Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-171/2023 26.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 01 sentyabr 1980-ci ildə Qobustan rayonunda anadan olmuş qardaşı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 01 sentyabr 1980-ci ildə Qobustan rayonunda anadan olmuş qardaşı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək Sumqayıt Ağaır Cinayətlər Məhkəməsinin qərarı ilə qardaşı Elnur müalicə üçün ixtisaslaşdırılmış psixoloji müəssisəyə göndərilmişdir, onun müalicəsinin nəticəsi mümkün olmadığı və müalicəsinin xeyli müddət çəkəcəyi üçün ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iş üzrə icraatı baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 114, 152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi 01 sentyabr 1980-ci ildə Qobustan rayonunda anadan olmuş qardaşı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın və mülki iş üzrə ərizə baxılmamış saxlanılsın. Ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-171/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-171/2023
26.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver