Məhkəmə qərarları › İş №2(064)-1662/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-1662/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-1662/2023 20.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 atası olmasının müəyyən olunması, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay cavadehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin may ayında qeyri-rəsmi ailə qurmuşdur. Lakin cavabdehlə 8 ildir ki, tanışdır. Cavabdeh verdiyi vədləri yerinə yetirməkdən ailə başçısı kimi boyun qaçırmışdır. Hamilə olduğunu bilən kimi onu köməksiz vəziyyətdə qoyub evdən çıxarmışdır. O, çöldə qalmalı olmuşdur. Onunla bərabər az yaşlı qızı da bu cür vicdansiz durumla qarşılaşmışdır. Cavabdeh onun hamilə olduğunu nəzərə almadan günlərlə evdə ac qoyur, qazancından evə heç bir ehtiyac meyarı olan ərzaqları almırmış. Hətta dəfələrlə onu gecə saatlarında dünyaya gəlməmiş körpənin düşməsi üçün şəraitlər yaratmışdır. Ayağının altına müxtəlif maneələr qoymağa və sairə çalışsa da ona nail ola bilməmişdir. Artıq körpəni öldürə bilməyəcəyini görən cavabdeh onları evə buraxmayaraq açarı özü ilə götürmüşdür. O, aliment tələbi üçün Respublikanın qanunlarının müvafiq maddələri ilə tənzimlənən mediasiya haqqinda qanunun tələblərini yerinə yetirərək 29 07 2023-cü ildə müraciət etmiş və Bakı şəhəri Mediasiya şurasi tərəfindən tələbi təmin edilmişdir. Cavabdeh mediasiyada iştirak etməsə də məktub vasitəsi ilə məlumatlandırılmısdır. Cavabdehlə faktiki nikahdan 31 may 2023-cü il təvəllüdlü X3 adlı bir qızı dünyaya gəlmişdir. Onun saxlanılmasi üçün aliment tələbi hesab edir ki, qanunamüvafiqdir. Qızının ehtiyaclarının ödənilməsi onun sağlam yaşaması və gələcəkdə təhsilinin inkişafı üçün aliment vəsaiti lazimdir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi qanunda kifayət qədər yer almiş və bu gün də məhkəmə və digər aidiyyəti orqanlar tərəfindən həyata keçirilir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: İddiaçı məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyni bildirmiş və idda tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, azyaşlı Zəhranın atasıdır. Hazırda o, ürək damar xəstəliyindən əziyyət çəkir. Ona görə də, Zəhranın saxlanılması üçün hər ay iddiaçıya 150 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AZ-İV №893449 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. “AZEMİS”-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir və aylıq maaşı 1.115 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Göründüyü kimi, qanunun qeyd olunan tələblərinə görə iddiaçının həmin iddia üzrə ərizə ilə müraciət etmək hüququ olmuş, cavabdeh uşağın atası olmasını könüllü olaraq müvafiq qeydiyyat orqanına gedib etiraf etməmiş, buna görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən elə cavabdehin özünün ərizəsi ilə onun xx.xx.2023-cü il təvəllüdlü Zəhranın atası olması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı sayılaraq təmin edilməlidir. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasının 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə azyaşlı Zəhranın saxlanılması üçün tutulacaq alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini, o cümlədən cavabdeh atanın maddi vəziyyətinin qənaətbəxş olmasını, eləcə də azyaşlı 2023-cü il təvəllüdlü Zəhranın mənafeyini, yəni onun artıq böyüyərək maddi tələbatlarının artmasını, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatının olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia bu hissədə də təmin olunmaqla qətnamənin alimentin tutulması hissəsi dərhal icra olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü Zəhranın atası olması müəyyən edilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar