Məhkəmə qərarları › İş №2(027)-1802/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1802/2020

29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1802/2020 29.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildən cababdeh Cavabdeh ilə ailə qurmuş, lakin nikahları qeydə alınmamışdır. Birgə nikahdan onların xx.xx.2016-ci il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X7 adlı iki övladı doğulmuşdur. Ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan cavabdehin ona xəyanət etməsi səbəbindən münasibətləri pozulmuşdur. Cavabdeh uşaqlarına baxmır, uşaqlara münasibətdə atalığı qəbul etmir. Cavabdeh ticarətlə məşğul olmağına baxmayaraq, üç ildən çoxdur ki, uşaqlarına heç bir maddi yardım göstərmir, uşaqların bütün ehtiyacları onun valideynləri tərəfindən ödənilir. Hal-hazırda o, heç yerdə işləmir, başqa gəliri də yoxdur. Sadalananlara əsasən, Quba rayonu, Nügədi Qazmalar kəndində yaşayan Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 münasibətdə atalığın müəyyən edilməsi və uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki) yüz manat olmaqla, cəmi 400 (dörd) yüz manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh maşın alveri ilə məşğul olmasına və yaxşı qazancı olmasına baxmayaraq, uşaqlarına maddi köməklik göstərmir. Qeyd etdiklərini nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmənin hazırlıq iclasında iştirak edən zaman bildirdi ki, iddia tələbini xx.xx.2016-ci il təvəllüdlü Damla və xx.xx.2018-ci il təvəllüdlü Elnara münasibətdə atalığın müəyyən edilməsi hissəsində qəbul edir, lakin uşaqların bütün xərclərini özü çəkdiyinə görə tələbi aliment hissədə qəbul etmir. Eyni zamanda cavabdeh növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını və cavabdehin əvvəlki izahatını dinləyib, cavabdehin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, X6 xx.xx.2016-ci il tarixdə, X7 xx.xx.2018-ci il tarixdə doğulmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər; 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh münasibətləri qeyrirəsmi xarakter daşımışdır. Birgə nikahdan onların iki övladı doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pisləşdiyi üçün onlar ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 hazırda anaları, yəni iddiaçının himayəsindədirlər. İddiaçı tələbində uşaqların saxlanılmasında çətinlik çəkdiyini, bundan başqa uşaqlara münasibətdə atalığın müəyyən edilməsi ilə bağlı cavabdehlə aralarında mübahisə yarandığını bildirsə də, iş materiallarından göründüyü kimi cavabdeh iddianı məhz atalığın müəyyən edilməsi hissəsində qəbul etmiş, tələbin alimentlə bağlı hissəsinə isə etiraz etmişdir. Bu halı məhkəmə, cavabdeh tərəfindən iddianın etirafı kimi qəbul edərək hesab edir ki, iddia tələbi xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 münasibətdə atalığın müəyyən edilməsi hissəsində artıq mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq olunduqda, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin aliment hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 hazırda anasının himayəsində qalır. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər-hansı etiraz təqdim edilmədiyindən bu hal mübahisə predmeti sayıla bilməz. Bununla yanaşı məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında göstərmişdir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1.4-1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal icra edilir. Lakin Cavabdeh Damla Vahabzadə və Elnar Vahabzadəyə münasibətdə atalığın müəyyən edilməsi barədə qətnamə qanuni qüvvəsini almadan cavabdeh qanunla müəyyən olunmuş qaydada uşaqların atası sayılmadığından qətnamə aliment hissəsində dərhal icraya yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X5 münasibətdə atalığı müəyyən edilməli, Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Müəyyən edilmiş aliment məbləği cəmi 340 (üç yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə iki uşağa cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 4080 (dörd min səksən) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmişxx.xx.2013-cüil tarixdən qüvvəyə minmiş dəyişikliklərə görəhəmin Qanunun 8.2.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-ci il tarixdə doğulmuş (anası İddiaçı)X2 və xx.xx.2018-ci il tarixdə doğulmuş (anası İddiaçı)X3 atası olması müəyyən edilsin. Atalığın müəyyən edilməsi uşaqlara yeni doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Cavabdeh xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar