Məhkəmə qərarları › İş №2(026)-15/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-15/2024

18.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-15/2024 18.01.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X1 iştirakı ilə, Ərizəçi 01 yanvar 2005-ci ildə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 01 yanvar 2005-ci ildə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 01 yanvar 2005-ci il tarixdə anadan olmuş övladı X10 anadan gəlmə “uşaq serebral iflici” diaqnozu ilə İ qrup əlildir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Emil Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət alır. Emilin kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Emilin 18 yaşı var. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqularının həyata keçirilməsi üçün və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 01 yanvar 2005-ci il tarixdə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X6 ifadə verərək göstərdi ki, Ərizəçi ilə qonşudur. Emil anadan gəlmə xəstədir. Emil özü hərəkət edə bilmir, ona yemək verməsələr, ona qulluq etməsələr yerindən dura və yemək yeyə bilmir. Ona valideynləri qulluq edir. Məhkəmə iclasında şahid X4 izahat verərək göstərdi ki, 19 ildir ki, Ərizəçi ilə qonşudur. Emil anadangəlmə yataq xəstəsidir. Yeriyə və hərəkət edə bilmir. Emil xəstə olduğu üçün məktəbə də getməmişdir. Emilə valideynləri qulluq edir. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 izahatında göstərdi ki, 01 yanvar 2005-ci il tarixdə anadan olmuş övladı X10 anadangəlmə “uşaq serebral iflici” diaqnozu ilə İ qrup əlildir. Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət alır. X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını, şahidlərin və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-ın Hilmilli kənd icra nümayəndəliyi tərəfindən 15 fevral 2005-ci il tarixdə verilmiş AZ-İ 491786 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 yanvar 2005-ci il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. Qobustan rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA2991046 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 01 yanvar 2005-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə idarəsi Uşaq Nevroloji xəstəxanasının 2933 saylı xəstəlik tarixində göstərilir ki, 01 yanvar 2005-ci il tarixdə anadan olmuş X10 “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 verdiyi 20 dekabr 2023-cü il tarixli 3543 saylı ekspert rəyində göstərilir ki, X8 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Müəyyən olundu ki, 01 yanvar 2005-ci il tarixdə anadan olmuş X10 anadan gəlmə “uşaq serebral iflici” diaqnozu, dərin əqli gerilik, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə əlildir. Emil öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanasında “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 01 yanvar 2005-ci il tarixdə anadan olmuş X10 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 2005-ci il tarixdə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar