Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-15/2025 10.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “16 mart 1975-ci il təvəllüdlü bacısı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Qobustan RİHB-nin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 16 mart 1975-ci il təvəllüdlü bacısı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci ildə Şamaxı rayonu, Təklə kəndində anadan olmuşdur və hazırda Qobustan rayonu, Təklə kəndində yaşayır. 16 mart 1975-ci il tarixdə anadan olmuş bacısı X11 anadan gəlmə “Oliqofreniya kəskin ifadə olunmuş debillik dərəcəsində” diaqnozu ilə Qobustan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və İİ qrup əlilliyə görə sosial müavinət alır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən bacısı Səbinə özünü idarə etmək qabiliyyətində deyil, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Bacısı ərizəçinin himayəsində qalır, ona köməklik göstərir, onun bütün ehtiyaclarını qarşılayırlar. Bacısı Səbinənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X6 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X8 bildirdi ki, o, 25 dekabr 1985-ci ildə Qobustan rayonunun Təklə kəndində doğulmuşdur və hazırda da həmin kənddə yaşayır. O, Qobustan şəhər 2 saylı orta məktəbdə fizika müəllimi vəzifəsində çalışır. Ərizəçinin ailəsini və Səbinə Qədimovanı uşaqlığından bəri tanıyır, tanıdığı vaxtdan etibarən Səbinə Qədimovada əqli problemlər mövcud olmuşdur. X13 valideynləri vəfat etdiyindən qardaşı Ərizəçi himayəsində yaşayır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X9 bildirdi ki, o, 12 fevral 1985-ci ildə Qobustan rayonu, Təklə kəndində doğulmuşdur və hazırda da həmin kənddə yaşayır, fərdi əməklə məşğuldur. Ərizəçinin ailəsini və bacısı Səbinə Qədimovanı əzəldən bəri tanıyır. Ərizəçinin bacısı Səbinə Qədimova ruhi xəstədir və hazırda Ərizəçi himayəsində Təklə kəndində yaşayır, Səbinə Qədimova öz hərəkətlərini dərk edə bilmir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, sübutlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZE 13842327 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X11 16 mart 1975-ci il tarixdə Qobustan rayonunun Təklə kəndində anadan olmuşdur. İşdə surəti olan İİİ-JQ 383355 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 16 mart 1975-ci il təvəllüdlü X3 atası X14, anası X4r. İşdə surəti olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi atası X14, anası X4r. İşdə surəti olan AZ-İ 294782 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 16 may 2009-cu ildə ölmüşdür. İşdə surəti olan AZ-İ 758803 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 05 sentyabr 2015-ci ildə ölmüşdür. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 09 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, 1975-ci il təvəllüdlü X11 “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Poliklinika şöbəsində “Oliqofreniya kəskin ifadə olunmuş debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatdadır. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi haqqında arayışdan görünür ki, 16 mart 1975-ci il təvəllüdlü X7 “Oliqofreniya kəskin ifadə olunmuş debillik dərəcəsində” diaqnozu ilə 11 iyul 1993-cü ildə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 28 noyabr 2024-cü il tarixli, 3445 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X1 debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X11 hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 müəyyən edilən kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-in 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. MPM-in 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin maddəyə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq 16 mart 1975-ci il təvəllüdlü X3 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 28 noyabr 2024-cü il tarixli, 3445 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə X3 öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 28 noyabr 2024-cü il tarixli, 3445 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyini sübut kimi qəbul edir və hesab edir ki, 16 mart 1975-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün qanuni əsaslar vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 16 mart 1975-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə MPM-in 321.2-ci maddəsinə uyğun olaraq bildirir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 mart 1975-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-15/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-15/2025
10.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver