Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-17/2022 14.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi X2 və maraqlı tərəf Qobustan bələdiyyəsinin sədri X3 iştirakı ilə İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin X11 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X13 ərazisində Cavabdeh məxsus yarım tikili hasarın öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Neft Şirkəti “Qaz İxrac” idarəsi X11 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında Qobustan şəhəri, X13 ərazisində Cavabdeh məxsus məxsus yarım tikili hasarın öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X7 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X13 ərazisində kəmərdən 3 metr məsafədə Cavabdeh məxsus yarımtikili hasar inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə, Qobustan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X7nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Ona görə də “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X7 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X13 ərazisində Cavabdeh məxsus yarımtikili hasarın öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf Qobustan bələdiyyəsinin sədri X8 izahatında göstərdi ki, həmin torpaqlar vətəndaşlara verilmiş pay torpaqları olub və Cavabdeh həmin torpaq sahəsində yarım tikili daş hasar inşa etmişdir. Sökülməsi tələb olunan yarım tikili daş hasar “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasına yaxın olsa da, həmin tikilinin sökülməsini məqsədə müvafiq hesab etmir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və maraqlı tərəfin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X11 Kəməri Sahəsinin texniki istehsalat şöbəsinin rəisi E. Mirzəcanzadə, ƏM və TT üzrə mühəndis R. Ağayev, texniki istehsalat şöbəsinin mühəndisi S. Vəliyev, Qobustan XİX-nin rəisi T. Mikayılov və xətt baxıcısı İ. Zamanov tərəfindən 17 may 2021-ci il tarixdə tərtib edilmiş və X11 Kəməri Sahəsinin rəisi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Qobustan şəhər sakini Cavabdeh tərəfindən 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (1,2-2,5 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 3 metr məsafədə hasar inşa etmişdir. “Qaz İxrac” idarəsinin X11 Kəməri Sahəsinin 19 oktyabr 2017-ci il tarixli Qİİ/F-062 saylı bildirişindən görünür ki, Qobustan şəhər sakini Cavabdeh yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən "Qaz İxrac" İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X9 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan APS qol magistral qaz kəməri keçdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatında mühafizə zonaları və tənlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına ("Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" 21.06.1999-cü il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz txhizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları"nın 2.7-ci bəndi və 02.03.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları "nın 5.12-ci bənd, 4 №-li cədvəl) əsasən tikililər ilə 159 (yüz əlli doqquz) mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilməli olduğu halda onun inşa etdiyi daş hasar yuxarıda göstərilən qaz kəməri arasındakı məsafənin 3 metr təşkil etdiyi, bununla da qeyd edilən qayda və normalarının müddəalarının pozulması, nəticədə yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin kəmərlərin istismarında çətinliklər törədəcəyi, eləcədə potensial təhlükə mənbəyinə çevriləcəyi, gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola biləcəyi bildirilmişdir. “Qaz İxrac” idarəsinin X11 X6 rayon İcra Hakimiyyətinə ünvanlandığı 04 may 2021-ci il tarixli məktubda göstərilir ki, Qobustan rayonunu təbii qazla təmin edən “Qobustan QPA qolu magistral qaz kəmərinin, həmçinin qazpaylayıcı stansiya (QPS) 1987-ci ildə inşa edilib istismara verilmşdir. 2015-ci ildə mühafizə zonasının pozulması ilə əlaqədar MQK üçün yeni trassa seçilmiş və Qobustan rayonu icra hakimiyyəti ilə razılaşdırılmışdır. Aidiyyəti üzrə layihə-smeta sənədləri hazırlanmış, həmin sənədlər əsasında MQK-nın köçürülməsi üçün tikinti işlərinin başlanılmasına qərar verilmişdir. Lakin əməkdaşlarımız tərəfindən yerində baxış keçirilərkən MQK və QPS-in mühafizə zonasında fərdi evlərin tikintisinin davam etdirilməsi və bunun nəticəsində MQK və QPS-in təhlükəsiz istismarına əlavə problemlər yaranması müəyyən edilmişdir. Yaranmış vəziyyətin həlli üçün MQK ilə birlikdə QPŞ də köçürülməlidir, lakin QPS-in köçürülməsi üçün idarənin maliyyə vəsaiti yoxdur və gələcəkdə planlaşdırılmır. QPS-in mühafizə zonasındakı evlər sökülməlidir. Bu halda idarənin vəsaiti hesabına MQK-nı köçürməklə problemi həll etmək olar. Qobustan rayon icra hakimiyyəti tərəfindən evlərin tikintisinə torpaq sahələri ayrılarkən qaz kəmərlərini istismar edən orqanlara (hüquqi şəxşlərlə) razılaşdırılmalar aparılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23-cü bəndinin i tələbləri pozulmuşdür. Belə razılaşmalar olmadığından təbii fəlakət, kənar müdaxilələr və s. nəticəsində MQK və QPS-də qəza halları baş verərsə, insanların sağlamlığına və onların əmlakına dəyə biləcək ziyana görə məsuliyyət Qobustan İcra Hakimiyyətinin üzərinə düşür. Yaranmış problemin həlli üçün QPS-in mühafizə zonasındakı evlərin sökülməsi ilə əlaqədar tədbirlər görülməsi xahiş edilmişdir. “Qaz İxrac” idarəsinin X11 X6 rayon polis şöbəsinə ünvanlandığı 04 mart 2016-cı il tarixli RB 01/148 saylı məktubda göstərilir ki, Azərbaycan Respublikasının yanacaq və energetika kompleksində mühüm yer tutan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən “Qaz ixrac” İdarəsinin tabeçiliyində olan Siyəzən Magistral X9 yüksək təzyiqli Dş-1200 olan “Mozdok-Qazıməmməd” və “Altıağac-Ağsu” magistral qaz kəmərinin bir hissəsi və ondan ayrılan qollar Qobustan rayonunun ərazisindən keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinə əsasən MQBK-nin orta xəttindən hər tərəfə 50 metr məsafə boru kəmərinin mühafizə zonası hesab edilir və bu zonada hüquqi və fiziki şəxslərə torpaq sahəsi ayrılması vaxtı sənədlərin rəsmiləşdirilməsi MQBK məxsus olduğu “Qaz İxrac” idarəsi ilə razılaşdırılmalıdır. Lakin bu qaydaların tələblərinə uzun müddətdir ki, riayət olunmur və nəticədə boru kəmərinin təmirində, profilaktik və s. işlərın aparılmasında, habelə texniki təhlükəsizliyin təmin edilməsində böyük çətinliklər yaranır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış (2681 saylı 18 aprel 2001-ci il) və Azərbaycan Respublikası “Dövlətdağmədəntexnəzarət” tərəfindən təsdiqlənmiş (Əmr №6. 30 mart 2001-cı il) “Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydalarını rəhbər tutaraq təhlükə potensialı olan qaz obyektinin yaxınlığında ətraf mühitin mühafizəsi, əhalinin və ərazilərin fövqəladə vəziyyətinin qorunması, qəza riski dərəcəsinin və qəzaların qarşısının alınması məqsədilə rayon ərazisindəki müvafiq icra orqanları tərəfindən qaz kəmərinin keçdiyi yerlərdə (kəmərin mühafizə və təhlükəsizlik zonasında) aparılan özbaşına tikililərin qarşısının alınmasına dair müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. “Qaz İxrac” idarəsinin X11 Kəməri Sahəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə ünvanlandığı 04 mart 2016-cı il tarixli RB 01/150 saylı məktubda göstərilir ki, Azərbaycan Respublikasının yanacaq və energetika kompleksində mühüm yer tutan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən “Qaz ixrac” İdarəsinin tabeçiliyində olan Siyəzən Magistral X9 yüksək təzyiqli Dş-1200 olan “Mozdok-Qazıməmməd” və “Altıağac-Ağsu” magistral qaz kəmərinin bir hissəsi və ondan ayrılan qollar Qobustan rayonunun ərazisindən keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının 2.7-ci bəndinə əsasən MQBK-nin orta xəttindən hər tərəfə 50 metr məsafə boru kəmərinin mühafizə zonası hesab edilir və bu zonada hüquqi və fiziki şəxslərə torpaq sahəsi ayrılması vaxtı sənədlərin rəsmiləşdirilməsi MQBK məxsus olduğu “Qaz İxrac” idarəsi ilə razılaşdırılmalıdır. Lakin bu qaydaların tələblərinə uzun müddətdir ki, riayət olunmur və nəticədə boru kəmərinin təmirində, profilaktik və s işlərın aparılmasında, habelə texniki təhlükəsizliyin təmin edilməsində böyük çətinliklər yaranır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış (2681 saylı 18 aprel 2001-ci il) və Azərbaycan Respublikası “Dövlətdağmədəntexnəzarət” tərəfindən təsdiqlənmiş (Əmr №6. 30 mart 2001-cı il) “Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydalarını rəhbər tutaraq təhlükə potensialı olan qaz obyektinin yaxınlığında ətraf mühitin mühafizəsi, əhalinin və ərazilərin fövqəladə vəziyyətinin qorunması, qəza riski dərəcəsinin və qəzaların qarşısının alınması məqsədilə rayon ərazisindəki müvafiq icra orqanları tərəfindən qaz kəmərinin keçdiyi yerlərdə (kəmərin mühafizə və təhlükəsizlik zonasında) aparılan özbaşına tikililərin qarşısının alınmasına dair müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarında göstərilir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz İxrac” idarəsi X11 Kəməri Sahəsi “Qobustan QPS-nın” Qol qaz kəmərinin 2020-ci il tarixli texniki pasportunda göstərilir ki, həmin sahə 96 km məsafədə texniki xidmət göstərməklə qaz kəmərinin çəkildiyi borunun xarici diametti 159 mm, daxili diametri isə 149 dm, təyin edilmiş yol verilən işçi təzyiqi 3,5 MPa-dır. “Qaz İxrac” idarəsinin Qobustan rayon icra hakimiyyətinə ünvanlandığı 04 may 2021-ci il tarixli məktubda göstərilir ki, Qobustan rayonunu təbii qazla təmin edən “Qobustan QPS qolu” magistral qaz kəmərinin (MQK) köçürülməsi barədə 08 aprel 2021-ci il tarixli BM/084 saylı məktubu idarədə baxılmış və aidiyyəti üzrə bildirilmişdir ki, MQK, həmçinin qazpaylayıcı stansiya (QPS) 1987-ci | ildə inşa edilib istismara verilmişdir. 2015-ci ildə mühafizə zonasının pozulması ilə əlaqədar MQK üçün yeni trassa seçilmiş və Qobustan rayonu icra Hakimiyyəti ilə razılaşdırılmışdır. Aidiyyəti üzrə layihə-smeta sənədləri hazırlanmış, həmin sənədlər əsasında MQK-nın köçürülməsi üçün tikinti işlərinin başlanılmasına qərar verilmişdir. Lakin İcra hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış keçirilərkən MQK və QPS-in mühafizə zonasında fərdi evlərin tikintisinin davam etdirilməsi və bunun nəticəsində MQK və QPS-in təhlükəsiz istismarına əlavə problemlər yaranması müəyyən edilmişdir. Yaranmış vəziyyətin həlli üçün iki varianta baxıla bilər: İ variant üzrə MQK ilə birlikdə QPİS də köçürülməlidir, lakin QPS-in köçürülməsi üçün idarənin maliyyə vəsaiti yoxdur və gələcəkdə planlaşdırılmır. İİ variant üzrə QPS-in mühafizə zonasındakı evlər sökülməlidir, bu halda idarənin vəsaiti hesabına MQK-nı köçürməklə problemləri həll etmək olar. Qobustan rayon icra Hakimiyyəti tərəfindən evlərin tikintisinə torpaq sahələri ayrılarkən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılmalar aparılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan”nın 2.23-cü bəndinin tələbləri pozulmuşdur. Belə razılaşmalar olmadığından təbii fəlakət, kənar müdaxilələr və s. nəticəsində MQK və QPS-də qəza halları baş verərsə, insanların sağlamlığına və onların əmlakına dəyə biləcək ziyana görə məsuliyyət Qobustan icra Hakimiyyətinin üzərinə düşür. Yaranmış problemin həlli üçün QPS-in mühafizə zonasındakı evlərin sökülməsi ilə əlaqədar tədbirlər görülməsi xahiş edilmişdir. “Qaz İxrac” idarəsinin X11 Kəməri Sahəsinin Qobustan şəhər sakini Cavabdeh ünvanlandığı 08 may 2021-ci il tarixli bildirişindən görünür ki, yaşadığı ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən “Qaz İxrac” İdarəsinin tabeçiliyindəki Siyəzən Magistral X9 balansında və istismarında olan yüksək təzyiqli və 159 mm diametrli Qobustan QPS qaz kəməri qolu keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatı mühafizə zonaları və təhlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına (“Qaz təchizatına mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatına mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndi və 02 mart 2009-cu il tarixli 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın 5.12-ci bənd, 4№-li cədvəl) əsasən tikililər ilə 159 mm diametrli qaz kəməri arasındakı məsafə müəyyən edilmişdir. X11 X12 xəbərdarlıq edir ki, inşa edilmiş yaşayış evi ilə yuxarıda göstərilən qaz kəmərinin arasındakı məsafə 28 metr təşkil edir. Bu da qeyd edilən qayda və normaların müddəalarının pozulmasıdır. Bunun nəticəsində tərəfindən yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili, kəmərlərin istismarında çətinliklər törədir, eləcədə potensial təhlükə mənbəyinə çevrilərək gələcəkdə kəmərin istismarında çətinliklər törədir, eləcədə potensial təhlükə mənbəyinə çevrilərək gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. İnşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bir bədbəxt hadisələr nəticəsində dəyən maddi və mənəvi ziyana görə X11 Kəmərləri Sahəsi məsuliyyət daşımır və inşa etdiyi tikilinin yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsinə dair aidiyyəti qurumlara müraciət olunacaqdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/4363 saylı ekspert rəyində göstərilir ki, “Qaz İxrac” idarəsi X11 Kəməri Sahəsinin istismarında olan 159 mm diametrli “Qobustan QPS qolu” yüksək təzyiqli (12-15 atm magistral qaz kəmərindən Qobustan şəhəri, X13 ərazisində Cavabdeh tərəfindən inşa edilmiş hasara qədər olan məsafə 5 metr təşkil etdiyi müəyyən edilmişdir. Müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın və Azərbaycan Respublikası DTN 2.9-2 X7 Lahiyələndirmə Normalarının tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X13 ərazisində kəmərdən 3 metr məsafədə Cavabdeh məxsus daş hasar inşa olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Qobustan rayon İcra Hakimiyyətinə, Qobustan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə “Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X7nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazimi icazələr alınmadan və ya şəhər salma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən, əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmayan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 1998-ci il tarixdə təsdiq etdiyi "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. "Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh oğlunun “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X13 ərazisində inşa etdiyi hasar öz vəsaiti hesabına sökülməli, mühafizə zonası boşaldılmalı, ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən alınıb “Qaz İxrac” İdarəsinə ödənilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 balans və istismarında olan 159 mm diametrli «Qobustan QPS qolu» yüksək təzyiqli (12-25 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Qobustan şəhəri, X13 ərazisində inşa etdiyi hasar öz vəsaiti hesabına sökülsün, mühafizə zonası boşaldılsın, ödənilmiş 10 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdehdən alınıb “Qaz İxrac” İdarəsinə ödənilsin. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-17/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-17/2022
14.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver