Məhkəmə qərarları › İş №2(026)-24/2020

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-24/2020

19.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-24/2020 19.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, Ərizəçi Ağahüseyn qızının, Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Ağahüseyn qızının xx xxxx 2000-ci il tarixdə anadan olmuş X6 və xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ağahüseyn qızı xx xxxx 2000-ci il tarixdə anadan olmuş X6 və xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ağahüseyn qızı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək ərizənin qızı X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi hissəsində ərizəni geri götürdüyünü və oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair işə baxılmasını xahiş etmişdir. Ərizəçi Ağahüseyn qızı məhkəmə iclasında izahatında göstərdi ki, 1999-cu il tarixdə X9 ilə evlənmişlər, lakin nikahlarını xx xxxxxx 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxx 2000-ci ildə Nail, xx xxxxxx 2004-cü ildə Tünzalə və xx xxxxxx 2012-ci ildə Nisə adlı uşaqları olmuşdur. Övladları Nail və Nisə anadangəlmə psixi qüsurlu olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmir, özlərini idarə edə bilmirlər. Hər ikisi Qobustan rayon mərkəzi xəstəxanasının polikilinika şöbəsində “F71.2, F72.0 davranış pozuntusunun olmaması və zəif dərəcədə təzahür etməsini göstərməklə ağır dərəcəli əqli gerilik davranış pozuntular” diaqnozu ilə qeydiyyatda dururlar. Ona görə də xx xxxx 2000-ci il tarixdə anadan olmuş oğlu Nailin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 izahatında göstərdi ki, “F72.0 davranış pozuntusunun olmaması və zəif dərəcədə təzahür etməsini göstərməklə ağır dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu ilə tibbi qeydiyyatda durur, X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə etirazları yoxdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İşdə olan AZ-İİ seriyalı 203966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2000-ci il tarixdə anadan olmuşdur. Atası X10, anası Ərizəçi Ağahüseyn qızıdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon mərkəzi xəstəxanasının verdiyi xx xxxxxxxx 2019-cu il tarixli 103 saylı arayışından görünür ki, 2000-ci il təvəllüdlü Qobustan şəhər sakini X2 rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində “F72.0 davranış pozuntusunun olmaması və zəif dərəcədə təzahür etməsini göstərməklə ağır dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu ilə tibbi qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X15 Qobustan rayon şöbəsinin verdiyi xx xxxxxxxx 2019-cu il tarixli 965 saylı arayışından görünür ki, X12 uşaqlıqdan ikinci qrup əlilliklə əlaqədar 130 manat müavinət alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 verdiyi xx xxxx 2020-ci il tarixli 1307 saylı rəyindən görünür ki, X1 imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin qeyri-aydın olması büruzə verməsi, psixi vəziyyəti ilə əlaqədar ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, Qobustan RMX-nın poliklinika şöbəsində “F72.0 davranış pozuntusunun olmaması, və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın Respublika Psixiatriya Xəstəxanasında xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi “Orta dərəcəli əqli gerilik. Davranış pozuntuları” diaqnozu ilə stasionar müalicədə olması, xx xxxx 2018-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunaraq “Orta kəmağıllıq” diaqnozunun müəyyən edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin tək-bir sözlərdən ibarət olması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin büruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən kəskin imbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Müəyyən olundu ki, Ərizəçi Ağahüseyn qızı 1999-cu il tarixdə X9 ilə evlənmiş, onların birgə nikahdan xx xxxx 2000-ci ildə Nail, xx xxxxxx 2004-cü ildə Tünzalə və xx xxxxxx 2012-ci ildə Nisə adlı uşaqları olmuşdur. Övladları Nail anadangəlmə psixi qüsurlu olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmir, özünü idarə edə bilmir. Nail Qobustan rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində “ F72.0 davranış pozuntusunun olmaması və zəif dərəcədə təzahür etməsini göstərməklə ağır dərəcəli əqli gerilik davranış pozuntuları” diaqnozu ilə tibbi qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinəəsasən məhkəmədə psixi qüsurlarına görəşəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailəüzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinəəsasənşəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərindəqəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi Ağahüseyn qızının ərizəsi təmin edilməli, xx xxxx 2000-ci il təvəllüdlü X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 2000-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar