkəməyə müraciət etdiyini bildirir. Bu baxımdan bu gün qeyd eilən torpaq sahəsinin dəyərlənməsini eksprtiza nəzərə almamışdır. Ekspert öz rəyində yalnız bu gün mövcud olan qiymətləri əsas götürərək rəy vermişdir. Halbuki, ekspert torpaq alındıqdan sonra qarşlıqlı iddia üzrə iddiaçının toraq sahəsini qiymətinin artmasına qatdığı dəyəri nəzərə almalı idi. Digər tərəfdən onu qeyd etmək lazımıdr ki, ekspert saytlarda olan məlumatlara əsasən həmin boş torpaq sahəsinin qiyməti ilə ağaclar əkildikdən sonra mövcud olan bağın qiyməti arasında olan fərqi müəyyən etmişdir. Həmin internet saytlarında olan torpq sahəsinin qiymətini mülkiyyətçilər müəyyən edir. Çox vaxt mülkiyyətçilər torpaq sahələrini ucuz və yaxud bazar qiymərləindən baha qiymətə internet saytlarında yerləşd irə bilirlər.Ekspertin öz mülahizəsinə əsasən internet saytlarından seçdiyi nümunələrin nə qədər boş torpaq sahəsinin qiymətini əks etdirməsi sual doğuran məqamdır. Yəni ekspert öz mülahizəsinə uyğun olaraq boş torpaq sahələrinə münasibətdə yüksək qiymətləri, bağ şəklində satılan torpaq sahələrin münasibətdə isə ən aşağı qiymətləri götürməsi mümkündür və ekspertiza rəyindən bu ele bu şəkiləd olduğu da görünür. Yoxsa bağ yerləşən torpaq ilə boş torpaq sahəsi arasında fərq 1000 manat təşkil edə bilməzdi. Azərbaycan reallığında bu yanaşma qəbul edilməzdir.Çünki, boş torpaqla yeni bağ sahəsi arasıdında bazar qiymətlərində real olaraq 2 qat fərqlər mövcuddur. Bu baxıdman məhkəmənin qarşılıqıl iddiianı 1000 manat dəyərində təmin etməsi düzgün yanaşma deyildir. Məhkəmə işə baxarkən məhkəməyə təqd im edilmiş ekspertiza rəyi ilə kifayətlənmişdir. Halbuki, həmin ekspertiza rəyi mübahisəlidir.

44. Kassasiya şikayəti AR Mülki Məcəlləsinin 157.7-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsi 102.1-ci maddəsinə istinad olunaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

45. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

46. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

47. Maddə 152 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

48. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

49. Maddə 157.5 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu büt ün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

50. Maddə 157.6 istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əm laka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

51. Maddə 157.7 vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53.Maddə 71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya m əhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz. 54.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 56.Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 57.Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 58.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 59.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 60.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 61.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 62.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:

63. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

64. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

65. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində iş üzrə ilkin iddia üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında f ormalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya ins tansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sü butetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

73. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-121/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar