Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-206/2020 10.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-008F nömrəli KOD 30704018 saylı şəhadətnamədə “X12” barədə aparılan qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Bədəlli kəndində yaşayır. Qobustan rayonunda torpaq islahatı aparılan vaxt ona və 2 nəfər ailə üzvlərinə 0,12 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılmış və buna dair mülkiyyət hüquqlarını təsdiq edən torpağın mülkiyyətə verilməsinə dair JN-008F KOD 30704018 saylı şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə onun yəni, Ərizəçi soyadı səhvən “Seyidova” adı “Türkan Baday qızı” yazılmışdır. Ona aid qeydlərin-ad, soyad və sair qeydlərin şəhadətnamədə düzgün yazılmaması ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. Ona görə də “X12” barədə aparılan qeydin Ərizəçi məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Şəhadətnamə vermiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq mövcud deyildir, ona görə də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin aparılması mümkünsüzdür. Adının, soyadının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzgün qeyd edilməməsi bir sıra sənədlərlə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ilə təsdiq olunur. Bu faktın müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsindən həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün lazımdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-008F KOD 30705018 saylı şəhadətnamədə “X12” barədə aparılan qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, Ərizəçi məhkəmədə olan hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılıb mahiyyəti üzrə həll olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid X13 izahatında göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən o X2 yazılmışdır. Qardaşı Badayın ailəsində Türkan adlı qız uşağı olmamışdır. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, Ərizəçi onun qardaşı oğludur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən o X2 yazılmışdır. Qardaşı Badayın ailəsində Türkan adlı qız uşağı olmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Qobustan rayon HİB-in Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 127 saylı arayışında görünür ki, Seyidov X10 rayonunun Bədəlli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş ünvan 2 nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2006-cı il tarixli AZ-İ seriyalı 266543 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X9 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş ünvan 2 nümayəndəliyi tərəfindən X6 adına verilmiş AZ-İİ seriyalı 171254 saylı, X7 adına verilmiş AZ-İ seriyalı 980384 saylı və X4 adına verilmiş AZ-İİ seriyalı 553245 saylı doğum haqqında şəhadətnamələrdən də görünür ki, uşaqların atası qrafasında “Ərizəçi” yazılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin Ərizəçi ünvanlandığı xx xxxxxx 2020-ci il tarixli **********19 saylı məktubunda Qobustan rayon X11 xx xxx 1997-ci il tarixli 22 saylı qərarına əsasən tərtib olunmuş JN-008F, kod 30704018 nömrəli şəhadətnamədə onun adı düzgün göstərilməmişdir. Sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi səlahiyyəti müvafiq məhkəmə orqanlarının səlahiyyətinə aid olduğuna görə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan JN-008F KOD 30704018 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X15 və onun 2 nəfər ailə üzvlərinə 0,12 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən olundu ki, Qobustan rayon X5 xx xxx 1997-ci il tarixli qərarı ilə X16 və onun 2 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,12 ha torpaq sahəsi verilmiş, həmin torpağa dair JN-008F nömrəli KOD 30704018 saylı torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə səhvən Ərizəçi soyadı, adı və başqa qeydlər “X12” yazılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, torpağın mülkiyyətinə verilməsinə dair JN- 008F nömrəli KOD 30704018 saylı xx xxx 1997-ci il tarixli şəhadətnamədə “X12” barədə aparılan qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə verilməsinə dair JN-008F nömrəli KOD 30704018 saylı xx xxx 1997-ci il tarixli şəhadətnamədə “X12” barədə aparılan qeydin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-206/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-206/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver