Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-251/2023 16.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndısi İddiaçı3 və İddiaçı3 vəkili və nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notariusu X9 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qobustan rayon dövlət notariat kontorunun verdiyi 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair iddiaçılar İddiaçı1, İddiaçı2, X3 qanuni vərəsəsi kimi İddiaçı3 vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qobustan rayon dövlət notariat kontorunun verdiyi 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair iddiaçılar İddiaçı1, İddiaçı2, X3 qanuni vərəsəsi kimi İddiaçı3 vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, atası X10 13 yanvar 2010-cu ildə vəfat etmişdir. Ondan başqa, Fazil və Elnur adlı iki qardaşı olmaqla, ailədə üç uşaq olmuşlar. Qardaşı Elnur 08 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Elnurun birinci dərəcəli vərəsəsi anası İddiaçı3dır. Atası Tarverdi 24 noyabr 2009-cu ildə Cavabdeh1 ilə nikaha daxil olaraq evlənmiş və onların Şəhriyar adlı bir uşaqları vardır. X4 qalmış miras əmlak əmanət bankında olan puldan, Qobustan rayonunun Qobustan şəhərində yerləşən 0,05 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən və Qobustan rayonu ərazisində yerləşən 2,80 ha ümumbirgə kənd təsərrüfat təyinatlı pay torpaq sahəsidir. 2,80 ha kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarı ilə verilmişdir və X10, İddiaçı2, X11 və onun birgə mülkiyyətindədir. Onlar miras əmlakı faktiki olaraq qəbul etmişlər. Lakin notariat ofisinə rəsmi olaraq vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişlər. Hazırda isə vərəsəlik işinin açılması üçün müraciət etmək istədikdə 2012-ci ildə Qobustan rayon dövlət notariat kontorunun vərəsəlik işinin olduğu və Cavabdeh1 vərəsəlik şəhadətnaməsinin verildiyini öyrənmişlər. Belə ki, Cavabdeh2 təqdim etdiyi 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli vərəsəlik işinin surətindən görünür ki, mərhum X4 miras qalmış əmanət bankında olan pula dair Cavabdeh1 tam həcmdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Digər əmlaklar vərəsəlik işinə daxil edilməmişdir. O, Cavabdeh1 evi oğlu Şəhriyarın adına keçirmələrini, lakin onların payını verməsini demişdir. Cavabdeh2 verdiyi 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair iddiaçılar İddiaçı1, İddiaçı2, X3 qanuni vərəsəsi kimi İddiaçı3 vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 nümayəndəsi və X5 qanuni nümayəndəsi İddiaçı3 iddianı müdafiə edərək izahatında göstərdi ki, X10 ilə ailəli olmuşdur, onların Fazil, Allahverdi və Elnur adlı üç uşaqları olmuşdur. Övladı Elnur 08 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Tarverdi ilə aralarında olan nikah pozulduqdan sonra Tarverdi 24 noyabr 2009-cu ildə Cavabdeh1 ilə nikaha daxil olaraq evlənmiş və onların Şəhriyar adlı bir uşaqları vardır. X10 da 13 yanvar 2010-cu ildə vəfat etmişdir. Tarverdidən qalmış miras əmlak əmanət bankında olan puldan, Qobustan rayonunun Qobustan şəhərində yerləşən 0,05 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evindən və Qobustan rayonu ərazisində yerləşən 2,80 ha ümumbirgə kənd təsərrüfat təyinatlı pay torpaq sahəsidir. 2,80 ha kənd təsərrüfat təyinatlı pay torpaq sahəsi və fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli qərarı ilə verilmişdir və X10, İddiaçı2, X11 və İddiaçı1 birgə mülkiyyətindədir. Həmin evi o tikmişdir. Dövlət aktı ilə verilən pay torpağında isə Baharın adı YOXDUR. Övladları notariat ofisinə rəsmi olaraq vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmişlər. Notariat ofisində vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişlər, lakin vərəsəlik işinin olduğu və Cavabdeh1 vərəsəlik şəhadətnaməsinin verildiyi onlara məlum olmuşdur. Cavabdeh2 təqdim etdiyi 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli vərəsəlik işinin surətindən görünür ki, mərhum X4 miras qalmış əmanət bankında olan pula dair Cavabdeh1 tam həcmdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Digər əmlaklar vərəsəlik işinə daxil edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 verdiyi 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair iddiaçılar İddiaçı1, İddiaçı2, X3 qanuni vərəsəsi kimi ona vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 nümayəndısi İddiaçı3 vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2005-ci ildə X10 ilə ailəli olmuşdur, lakin nikahlarını 24 noyabr 2009-cu ildə rəsmiləşdirmişlər. Tarverdi ilə birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Bir uşaqları ölmüş, oğlu Şəhriyar isə onunladır. O, Tarverdiyə ərə gələrkən Tarverdi xəstə olmuş, Tarverdi 13 yanvar 2010-cu ildə ölmüşdür. O Tarverdi ölənə kimi ona qulluq etmişdir. Tarverdinin evinə gəlin gələrkən evdə bir ədəd dəmir çarpayı və əsgər şinelindən başqa heç bir əşya olmamışdır. Həyəti alaq basmışdır. Evin pəncərələrini, qapılarını, dəyişmiş, evi təmir etmiş, həyətdə olan tikililəri bərpa etmişdir. 2012-ci ildə Tarverdinin adına bankda olan əmanətə qoyulmuş pulu ala bilmək üçün Qobustan rayon notariat kontorunda öz adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, bankdan aldığı 241 manat pulu Tarverdinin qəbir daşının düzəldilməsinə sərf etmişdir. Tarverdinin adına olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını 2016-cı ildə Tarverdinin oğlu Fazilə vermiş və Fazil də ona pay torpağının onlara verilməsini, evi isə Şəhriyara verəcəklərini demişdir. Tarverdinin adına olan pay torpağında onun və övladının da haqqı vardır. İddiaçılar pay torpağını X1 və aldıqları puldan ona heç nə verməmişlər. Tarverdinin torpağında və həyətyanı torpaq sahəsində olan payından başqa, heç bir daşınar və daşınmaz əmlakı YOXDUR. Evlər idarəsindən aldığı şifahi məlumata görə Tarverdinin adına heç bir ev, mülki və sair daşınmaz əmlak YOXDUR. Cavabdeh2 notariusu X14 izahat verərək göstərdi ki, mirasın faktıki qəbulu ilə əlaqədar işlənilmiş həmin sənəd təqdim olunduğu üçün mirasın qəbul edilməsi üçün vərəsələr müəyyən oluna bilərlər. Miras əmlaklara notariat ofisi tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulmasına etiraz etmir. Məhkəmə tərəflərin, onların nümayəndələrinin və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalı, Qobustan rayon dövlət notariat kontorunun verdiyi 28 dekabr 2012-ci il tarixli 2V- 717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair iddiaçılar İddiaçı1, İddiaçı2, X3 qanuni vərəsəsi kimi İddiaçı3 vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyi Cavabdeh2nə həvalə olunmalıdır. İş materiallarına əlavə edilmiş Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 15 aprel 2021-ci il tarixdə vermiş AZ-İ 452674 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 yanvar 2010-cu il tarixdə vəfat etmişdir. Şamaxı rayonu Nərimankənd kənd sovetliyinin 12 sentyabr 1980-ci il tarixdə verdiyi AZ-307244 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 iyul 1980-ci ildə anadan olmuşdur. Qobustan rayonu Nərimankənd icra nümayəndəliyinin 25 avqust 2011-ci il tarixdə verdiyi AZ-İİ 715778 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 04 dekabr 1981-ci ildə anadan olmuşdur. Qobustan rayonu Nərimankənd icra nümayəndəliyinin 12 iyun 2008-ci il tarixdə verdiyi AZ-İİ 112629 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 30 mart 1992-ci ildə anadan olmuşdur. Rusiya Federasiyası, Astarxan vilayəti, Astarxan şəhəri, qeydiyyat idarəsinin 10 iyul 2017-ci il tarixdə verilmiş İ-KB 784586 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 24 noyabr 2009-cu il tarixdə verilmiş AZ- İ 493929 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Bahar Qulu qızı ilə 24 noyabr 2009-cu il tarixdə nikahlarını 90 sayla qeyd etdirməklə evlənmişlər. Arvada Alkişiyeva soyadı verilmişdir. Qobustan rayon dövlət notariat kontoru tərəfindən 28 dekabr 2012-ci il tarixdə verilmiş 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 miras qoyan X6 əmanət pulu üzrə vərəsəsi kimi tanınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-142A Kod 30700028 saylı şəhadətnamənin surətindən görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə 0,05 hektar həyətyanı torpaq sahəsi Qobustan rayonu Nərimankənd kənd sakinləri X7, X8, İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyət hüququna dair JN-493 Kod 30700028 saylı dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 10 dekabr tarixli qərarı ilə ailə başçısı X10 göstərilməklə İddiaçı1, X11 və İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,80 hektar pay torpaq sahəsi verilmişdir. Müəyyən olundu ki, X6 birinci arvadı İddiaçı3 ilə birgə nikahlarından bir neçə övladı olmuş, Tarverdi ölənə kimi uşaqlarından üçü sağ qalmışdır. Onda 06 iyul 1980-cı il tarixdə anadan olmuş Elnur 08 iyul 2017-ci il tarixdə vəfat etmişdir. Tarverdi Alkişiyev 2005-ci il tarixdə faktiki nikaha girdiyi Bahardan isə iki övladı olmuş, biri ölmüş, Şəhriyar isə sağdır. Respublikada torpaq islahatı gedən zaman Qobustan rayon Aqrar İslahat Komissiyasının 1996-cı il tarixli 10 dekabr tarixli qərarı ilə ailə başçısı X10 göstərilməklə İddiaçı1, X11 və İddiaçı2 kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,80 hektar pay torpaq sahəsi, Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə X6 mülkiyyətinə 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Keçmiş SSR dövründən qalan əmanət pullarının sahiblərinə verilməsi üçün Qobustan rayon dövlət notariat kontorunda 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli vərəsəlik işi açılmış və mərhum X4 miras qalmış əmanət bankında olan pula dair Cavabdeh1 tam həcmdə vərəsəlik şəhadətnaməsi verilmişdir. Notariat kontorunda vərəsəlik şəhadətnaməsi verilərkən X6 birinci dərəcəli vərəsələri dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayon dövlət notariat kontorunun Cavabdeh1 adına vermiş olduğu 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair onun vərəsələrinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi aidiyyatı üzrə Cavabdeh2nə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qobustan rayon dövlət notariat kontorunun Cavabdeh1 adına vermiş olduğu 28 dekabr 2012-ci il tarixli 2V-717 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. 13 yanvar 2010-cu il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaklara dair onun vərəsələrinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi aidiyyatı üzrə Cavabdeh2nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-251/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-251/2023
16.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver