Məhkəmə qərarları › İş №2(026)-251/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-251/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-251/2021 16.08.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş Fatimənin atası olması faktının etiraf edilməsi və Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş Fatimənin atası olması faktının etiraf edilməsi və Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək göstərdi ki, iş məhkəmənin icraatında olduğu zaman Cavabdeh onunla birlikdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə gedərək Fatiməyə atalığın müəyyən edilməsi barədə və doğum haqqında yeni şəhadətnamə aldıqlarına görə iddianın atalıq faktının etiraf edilməsi hissəsindən imtina etdiyini göstərərək 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 17 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə evlənmişlər, lakin sərt karantin olması səbəbindən nikahlarını rəsmiləşdirməmişlər. Səxavət əvvəllər ailəli olduğunu, lakin həyat yoldaşından ayrıldığını ona bildirmişdir. Səxavətlə birgə yaşadıqları vaxtı Səxavətin birinci həyat yoldaşı onlara gələrək ona Səxavətdən ayrılmadığını bildirmişdir. Ona görə də hamiləliyinin son günlərində evdən çıxıb xəstəxanaya getmiş və bir daha ər evinə qayıtmamışdır. 07 sentyabr 2020-ci il tarixdə Fatimə adlı bir uşaqları anadan olmuşdur. Səxavətə dəfələrlə uşaq üçün doğum haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə gəlməsini xahiş etsə də, Səxavət hər dəfə bir bəhanə gətirərək Qeydiyyat şöbəsinə gəlməmişdir. Ona görə də Fatimə üçün tək ananın deməsinə görə doğum haqqında şəhadətnamə almışdır. O məhkəməyə atalıq faktının etiraf edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etdikdən sonra Səxavət Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə gedərək Fatimənin atası olduğunu etiraf edərək Fatiməyə atalığın müəyyən edilməsi barədə və doğum haqqında yeni şəhadətnamə almışdır. Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün Səxavətin maddi yardımına ehtiyacı olduğuna görə Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 17 dekabr 2019-cu il tarixdə evlənmişlər, lakin sərt karantin olması səbəbindən nikahlarını rəsmiləşdirə bilməmişlər. Fərinə bir neçə ay onunla yaşadıqdan sonra onun əvvəlki həyat yoldaşından olan uşaqları ilə yola getməyərək evdən çıxıb getmiş və onunla birlikdə ararvad kimi yaşamaq istəmədiyini bildirmişdir. Fərinə ondan ayrılan zaman hamilə vəziyyət olmuş və 07 sentyabr 2020-ci il tarixdə onların Fatimə adlı bir uşaqları anadan olmuşdur. Hazırda Fatiməyə atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamə almışlar. Onun Fatimədən başqa 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları da var. O heç bir yerdə işləmir. Ona görə də məhkəmədən ailə vəziyyətini nəzərə alaraq Fatimənin saxlanılması üçün ondan hər ay 75 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 12 avqust 2021-ci il tarixdə verdiyi atalığın müəyyən edilməsi haqqında AZ-İ seriyalı 417796 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07 sentyabr 2020-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 12 avqust 2021-ci il tarixdə verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Qobustan rayon qeydiyyat şöbəsinin 25 fevral 2011-ci il tarixdə verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 may 2004-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Qobustan rayon qeydiyyat şöbəsinin 25 fevral 2011-ci il tarixdə verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 25 iyun 2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Qobustan rayon qeydiyyat şöbəsinin 25 fevral 2011-ci il tarixdə verdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 oktyabr 2006-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinin mənasına görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Müəyyən olundu ki, İddiaçı 17 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə münasibətindən 07 sentyabr 2020-ci il tarixdə Fatimə adlı bir uşaqları anadan olmuşdur. Səxavətin birinci evliliyindən də üç uşağı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qanunun bu tələblərinə əsasən məhkəmə uşağın anası İddiaçı yanında olmasını, valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin əvvəlki həyat yoldaşından üç uşağının olmasını əsas tutaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 sayı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istərsə bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvercilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və qanuni qəyyumlarının irq, dərinin rəngi, cins, dil, din, siyasi və ya digər baxışlar, milli, etnik və ya sosial mənşə, əmlak vəziyyəti, əlillik, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik qoymadan yurisdiksiyaları daxilində olan hər bir uşağın bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlarına hörmət edir və onları təmin edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq və Cavabdeh ailə vəziyyətini, maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh oğluna qarşı hər ay 200 manat sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 21 iyun 2021-ci il tarixdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 iyun 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar