Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-268/2023 10.08.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 1030 manat məbləğində şəxsi əmlakların, avtomobil almaq üçün verdiyi 11200 manat pulun ona qaytarılması və ya onun pulu ilə Cavabdeh3 adına aldıqları “Mersedes-Benz” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə verilməsi, ona yetirdikləri 5000 manat məbləğində mənəvi zərərin və ödədiyi 142 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 1030 manat məbləğində şəxsi əmlakların, avtomobil almaq üçün verdiyi 11200 manat pulun ona qaytarılması və ya onun pulu ilə Cavabdeh3 adına aldıqları “Mersedes-Benz” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə verilməsi, ona yetirdikləri 5000 manat məbləğində mənəvi zərərin və ödədiyi 142 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə barışıq sazişi təqdim edərək barışıq sazişini məhkəmənin təsdiq etməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 da məhkəmədən barışıq sazişini təsdiq etməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 və İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil barışıq sazişi ilə razı olduqlarını bildirdilər. Məhkəməyə təqdim olunmuş barışıq sazişində göstərilir ki, barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır. Tərəflər mübahisəni sülh yolu ilə həll etmək niyyətindədirlər. Buna görə də aşağıdakı şərtlərlə razılığa gəlirlər və barışıq sazişini təsdiq edirlər: Cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 öhdəsinə götürür ki, barışıq sazişi məhkəmə qaydasında təsdiqləndikdən sonra İddiaçı iddiası üzrə 5000 manat və 1 ədəd samovarın dəyəri olan 100 manat məbləğində pul 1 (bir) ay, yəni 10 sentyabr 2023-cü il tarixə kimi iddiaçıya ödəniləcək. İddiaçı qaldırdığı iddia üzrə cavabdehlərin ona 5000 manat pulun cavabdehlər tərəfindən 1 (bir) ay, yəni 10 sentyabr 2023-cü il tarixə kimi ödəyəcəklərinə görə razılığa gəldikləri üçün iddianın qalan hissəsindən imtina edir. Bu saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmişdir və tərəflərin imzaları ilə təsdiq edilir. Barışıq sazişindən irəli gələn hüquq və vəzifələr, həmçinin üzərlərinə götürülmüş öhdəliklər və onların yerinə yetirilməyəcəyi təqdirdə məcburi qaydada icra edilməsi tərəflərə məlumdur. Qobustan rayon məhkəməsinin 01 may 2023-cü il tarixli 16(026)-1/2023 saylı qərardadından görünür ki, Cavabdeh3 adına olan “Mersedes Benz” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində hər-hansı notariat hərəkətlərinin aparılmasına və cavabdehin həmin avtomobildən istifadəsinə qadağa qoyulmuşdur. Məhkəmə tərəflərin, vəkil və nümayəndənin izahatlarını dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 191, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə cavabdehlər Cavabdeh1 Hüseynbaba oğlu, Cavabdeh2 və Cavabdeh3 arasında 10 avqust 2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunsun. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Qobustan rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-268/2023
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-268/2023
10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlər - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver