Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-211/2020 10.11.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, ərizəçi və ərizəçilər Ərizəçi2 və Fasadova (Əmiraslanova) Kamilə Zayıd qızının nümayəndəsi Ərizəçi1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi1, Ərizəçi2 və Fasadova (Əmiraslanova) Kamilə Zayıd qızının maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 torpağın mülkiyyət hüququna dair JN-0083 nömrəli KOD 30705018 saylı Dövlət aktında “X19” barədə aparılan qeydin Ərizəçi1, “X21” barədə aparılan qeydin Ərizəçi2 Zayıd oğluna və “X14” barədə aparılan qeydin X8 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək qızı Kamilənin xx xxxxxx 2003-cü il tarixdə ailə həyatı quraraq ərinin soyadını, yəni Fasadova soyadını qəbul etmişdir. Ona görə iddia ərizəsində qızının soyadı Fasadova yazıldığını göstərərək “X14” barədə aparılan qeydin X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi və ərizəçilər Ərizəçi2 və Fasadova (Əmiraslanova) Kamilə Zayıd qızının nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. Qobustan rayonunda torpaq islahatı aparılan vaxt onun 6 nəfər ailə üzvlərinə 4,20 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılmış və buna dair ailə başçısı o, yəni X19 göstərilməklə mülkiyyət hüquqlarını təsdiq edən JN-0083 nömrəli KOD 30705018 saylı Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktında onun adı yəni, Ərizəçi1 adı səhvən X19, oğlu X9 adı səhvən X21 və qızı X5 adı səhvən X14 yazılmışdır. Onların adlarının dövlət aktında düzgün yazılmaması onlara həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə imkan vermir. Ona görə də həmin sənədin onlara yəni, “X19” barədə aparılan qeydin Ərizəçi1, “X21” barədə aparılan qeydin Ərizəçi2 və “X14” barədə aparılan qeydin X8 məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Dövlət aktını vermiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi artıq mövcud deyildir, ona görə də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin aparılması mümkünsüzdür. Adlarının torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında düzgün qeyd edilməməsi bir sıra sənədlərlə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ilə təsdiq olunur. Bu faktın müəyyən edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kömitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsindən həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün lazımdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-00xx xxx 30705018 saylı Dövlət aktında “X19” barədə aparılan qeydin Ərizəçi1, “X21” barədə aparılan qeydin Ərizəçi2 və “X14” barədə aparılan qeydin X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X5 məhkəmədə olan hüquqi əhəmiyyətli faktın məhkəmədə baxılıb mahiyyəti üzrə həll olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid X26 izahatında göstərdi ki, ərizəçi X11 yaxşı tanıyır. Zayıdın beç uşağı var. Zayıdın adı dövlət aktında səhvən Zahid, oğlu Xəlfənin adı Xələf və qızı Kamilənin adı səhvən Kəmalə kimi yazılmışdır. Məhkəmə iclasında şahid X36 izahatında göstərdi ki, Qobustan rayonunun Yekəxana kəndində yaşayır. Dövlət aktında Ərizəçi1 həmkəndli olmaqla yaxşı tanıyır və onunla uzun müddət birlikdə müəllim işləmişdir. Onun adı Zayıddır və Müşfiq, Mikayıl, Xəlfə, Kamilə və Aygün adlı beş nəfər uşağı vardır. Torpağa dair dövlət aktında Zayıdın adı səhvən Zahid, oğlu Xəlfənin adı Xələf və qızı Kamilənin adı səhvən Kəmalə kimi göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 xx xxx 1953-cü ildə anadan olmuşdur. X2, anası X4r. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxx 1953-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Bədəlli kənd sovetliyi tərəfindən verilmiş İ-JQ seriyalı 326611 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxx 1976-cı ildə X16 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Bədəlli kənd sovetliyi tərəfindən verilmiş xx xxxxx 1981-ci il tarixli Vİİİ-JQ seriyalı 265987 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. X1, anası X6r. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Bədəlli kənd sovetliyi tərəfindən verilmiş xx xxxxxx 1983-cü il tarixli İX-JQ seriyalı 299322 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 1982-ci ildə anadan olmuşdur. Atası Ərizəçi1, anası X6r. İş materiallarına əlavə olunmuş Qobustan rayon Polis Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1982-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Bədəlli kənd sovetliyi tərəfindən verilmiş İİ-AZ seriyalı 006624 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2003-cü ildə X27 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi idarəsinin Ərizəçi1 ünvanlandığı xx xxxx 2020-ci il tarixli **********1 saylı məktubunda Qobustan rayon X18 xx xxx 1997-ci il tarixli 22 saylı qərarına əsasən tərtib olunmuş JN-0083, kod 30705018 nömrəli Dövlət aktında onun ailə üzvlərinin adı düzgün göstərilməmişdir. Sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi səlahiyyəti müvafiq məhkəmə orqanlarının səlahiyyətinə aid olduğuna görə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan JN-00xx xxx 30705018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X32 və onun 5 nəfər ailə üzvlərinə 4,20 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən olundu ki, Qobustan rayon X18 xx xxx 1997-ci il tarixli qərarı ilə X19 və onun 5 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,20 ha torpaq sahəsi verilmiş, həmin torpağa dair JN-0083 nömrəli KOD 30705018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin dövlət aktında səhvən Ərizəçi1 adı “X19”, Ərizəçi2 adı “X21” və X5 adı “X14” yazılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, torpağa Mülkiyyət Hüququna dair JN-0083 nömrəli KOD 30705018 saylı xx xxx 1997-ci il tarixdə verilmiş Dövlət aktında “X19” barədə aparılan qeydin Ərizəçi1, “X21” barədə aparılan qeydin Ərizəçi2 və “X14” barədə aparılan qeydin X8 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-0083 nömrəli KOD 30705018 saylı xx xxx 1997-ci il tarixdə verilmiş Dövlət aktında “X19” barədə aparılan qeydin Ərizəçi1, “X21” barədə aparılan qeydin Ərizəçi2 və “X14” barədə aparılan qeydin X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-211/2020
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-211/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver