Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3981/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: cinayət əməli nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X1 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı sağlamlığa ziyan vurmağa görə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-300/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Al i Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 11 yanvar 2020-ci il tarixdə, saat 21:00 radələrində idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Görədil kəndində Fatmayı-Görədil avtomobil yolu ilə Görədil kəndi istiqamətində 20 km/saat hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Yol hərəkəti haqqında” Qanun) tələblərini pozaraq, İddiaçı avtomobilin sağ yan güzgüsü ilə vurmuş, nəticədə, ehtiyatsızlıqdan sonuncunun baş beyninin əzilməsi, baş beyin maddəsinə və qişaları altına qansızmalar, baş beyinin sol gicgah nahiyəsinin subdural hematoması (yumşaq qişanın altına qanın toplanması), pnevmosefoliya (kəllə boşluğuna havanın toplanması), sağ təpə-gicgah sümüklərinin kəllə əsasına keçən və ənsə sümüyünün sınıqları, sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti hadisəsini törətmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 1(012)-196/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2631.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən, xx.xx.2022-ci il tarixli, 1-141/2022 say lı kompensasiya ödənişinin verilməsi haqqında Qərara əsasən, İddiaçı 1500 manat pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sağlamlığına vurulmuş maddi zərərə görə 23.890 manat, mənəvi zərərə görə 6000 manat olmaqla, ümumilikdə cəmi 29.890 manat, dövlət rüsumu kimi ödədiyi 180 manat pul vəsaitinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunmuş faktiki hallarına istinad edərək, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cinayət əməli nəticəsində sağlamlığını itirmiş və bu günə qədər sağlamlığı bərpa olunmamışdır. Həkimin bildirdiyinə gö rə, bu tip xəstələrin müalicəsi minimum 7 ay davam etməlidir ki, beyində sonradan xəsarət nəticəsində mənfiliyə doğru heç bir patologiya aşkar edilməsin. Lakin cavabdeh cinayət istintaqı aparılan zaman 16 gün xəstəxanada, sonradan az müddətdə evdə dözülməz ağrı vəziyyətində çağırışları nəticəsində müəyyən qədər ona köməklik etsə də, ardını davam etdirməmiş, son nəticədə isə onda ağırlaşma halları baş vermişdir. Bunu tibbi müayinələrdən keçdiyi sənədlər də təsdiq edir. Valideynləri bu günə qədər həkimlərə və dərman vasitələrinə 4000 manat pul xərcləmişlər. Hüquqlarının müdafiəsi üçün 450 manat pul vəsaiti, taksi fəaliyyəti üçün 194.40 manat, avtobus nəqliyyatından istifadəyə görə 80.60 manat, etibarnamələr üçün notariat xərci olaraq 30 manat, psixoloqun qəbulu və yardımına 100 manat, maqnit -rezonans müayinəsinə 155 manat, vəkil sorğularının göndərilməsi və iddia ərizəsinin tərtibinə görə vəkillə bağlamış olduğu müqaviləyə görə 100 manat pul vəsaiti xərcləmişdir. Bundan başqa, cavabdehin onu avtomobillə vurduğu 11 yanvar 2020-ci il tarixdən bu günə qədər sağlamlığını itirdiyinə görə heç bir yerdə işləyə bilməmiş, başqa yerdən də gəliri yoxdur. Belə ki, gündüzlər fəhlə, axşamlar isə mühafizəçi işləmiş və gündəlik qazancı 25 manat təşkil etmişdir. Bu da bir aya 750 manat edir. O, 25 aydır ki, işləmir və 18.750 manat qazancını itirmişdir. 25 ay müddət ərzində maddi zərərlə bərabər həm sağlamlığını itirmiş, həm də ibtidai istintaqa, məhkəməyə və xəstəxanaya gedib gəlməklə, saatlarla yollarda qalaraq mənəvi ağrı və iztirab çəkmişdir.
6. İddiaçı məhkəmə iclasında iddia tələbində qeyd olunmuş 23.890 manat pul vəsaitinə münasibətdə əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində ödəniş qəbzləri olsa da, onun tərəfindən alınmış dərman vasitələri, müalicə xərcləri də vardır ki, həmin ödənişlər də sözügedən məbləğə daxildir, həmçinin, o, işsiz olmuş, gəlir əldə edə bilməmişdir. Lakin həmin məbləğlə bağlı bütün ödəniş qəbzləri hazırda onda yoxdur.
7. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçının xəstəxanada qaldığı bir ay müddətində müalicəsini, dərmanlarını, yeməyini o, almışdır. Ondan sonra bir ay da iddiaçını ev şəraitində müalicə etdirmiş və müalicəyə 6000 manat pul xərcləmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1684/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədo v) iddia qismən təmin edilərək, cavabdehdən mənəvi zərərə görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 180 manat olmaqla, cəmi 1180 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iddia tələbinin sağlamlığa vurulmuş maddi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir, ona görə də iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, iddiaçının iddia tələbində müalicə xərci ilə bağlı qeyd etdiyi məbləğ ödəniş qəbzlərində qeyd edilmiş məbləğlə uyğunluq təşkil etmir, həmçinin, həmin qəbzlərin həqiqətən də iddiaçı tərəfindən müalicə xərci ilə bağlı dərman vəsaitlərinin alınmasına sərf olunmuş vəsaitlərin onun aldığı xəsarətlərin müalicəsi ilə bilavasitə əlaqəli olması, eyni zamanda sərnişin daşınmasına görə göstərilmiş taksi xidmətinə görə ödənilmiş pul vəsaitlərinin həqiqətən də hazırkı işlə bağlı iddiaçıya göstərilmiş xidmət olduğu, mülki iş materiallarına əlavə olunmuş hüquqi yardımın göstərilməsi barədə müqavilənin məzmunundan isə iddiaçıya həqiqətən də hazırkı işlə bağlı hüquqi yardım göstərilməsi müəyyən olunmur. Bununla yanaşı, iddiaçı 25 ay müddətində işsiz qaldığı zamanda gəlir əldə edə bilməməsinə dair mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilə bilməz.
10. Bundan başqa, iddiaçı tərəfindən müayinə, müalicə xidməti özəl xəstəxanada aparılmış və ödənişlər edilmişdir. Pasiyent tərəfindən özünün hər hansı müalicə-müayinə edilməsi onun s eçimindən asılıdır. Belə ki, ölkədə səhiyyə xidmətləri özəl və dövlət tibbi xidmətlərdən ibarətdir. Dövlət səhiyyə xidməti vətəndaşlar üçün pulsuz, özəl tibbi xidmətlər isə ödənişli həyata keçirilir. İddiaçı qanunun ona verdiyi pulsuz müalicədən istifadə etmək hüququndan istifadə etməmiş, könüllü olaraq ödənişli özəl tibbi xidmətlərdən yararlanmışdır.
11. İddiaçıya 1500 manat məbləğdə kompensasiya ödənişi edildiyindən, həmçinin, 23.890 manat maddi ziyan tələbi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, iddia ərizəsi maddi ziyan hissəsində təmin edilə bilməz.
12. Mənəvi zərərlə bağlı məhkəmə qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin hadisənin baş verdiyi tarixdən hazırkı müddətədək iddiaçının mənəvi sarsıntı keçirməsi istisna d eyildir. Mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib hallar, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi, ona qarşı törədilən qanunsuz hərəkətin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi nəzərə alınaraq, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 1000 manat pul vəsaitinin tutulması məqsədəuyğundur.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 31, 41, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 1096.1, 1097.1, 1108-ci, “Yol hərəkəti haqqında” Qanunun 81-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “ Əhalinin sağlamlığının qorunması haqqında” Qanun) 4, 5, 10, 12-ci, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Tibbi sığorta haqqında” Qanun) 15-7.1, 15-15.1-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “İcbari Sığortalar haqqında” Qanun) 25.1, 33.1, 50.1, 56.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 82.3, 82.4, 106.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə d air 31 may 2002-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi qəbzlərin müalicə xərci ilə əlaqəli olmasının, eyni zamanda sərnişin daşınmasına görə göstərilmiş taksi xidmətinə görə ödənilmiş pul vəsaitlərinin və göstərilmiş hüquqi yardımın hazırkı işə aid olub-olmamasının müəyyən edilməməsi ilə bağlı məhkəmənin qənaəti əsassızdır, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmənin mövqeyindən belə çıxır ki, iddiaçı ya tibbi sığortadan istifadə etməli, ya da dövlət xəstəxanasında müalicə almalı idi, lakin heç bir halda özəl xəstəxanada tibbi xidmət alaraq, həmin xidmətlərə görə pulun ödənilməsini ona zərər yetirmiş cavabdehdən tələb etmək hüququ yoxdur. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçı, ona zərər vurandan deyil, dövlətdən bu xəsarətlərin sağaldılmasını tələb etməlidir. Dövlət öz vətəndaşlarının tibbi xidmətini pulsuz qarşılayır, lakin bu o anlama gəlmir ki, cinayət nəticəsində kiminsə təqsirli əməli ilə vurulmuş xəsarəti müalicə etdirmək öhdəliyindən həmin şəxsi azad etsin və bu xərcləri dövlət öz üzərinə götürsün. Əvvəllər də, xəsarət alandan sonra dəfələrlə müalicə almaq üçün TƏBİB-ə müraciət etmiş, ona bildirimişlər ki, bütün tib bi xidmətlər TƏBİB tərəfindən qarşılanmır, məsələn, diş həkimləri, psixoloqlar, fizioterapiya, əməliyyatların əksəriyyəti, protezlər və digər tibbi vasitələr, dərmanlar və sair. Məhkəmə onun sağlamlığına vurulmuş 6000 manat mənəvi zərərlə bağlı da düzgün hüquqi nəticəyə gəlməmişdir. Çəkdiyi əziyyət və iztirabları 1000 manat dəyərləndirməkdə məhkəmə ədalətsizlik etmişdir.
15. İşin apellyasiya icraatı zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, iddiaçıda hal-hazırda yolnəqliyyat qəzası nəticəsində almış olduğu ağır kəllə-beyin travmasınından sonrakı qalıq əlamətləri, posttravmatik ensefalopatiya vegetativ-visseral paroksizmləri ilə asteno nevroptik sindrom kimi nevroloji dəyişikliklərin olduğu müəyyən edilir. Bununla əlaqədar iddiaçının yaşadığı ərazi üzrə nevropatoloqun nəzarəti altında olmaqla ambulator müalicəyə ehtiyacı vardır. İddiaçının adına təqdim edilmiş resept blanklarında qeyd edilmiş dərman preparatarı ona posttravmatik və ümumi nevroloji dəyişikliklərə uyğun olaraq təyin edilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-300/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sağlamlığa vurulmuş maddi zərərə görə 23.890 manat pulun tutulmasının təmin edilməməsi hissəsində qismən - müalicə üçün dərman vəsaitlərinin alınmasına görə ödənilmiş pulun tutulmaması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçının müalicəsi üçün dərman vəsaitlərinin alınmasına görə 1461 manat pulun cavabdehdən tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə cavabdehdən mənəvi zərərə görə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 180 manat olmaqla, cəmi 1180 manat pulun tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında cavabdehin yol-nəqliyyat hadisəsində əməli sübuta yetirilərək təqsirli hesab edilmiş, onun iddiaçıya zərər vurması öz təs diqini taparaq iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, ona mülki qaydada şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır.
18. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmışdır.
19. Bununla belə, məhkəmə birinci instansiya məhkəməsinin sağlamlığa vurulmuş maddi zərərə görə cavabdehdən pul tutulmasına dair iddianın təmin edilməməsi hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yaranmış, sağlamlığı itirilmişdir. Belə olan halda iddiaçının daimi müalicəyə ehtiyacı olması müşahidə edilir. Bu da, müəyyən dərmanların alınması, həkim müayinələrindən keçməsi deməkdir ki, bunun üçün iddiaçı tərəfindən müəyyən məbləğlər ödənilməlidir.
20. M əhkəmə ekspert rəyinə istinadla qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi resept blanklarında qeyd edilən dərmanlar onun qəza nəticəsində aldığı zədələrlə bağlı müalicəsi üçün alınmışdır. İş materiallarında olan dərman reseptlərinə əsasən, iddiaçı müalicə üçün reseptlərdəki dərmanların alınmasına 1461 manat pul xərcləmişdir. Buna görə də iddiaçının müalicə edilməsinə görə alınmış dərmanlar üçün ödədiyi pul cavabdehdən tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. İddiaçı kassasiya şikayətində iddia ərizəsində qeyd olunan dəlilləri sadalamış və qeyd etmişdir ki, məhkəmə, mübahisəli münasibətlərə düzgün hüquqi qiymət verməmiş, qanunu pozaraq cavabdehin maraqlarına xidmət edən mövqe tutmuşdur. Məhkəmə işin hallarını araşdırmamış, maddi və prosessual hüquq normaların düzgün tətbiq etməmişdir. Zərərçəkəndən icbari sığortası olduğu, dövlət hesabına xəstəxanada müalicə oluna biləcəyi halda özəl tibb müəssisəsinə müraciət etməmək tələb oluna bilməz. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin tələblərinə ziddir. Həmin maddə hansı həkimə müraciət etməkdə, özəl və ya dövlət tibb müəssisələrini seçməkdə vətəndaşa müstəqil seçim hüququ verilir. Bundan başqa, vurulmuş zərər apellyasiya məhkəməsinin qətnaməsi ilə tam ödənilməmişdir. Məhkəmə cinayət təqibi zamanı hüquqi yardım göstərilməsi, bundan sonra delikt ilə bağ lı mülki mühakimə icraatı zamanı hüquqlarının bərpası üçün vəkilə, sübutların toplanması ilə bağlı sorğulara, etibarnamələrə görə rüsumların ödənilməsinə xərclədiyi pul vəsaitlərinə dair dəlilləri mötəbər qəbul edib işə əlavə etsə də, həmin sübutları digər sübutlarla paralel qiymətləndirərək əsassız olması qənaətinə gəlmişdir. İş materiallarına baxıldıqda aydın görünür ki, onun tərəfindən təqdim edilmiş sübutlardan başqa bir sübut yoxdur. Belə olan halda apellyasiya instansiya məhkəməsinin, hansı digər sübutları təqdim olunmuş sübutlarla paralel qiymətləndirərək bu qənaətə gəlməsi aydın deyil. Məhkəmə haqsız olaraq heç bir əsasa söykənmədən, hadisə nəticəsində ağır xəsarətə və kəllə beyin travmasına görə çəkdiyi maddi zərərin 1461 manat və mənəvi zərərin 1000 manat olması qənaətinə gəlmişd ir. Cavabdehin təqsirli əməli nəticəsində iddiaçı sağlamlığını itirmiş və bu günə qədər sağlamlığı bərpa olunmamışdır.
23. Kassator şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 31, 41, 60-cı, Mülki Məcəllənin 1096.1, 1097.1, 1108-ci, MPM-in 14.2, 88, 217, 218-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunmuş Qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər d edikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
28. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunl a zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 14 may 1999-cu il tarixli 4 saylı Qərarı
31. Bənd
6. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Plenum izah etmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəу yaradarsa, o, şərəf və ləyaqəti ləkələ yən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir (3-cü bənd). Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı
32. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qan un əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının maddi və mənəvi zərərə məruz qalması və həmin zərərin cavabdeh tərəfindən qismən ödənilməsi hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 4
2. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Şikayətin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Bununla yanaşı, Məhkəmə kollegiyası mənəvi zərərin məbləğinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. 44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri -əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kom pensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntılar ın xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
46. Göründüyü kimi, mənəvi zərərin məbləği müəyyən olunarkən meyar kimi hadisənin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərçəkən şəxsin şəxsiyyəti və maddi vəziyyəti, zərər vuran şəxsin davranışı nəzərə alınmalıdır.
47. Lakin məhkəmələr mənəvi zərərin miqdarını müəyyən edərkən i ddiaçının sağlamlığını itirərkən və müalicə müddətində keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, tərəflərin əmlak vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə almamışlar. Bu baxımdan məhkəmələrin mənəvi zərərin məbləğini 1000 manat müəyyən etməsi ağlabatan və ədalətli olmamışdır.
48. Qeyd olunanları, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğ artırılmaqla, mənəvi ziyan 3000 manat müəyyən edilməlidir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-300/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi mənəvi zərər tələbinə aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş mənəvi zərərə görə tutulmalı olan məbləğ 3000 (üç min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir