Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-21/2024 14.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X2 iştirakı ilə, Ərizəçi 05 aprel 2005-ci ildə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 05 aprel 2005-ci ildə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 05 aprel 2005-ci ildə anadan olmuş övladı X9 anadan gəlmə spasitik serebral iflici, ağır dərəcəli əqli gerilik diaqnozu ilə İ qrup əlildir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Hacı Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət alır. Hacının kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Hacının 18 yaşı var. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqularının həyata keçirilməsi üçün və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 05 aprel 2005-ci il tarixdə anadan olmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadə verərək göstərdi ki, Ərizəçiın heyvanlarına baxır, Pərvanənin və ailəsini yaxından tanıyır. Pərvanənin oğlu Hacı anadan gəlmə xəstədir. Hacı özü hərəkət edə bilmir, məktəbə getmir. Hacıya valideynləri qulluq edir. Məhkəmə iclasında şahid X7 izahat verərək göstərdi ki, Ərizəçi onun həyat yoldaşı, 05 aprel 2005-ci ildə anadan olmuş Gülməmmədov Hacı isə onun övladıdır. Hacının xəstə olduğunu bir yaşından sonra bilmişlər. Hacını müalicə etmək üçün çox xəstəxanalara, hətta İran Respublikasına aparmışlar. Lakin heç bir nəticəsi olmamışdır. Hacıya onlar qulluq edir. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahatında göstərdi ki, 05 aprel 2005-ci ildə anadan olmuş X9 anadangəlmə spasitik serebral iflici, ağır dərəcəli əqli gerilik diaqnozu ilə İ qrup əlildir. Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət alır. X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını, şahidlərin və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon VVADQ şöbəsi tərəfindən 08 iyul 2005ci il tarixdə verilmiş AZ-İ 636684 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 aprel 2005-ci il tarixdə anadan olmuşdur. X1, anası X3r. “Şamaxı rayon Mərkəzi xəstəxanası” X17 23 iyun 2023-cü il tarixdə verdiyi xəstəlik tarixində göstərilir ki, 05 aprel 2005-ci il tarixdə anadan olmuş X9 “uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 verdiyi 02 fevral 2024-cü il tarixli 424 saylı ekspert rəyində göstərilir ki, X6 ağır əqli gerilik, uşaq serebral iflici xəstəliyi aşkar olunur, xəstəlik anadangəlmədir. Hacı Gülməmmədov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Müəyyən olundu ki, 05 aprel 2005-ci il tarixdə anadan olmuş X9 anadan gəlmə “ağır əqli gerilik uşaq serebral iflici” xəstəliyi diaqnozu ilə əlildir. Hacı öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanasında “dərin əqli gerilik uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 05 aprel 2005-ci il tarixdə anadan olmuş X9 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 aprel 2005-ci il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-21/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-21/2024
14.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver