Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-154/2023 11.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X1 iştirakı ilə, Ərizəçi 26 iyul 2004-cü ildə anadan olmuş övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 26 iyul 2004-cü ildə anadan olmuş övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, Qobustan rayonunun Nabur kəndində yaşayır, ailəlidir və üç övladı var. İlk övladı 26 iyul 2004-cü il tarixdə anadan olmuş Məmmədov Pünhan anadan gəlmə “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə İ qrup əlildir. Daima həkim nəzarətindədir və daima dərman qəbul edir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. X14 rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət alır. Pünhanın kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Pünhan 18 yaşına çatdığı üçün ona dövlət tərəfindən verilən dərmanları, təyin olunan pensiyanı almaq, pensiya kartını dəyişdirmək üçün ona qəyyum təyin edilməsi vacibdir. Ona görə də 26 iyul 2004-cü il tarixdə anadan olmuş övladı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək göstərdi ki, Ərizəçi ilə qonşudur. Xəyal və onun arvadı Zahidənin üç övladı var. Onların 26 iyul 2004-cü il tarixdə anadan olmuş övladları Məmmədov Pünhan anadan gəlmə İ qrup əlildir. Daima həkim nəzarətindədir və daima dərman qəbul edir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Ona valideynləri qulluq edir. Məhkəmə iclasında şahid X6 izahat verərək göstərdi ki, Ərizəçi ilə qonşudur. Xəyalın oğlu Pünhan anadan gəlmə xəstədir. O özünü idarə edə bilmir. Pünhan valideynlərinin nəzarətindədir. Valideynlərinin köməyi olmasa heç bir yerə gedib gələ bilmir. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahatında göstərdi ki, 26 iyul 2004-cü il tarixdə anadan olmuş Məmmədov Pünhan anadan gəlmə “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə İ qrup əlildir. Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət alır. X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını, şahidlərin və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon VVADQ şöbəsi tərəfindən 01 aprel 2005ci il tarixdə verilmiş AZ-İ 595012 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 iyul 2004-cü il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X3r. Qobustan rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA4359038 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 06 iyul 2004-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər psixiatriya xəstəxanasının 06 oktyabr 2022-ci il tarixdə verdiyi 216/1366 saylı rəyində göstərilir ki, 26 iyul 2004-cü il tarixdə anadan olmuş X9 “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 verdiyi 25 may 2023-cü il tarixli 1458 saylı ekspert rəyində göstərilir ki, X7 ağır dərəcəli əqli gerilik , daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları aşkar olunur. X7 qeyd olunan əqli gerilik anadangəlmədir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Müəyyən olundu ki, 26 iyul 2004-cü il tarixdə anadan olmuş X9 anadan gəlmə “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə əlildir. Pünhan öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanasında “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru” xəstəliyi diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 26 iyul 2004-cü il tarixdə anadan olmuş X9 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 iyul 2004-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-154/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-154/2023
11.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver