Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-178/2020 10.09.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi2,Ərizəçi1, maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi2 və Ərizəçi1 torpağın mülkiyyət hüququna dair JN-343 nömrəli KOD 30701006 saylı Dövlət aktında “Pircanova Hökümə Zakir qızı” barədə aparılan qeydin Ərizəçi2 və “X6” barədə aparılan qeydin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Qobustan şəhərində yaşayır. Qobustan rayonunda torpaq islahatı aparılan vaxt ona və 3 nəfər ailə üzvlərinə 2,23 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılmış və buna dair ailə başçısı X9 göstərilməklə mülkiyyət hüquqlarını təsdiq edən JN-343 nömrəli KOD 30701006 saylı Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktında onun adı yəni, Ərizəçi2 adı səhvən Pircanova Hökümə Zakir qızı, Ərizəçi1 adı və soyadı səhvən X6 yazılmışdır. Onların adlarının və soyadlarının dövlət aktında düzgün yazılmaması onlara həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Ona görə də həmin sənədin onlara yəni, Ərizəçi2, Ərizəçi1 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Dövlət aktını vermiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq mövcud deyildir, ona görə də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin aparılması mümkünsüzdür. Adlarının və soyadın torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında düzgün qeyd edilməməsi bir sıra sənədlərlə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ilə təsdiq olunur. Bu faktın müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsindən həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün lazımdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-3xx xxx 30701006 saylı Dövlət aktında “Pircanova Hökümə Zakir qızı” barədə aparılan qeydin Ərizəçi2 və “X6” barədə aparılan qeydin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi1 ərizəni müdafiə edərək Ərizəçi2 izahatı ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, ərizəçilərƏrizəçi2 və Ərizəçi1 məhkəmədə olan hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılıb mahiyyəti üzrə həll olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid X12 izahatında göstərdi ki, ərizəçiləri yaxından tanıyır. Dövlət aktında ərizəçilər Ərizəçi2 adı səhvən Hökümə və Ərizəçi1 atasının adı səhvən X1 yazılmışdır. Məhkəmə iclasında şahid X3 göstərdi ki, Qobustan şəhərində yaşayır. Dövlət aktında ərizəçilər Ərizəçi2 adı səhvən Hökümə və Ərizəçi1 atasının adı səhvən X1 yazılmışdır. Zakir Pircanovun bir qızı var, onun da adı Hakimədir, onun Hökümə adında qızı olmayıb, bu faktı təsdiq edir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1955-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1963-cü ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin Ərizəçi1 ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli **********94 saylı məktubunda Qobustan rayon X8 xx xxxx 2002-ci il tarixli 5 saylı qərarına əsasən onun ailə üzvlərinə verilmiş torpaq sahəsinə DTXK-nin Qobustan rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 3xx xxx 30701006 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən ailə üzvlərininadları düzgün göstərilməmişdir. Sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi səlahiyyəti müvafiq məhkəmə orqanlarının səlahiyyətinə aid olduğuna görə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan JN-3xx xxx 30701006 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X9 və onun 3 nəfər ailə üzvlərinə 2,23 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən olundu ki, Qobustan rayon X5 xx xxxx 2002-ci il tarixli qərarı ilə X9 və onun 3 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,23 ha torpaq sahəsi verilmiş, həmin torpağa dair JN-0343 nömrəli KOD 30701006 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktında səhvən Ərizəçi2 adı “Pircanova Hökümə Zakir qızı” Ərizəçi1 adı “X6” yazılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, torpağa Mülkiyyət Hüququna dair JN-343 nömrəli KOD 30701006 saylı xx xxxx 2002-ci il tarixdə verilmiş Dövlət aktında “Pircanova Hökümə Zakir qızı” barədə aparılan qeydin Ərizəçi2 və “X6” barədə aparılan qeydin Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-343 nömrəli KOD 30701006 saylı xx xxxx 2002-ci il tarixdə verilmiş Dövlət aktında “Pircanova Hökümə Zakir qızı” barədə aparılan qeydin Ərizəçi2 və “X6” barədə aparılan qeydin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-178/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-178/2020
10.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver