Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-10/2021 19.02.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və alimentin sabit pul məbləğində tutulması və əvvəlki dövr üçün ödənilməmiş aliment tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonunda doğulmuş X3 atasının Cavabdeh olmasının müəyyən olunmasını, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat alimentin və əvvəlki dövr üçün ödənilməmiş alimentin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin nümayəndə və vəkillə təmsil olunmuşdur. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində 2003-cü ildən valideynləri ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığını, həmin şəhərdə Şərur rayon Dərvişlər kəndindən olan Cavabdeh ilə tanış olduğunu, Daşqının onunla ailə qurmaq niyyətində olduğunu bildirdiyini, lakin el adət ilə toy eləmək imkanının olmadığını və onunla qoşulub qaçmağını təklif etdiyini, onun da Daşqını sevdiyindən 2016-cı ilin axırları onunla qoşulub qaçdığını, onların bir neçə ay qeyri-rəsmi ailə quraraq mehriban yaşadıqlarını, lakin Daşqının onun hamiləliyini bildikdə ona qarşı münasibətinin dəyişdiyini və məsuliyyətdən qorxaraq ondan uşağın olmayacağını tələb etdiyini, eyni zamanda Daşqının ondan əvvəl ailəli olduğunu və bir müddət əvvəlki həyat yoldaşı ilə münasibətlərinin pis olduğunu, lakin son zamanlar onunla barışdığını və əvvəlki həyat yoldaşı ilə yaşamaq niyyətində olduğunu bildirdiyini, cavabdehin çoxsaylı təkidlərinə baxmayaraq onun uşağın doğulması fikrinin qəti olduğunu ona bildirdiyini, Daşqının uşağın məhv olması üçün plan hazırlayaraq onu dostları ilə gəzməyə çıxmağını təklif etdiyini, onun cavabdehin bu təklifi ilə razılaşdığını, onların şəhərdə bir müddət əyləndikdən sonra şəhərdə gəzərkən hündür körpünün üstündən keçən zaman Daşqın və onun dostlarının birləşərək onu körpüdən aşağı itələdiklərini, onun ayılanda artıq xəstəxənada olduğunu, uzun sürən müalicədən sonra onun və bətnindəki uşağın sağ qaldığını, sonra onu valideynlərinin Şərur rayon Çomaxtur kəndinə gətirdiklərini, xx xxxxxx 2017-ci il tarixdə X3 dünyaya gəldiyini, uşaq doğulduqdan sonra onun Daşqınla əlaqə saxlayaraq uşağın saxlanması üçün ondan aliment tələb etsə də o, həmişə ona uşağın atası olmadığını və heç zaman ona aliment ödəməyəcəyini bildirdiyini, valideynlərinin köməkliyi ilə uşağı saxladığını, haliyyədə işləmədiyini, valideynlərinin isə maddi imkanlarının aşağı olduğundan uşağını saxlamaqda, onu böyütməkdə onun maddi çətinliklərinin yarandığını, uşağın atasının isə ona uşağın saxlanmasında heç vaxt köməklik etmədiyini, uşağın atasının Cavabdeh müəyyən olunması, cavabdehin aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün olmadığından sabit pul məbləğində və əvvəlki dövr üçün ödənilməmiş alimentin hesablanaraq ona ödənilməsi barədə qətnamənin qəbul olunmasını istədiyini qeyd edərək, xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonunda doğulmuş X3 atasının Cavabdeh olmasının müəyyən olunmasını, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat alimentin və əvvəlki dövr üçün ödənilməmiş alimentin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq məhkəmədən xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonunda doğulmuş X3 atasının Şərur rayon Dərvişlər kəndində anadan olmuş Cavabdeh olmasının müəyyən olunması və Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonunda doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat miqdarında alimentin və əvvəlki dövr üçün ödənilməmiş alimentin hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə İddiaçı ona qarşı iddia qaldıraraq Şərur rayonunda doğulmuş X3 atasının Cavabdeh olmasının müəyyən olunması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat və əvvəlki dövr üçün ödənilməmiş alimentin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonunda doğulmuş X3 atasının o, Cavabdeh olmasını etiraf etdiyini, lakin iddiaçının tələb etdiyi 170 manat məbləğində alimenti ödəməyə maddi imkanının olmadığını, alimentin 120 manat məbləğində olmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatına, cavabdehin etiraf əizəsinə və mülki iş materiallarında olan digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Şərur rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2018-ci il tarixli AZ- İİİ seriyalı 962920 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə doğulmuş X3 doğum haqqında şəhadətnaməsinin ata qrafasinda atası- X4, ana qrafasında anası- İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şərur rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(110)142/2020 saylı qərardadı ilə məhkəmə-tibbi genetik ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 9/42 nömrəli məktubundan görünür ki, tərəflər ekspertiza üçün getsələr də, məhkəmə-tibbi genetik ekspertizasının keçirilməsi üçün lazım olan reaktivlərin alınması təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı doğduğu xx xxxxxx 2017-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilməli, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat miqdarında sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilməli və iddia digər hissədə rədd edilməlidir. Belə ki, uşaq doğularkən tərəflər arasında rəsmi nikah olmamış və uşağın atası Cavabdeh ərizəsi olmadığına görə, uşağın doğum haqqında şəhadətnaməsində uşağın atasının soyadı əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılmışdır. Hazırki vəziyyətdə cavabdehin həmin uşağın atası olduğu mübahisə doğurmur, çünki Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə Şərur rayonunda doğulmuş X3 atasının o, Cavabdeh olmasını etiraf etməsinə dair məhkəməyə ərizə təqdim etmişdir. İddia cavabdeh tərəfindən etiraf edildiyindən, məhkəmə xx xxxxxx 2017-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 48-ci maddəsinə əsasən Bu Məcəllənin 44 - 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar; 186-ci maddəsində deyilir ki, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır; 187.1-ci maddəsində göstərilir ki, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Məhkəmə iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin alimentə dair hissəsi ilə bağlı gəldiyi nəticəni aşağıda qeyd etdikləri ilə əsaslandırır. Belə ki, yetkinlik yaşına çatmayan uşaq anası- iş üzrə iddiaçı ilə birlikdə yaşadığından və cavabdeh uşağın saxlanmasında iddiaçıya heç bir maddi köməklik götərmədiyindən, həmçinin cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı cavabdehdən yetkinlik yaşılarına çatmamış uşağın saxlanması üçün sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Aparılmış araşdırma zamanı müəyyən edilir ki, tərəflər 2016-ci ildə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş, onların bu evliliyindən isə bir övladı doğulmuşdur. Keçən müddət ərzində isə müxtəlif səbəblərdən tərəflər arasındakı münasibət pozulmuş onlar ayrılmışlar ki, tərəflər ayrıldıqdan sonra isə onların birgə evliliyindən doğulmuş övladı da iddiaçının himayəsində qalmışdır. Hazırda isə iddiaçı övladının saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Məhkəmə yuxarıda qeyd edilənləri iddiaçı üçün diqqətəlayiq hal hesab etməklə yanaşı, cavabdehin 120 (bir yüz) manat sabit pul məbləğində aliment ödəmək barədə etiraf ərizəsini və valideynlərin hər ikisinin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla, uşaqlarını saxlamağa borclu olması barədə ailə qanunvericiliyinin normasına əsaslanaraq iddiaçının tələbinin alimentə dair hissədə qismən haqlı olması qənaətinə gələrək, xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini məqsədəmüvafiq hesab etmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.12-ci bəndinə əsasən, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə, atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Həmçinin «X5» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı doğduğu xx xxxxxx 2017-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilməli və xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur; 217.3-cü maddəsinə əsasən,qətnamə iş üzrə müyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. İddiaçı doğduğu xx xxxxxx 2017-ci il təvəllüdlü X3 atasının Cavabdeh olması müəyyən edilsin. xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Cavabdeh xx xxxxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-10/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-10/2021
19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver