Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-499/2023 23.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əvəzsiz istifadə müqaviləsi, əmlakın geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X4 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh və onun nümayəndəsinin X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların qaytarılması və pulun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-958/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları xx.xx.2020-ci il tarixli, ÖM-091-2020 saylı özünü məşğulluğa kömək göstərilməsinə dair müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı ilə İddiaçı arasında müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli, ÖM-091-2020 özünüməşğulluğa cəlb olurnuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktının surətindən görünür ki, sənaye tipli bir iynəli düz tikiş maşını stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı, sənaye tipli 4 saplı overlok tikiş maşını stol ilə birlikdə DOİT ST747, Çin istehsalı, sənaye tipli petlə tikiş maşını stol ilə birlikdə, DOİT ST781, Çin istehsalı, sənaye tipli interlok tikiş maşını stol ilə birlikdə, DOİT ST500, Çin istehsal, par ütüsü su tutumu 3,5 litr, DOİT ST75L, Çin istehsalı, maniken ölçüləri tənzimləyən Chengyang Çin adlı əşyaları İddiaçı təhvil almışdır. xx.xx.2022-ci il tarixli özünəməşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi aktının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən İddiaçı fəaliyyətinin monitorinqi aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/1296 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan malların istifadə olunması nəzərə alınmaqla nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2429,0 manat müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Soliton” Mağazalar şəbəkəsindən 336 manata aldığı mobil telefonun özü və ya onun dəyəri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ona verilmiş sənaye tipli bir iynəli düz tikiş maşını (stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı) (qiyməti 1000 manat), sənaye tipli 4 saplı overlok tikiş maşını (stol ilə birlikdə DOİT ST747, Çin istehsalı) (qiyməti 1000 manat), par ütüsünün (su tutumu 3,5 litr, DOİT ST- 75L, Çin istehsalı) (qiyməti 500 manat) özü və ya dəyəri, 3 metr uzunluğunda bənövşəyi rəngli tafta növündə parça (1 metrinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 45 manat), 2 metr prezident növündə parça (1 metrinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 24 manat), 4 metr uzunluğunda ştapel növündə yaşıl rəngli, üstü qara xallı parça (1 metrinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 40 manat), boz rəngli, kapli növündə parçadan tikilmiş donu (30 manat), 2 ədəd ağ və qara rəngli qadın üçün cins şalvarı (hər birinin qiyməti 27 manat olmaqla cəmi qiyməti 54 manat), 90 ədəd müxtəlif rəngli tikiş saplarının (1 ədədi 1.5 manat olmaqla cəmi qiyməti 135 manat) özü və ya dəyəri, həmçinin 300 (üç yüz) manat məbləğində pul, mənəvi zərərə görə 8000 (səkkiz min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat məbləğində olmaqla, cəmi 11.589 (on bir min beş yüz səksən doqqıız) manat məbləğində pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun iş yoldaşı olmuş və onlar 4 il ərzində bir yerdə işləmişlər. Həmin müddətdə Cavabdeh onun işlədiyi atelyedə olan avadanlıqlardan istifadə etmiş və gəlir əldə etmişdir. xx.xx.2020-ci il tarixli, ÖM-091-2020 saylı özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə əsasında və özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktı ilə ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən özünüməşğulluq proqramı çərçivəsində müxtəlif əmlaklar verilmiş, həmin əmlaklardan istifadə edərək o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park ərazisində yerləşən 23-cü binanın altında yerləşən dərzi sexində dərzi fəaliyyəti ilə məşğul olmuş və həmin əmlaklar orada olmuşdur. xx.xx.2022-ci il tarixdə “Soliton” Mağazalar şəbəkəsindən 336 manata mobil telefon almış, həmin vaxt cavabdehin telefonu xarab olduğuna görə ondan həmin telefonu müvəqqəti istifadə etmək üçün istəmiş və o, həmin telefonu müvəqqəti istifadə etməsi üçün ona vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə onun, xəstə olduğuna və təcili olaraq əməliyyata gedəcəyini bilən cavabdeh ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X8 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilmiş əşyalardan sənaye tipli bir iynəli düz tikiş maşınını (stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı) (qiyməti 1000 manat), sənaye tipli 4 saplı oveliok tikiş maşınını (stol ilə birlikdə DOİT ST747, Çin istehsalı) (qiyməti 1000 manat), par ütüsünü (su tutumu 3,5 litr, DOİT ST-75L, Çin istehsalı) (qiyməti 500 manat) müvəqqəti istifadə etməsi üçün ona verməyini istəmiş və o, da həmin əşyaları Cavabdeh vermişdir. Həmin əşyaları cavabdehin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evə həyat yoldaşı X6 avtomobilinə AAAF PARK yaşayış kompleksində işləyən 2 nəfər fəhlənin köməkliyi ilə yığaraq aparmışlar və həmin fəhlələr onlarla gedərək onun evinin həyətinə boşlatmışlar. Həmin əşyalardan əlavə həmin gün cavabdehə 3 metr uzunluğunda bənövşəyi rəngli tafta növündə parça (1 metrinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 45 manat), 2 metr prezident növündə parça (1 metrinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 24 manat), 4 metr uzunluğunda ştapel növündə yaşıl rəngli, üstü qara xallı parça (1 metrinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 40 manat), boz rəngli, kapli növündə parçadan tikilmiş donu (30 manat), 2 ədəd ağ və qara rəngli qadın üçün cins şalvarı (hər birinin qiyməti 27 manat olmaqla cəmi qiyməti 54 manat), 90 ədəd müxtəlif rəngli tikiş saplarını (1 ədədi 1.5 manat olmaqla cəmi qiyməti 135 manat) da vermişdir. Cavabdeh onun bacısı qızı X1 nişanlısı Rəhimin anasıdır. Bacısı qızı Nərgizlə Rəhim 2021-ci ilin noyabr ayında nişanlanmışlar, bir müddət nişanlı olmuşlar və 2022-ci ilin aprel ayının sonlarında ayrılmışlar. Bundan başqa 2022ci ilin mart ayının axırlarında Cavabdeh ondan 300 manat məbləğində borc pul istəmiş və 10 gün ərzində qaytaracağını bildirmişdir. O, da ona etibar etdiyinə görə 300 manat pulu ona vermiş, pulu verərkən yanlarında cavabdehin oğlu Rəhim, onun anası Fatma və bacısı Tamella olmuşdur. Onlar bu faktı şahid qismində təsdiq edə bilərlər. Bacısı qızı ilə cavabdehin oğlu ayrıldıqdan sonra o, cavabdehdən ona verdiyi əşyaları - mobil telefonu, tikiş əşyalarını, parçaları, həmçinin 300 manat məbləğində pulu ondan istəsə də cavabdeh nə ona məxsus əşyaları, nə də pulu ona qaytarmamışdır. Cavabdeh onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verdiyinə görə ona vurulmuş mənəvi ziyanı da ödəməlidir. Belə ki, cavabdehin ona qarşı hərəkətləri onun psixoloji sıxıntılar keçirməyinə, iztiraba və mənəvi sarsıntıya səbəb olmuşdur. Bunun nəticəsində ona mənəvi zərər vurulmuşdur. O, dəymiş mənəvi zərəri 8000 (səkkiz min) manat məbləğində qiymətləndirir. Cavabdeh tələb etməyinə baxmayaraq, o, tələbini yerinə yetirməkdən, ona vurulmuş maddi və mənəvi zərəri ödəməkdən imtina edir. Ona görə də hazırda Cavabdeh ona məxsus əşyaları qaytarmadığına görə maddi ziyanı və mənəvi zərəri könüllü olaraq ödəmədiyindən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-958/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh sənaye tipli bir iynəli düz tikiş maşını (stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı) (qiyməti 1000 manat), sənaye tipli 4 saplı overlok tikiş maşını (stol ilə birlikdə DOİT ST747, Çin istehsalı) (qiyməti 1000 manat), par ütüsü (su tutumu 3,5 litr, DOİT ST-75L, Çin istehsalı) (qiyməti 500 manat), 3 metr uzunluğunda bənövşəyi rəngli tafta növündə parça (1 metrinin qiyməti 15 manat olmaqla cəmi qiyməti 45 manat), 2 metr prezident növündə parça (1 metrinin qiyməti 12 manat olmaqla cəmi qiyməti 24 manat), 4 metr uzunluğunda ştapel növündə yaşıl rəngli, üstü qara xallı parça (1 metrinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 40 manat), boz rəngli, kapli növündə parçadan tikilmiş don (30 manat), 2 ədəd ağ və qara rəngli qadın üçün cins şalvar (hər birinin qiyməti 27 manat olmaqla cəmi qiyməti 54 manat), 90 ədəd müxtəlif rəngli tikiş sapları (1 ədədi 1.5 manat olmaqla cəmi qiyməti 135 manat) və ya göstərilən əmlaklar olmadıqda onların dəyəri və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin əmlakları qaytarmayacağını əks etdirən səs yazısı həmin əmlakların iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732, 736.1, 736.2, 736.3 və 737-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia tələbində göstərilən tikiş avadanlıqları onda yoxdur. İddiaçı ona hər hansı tikiş maşınları, par ütüsü və digər əşyalar verməyib ki, onları evinə aparsın. Qətnamədə sadalanan əşyalar- sənaye tipli bir iynəli düz tikiş maşını (stol ilə birlikdə), sənaye tipli 4 saplı overlok tikiş maşını (stol ilə birlikdə), par ütüsü və digər əmlaklar evdə gizlədiləsi mümkün olmayan əşyalardır. Yəni ki, qətnamədə adları çəkilən bu əmlaklar çox kiçik ölçülərdə deyillər ki, onları evdə və ya hardasa gizlədə bilsin. Onun evi dərzi sexi deyildir ki, böyük yer tutan tikiş maşınlarını, par ütüsünü və digər əşyaları evinə aparsın. Bunlar hamısı yalandır. İşə mahiyyəti üzrə baxan məhkəmə gözlənilmədən evinə nümayəndə və ya ekspertiza göndərib həmin əmlakların onda olub-olmamasını istənilən vaxt müəyyən edə bilər arqumetlərlə əsaslandırmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar İddiaçı tərəfindən apelyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilmiş, etiraz ərizəsində müvafiq məhkəmə qətnaməsinin qanuni olduğunu, qətnamə əsasında tutulan əmlakların cavabdehdə olmasını əsas gətirərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-958/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh və onun nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatlarında apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə 733.1. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Maddə 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Maddə 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Maddə 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Maddə 737. Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilmiş hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində (müvafiq əşyaların dəyərinin müəyyən edilməsi hissəsində) dəyişdirilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı iddia tələbində qeyd edilmiş müvafiq əşyaların ona məxsus olduğunu, cavabdehin müvəqqəti istifadəsinə verdiyini, daha sonar cavabdeh tərəfindən həmin əşyaların ona qaytaılmadığını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə həmin əşyaların onun özünə məxsus olduğunu, iddiaçı tərəfindən ona heç bir əşya verilmədiyini əsas gətirərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, hər bir tərəf özünün istinad etdiyi halları (iddiaçı iddia tələbinin əsası kimi və cavabdeh tərəf isə etirazın əsası kimi istinad etdiyi halları) sübut etmək öhdəliyi daşıyır. İş materiallarından görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi müvafiq əşyalar (sənaye tipli bir iynəli düz tikiş maşını stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı, sənaye tipli 4 saplı overlok tikiş maşını stol ilə birlikdə DOİT ST747, Çin istehsalı, sənaye tipli petlə tikiş maşını stol ilə birlikdə, DOİT ST781, Çin istehsalı, sənaye tipli interlok tikiş maşını stol ilə birlikdə, DOİT ST500, Çin istehsal, par ütüsü su tutumu 3,5 litr, DOİT ST75L, Çin istehsalı, maniken ölçüləri tənzimləyən Chengyang Çin adlı əşyaları) X12 tərəfindən özünəməşulluğa cəlb olunmuş şəxs qismində iddiaçının istifadəsinə verilmiş, daha sonra onun fəaliyyətinin monitorinqi aparılmış, həmin əmlakların təyinatına uyğun istifadə edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin əşyaların iddiaçıya məxsus olması halı aşkardır. Qeyd olunmalıdır ki, indiki halda müəyyən edilməli olan hal məhz həmin əşyaların cavabdehin istifadəsinə verilib-verilməməsi və cavabdeh tərəfindən qaytarılıb-qaytarılmaması ilə bağlı olan hallardır. Bununla bağlı iddiaçı həmin əşyaların cavabdehin müvəqqəti istifadəsinə verilməsini və cavabdeh tərəfindən qaytarılmaması halı ilə bağlı sübut qismində yalnız müvafiq səs yazısına istinad etmişdir. Həmin səs yazısının cavabdehə məxsus olması işin mübahisəsiz halı olmaqla, cavabdeh tərəf həmin halları qəbul etmişdir. İddiaçı tərəfindən təqdim edilən həmin sübut vasitəsi tərəflərin iştirakı ilə tədqiq edilmiş, qeyd edilən səs yazısında cavabdeh “maşın, overlok və digər əşyaları qaytarmayacam”, “yaxşılıq et, məndə qalsın” və digər ifadələr səsləndirmişdir. Cavabdeh öz izahatında qaytarmayacağını qeyd etdiyi əşyalar dedikdə özünə məxsus olan əşyaları nəzərdə tutduğunu qeyd etsə də, bu hala dair heç bir sübuta, habelə həmin qeydlərdə bununla bağlı heç bir ifadəyə istinad etməmişdir. Halbuki, həmin halları sübutetmək öhdəliyi cavabdehin üzərinə düşmüşdür. Cavabdeh tərəfindən isə bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan əşyaların iddiaçıya məxsus olması, iddiaçı tərəfindən cavabdehin müvəqqəti istifadəsinə verilməsi halı müəyyən edildiyindən və cavabdeh tərəfindən həmin əşayaların qaytarılması halı müəyyən edilmədiyindən, habelə cavabdeh tərəfindən bu halları təkzib edən heç bir sübut təqdim edilmədiyindən, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının ona məxsus olan və cavabdehin müvəqqəti istifadəsinə verdiyi əşyanın geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Başqa sözlə, apellyasiya baxışının predmeti olan hissədə iddiaçının iddia tələbi onun qanuni əsası qismində çıxış edən müvafiq normanının dispoitiv şərltəri ilə uzlaşır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan qeyd olunan əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara (qeyd edilən əşyaların onda olmaması halına dair hissədə) dair heç bir dəlilə istinad etmədiyindən və həmin hallar iş materialları əsasında təkzib olunduğundan, həmin hissədə apellyasiya şiakyəti əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində qeyd edilən əşyaların dəyəri iddiaçının özü tərəfindən müəyyən edilmiş və bu hala dair heç bir mötəbər sübuta istinad edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən də həmin halla bağlı heç bir mötəbər sübuta istinad edilməmiş, yalnız iddia ərizəsində qeyd edilmiş qiymətlərə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin əşyaların dəyərinin iddiaçının özü tərəfindən müəyyən edilməsi bu halın mötəbərliyini şübhə altına almış olur. Eyni zamanda cavabdeh tərəf isə həmin halın müəyyən edilməsi ilə bağlı məhkəməyə oxşar əmlakların satışı ilə bağlı elanlardan çıxarış təqdim etmişdir. Məhkəmə kollegiyası cavabdehin təqdim etdiyi sənədlərlə (elanlardan çıxarış) bağlı qeyd edir ki, həmin əşyaların iddia tələbində qeyd edilən əşyaların (modeli, ölçüsü və digər) göstəricilərinin uyğunluq (oxşarlıq) etməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, əmlakın dəyərinin yalnız internet saytı əsasında müəyyən edilməsi halı özlüyündə əmlakın real orta bazar dəyərini (hətta oxşar əmlakların aid işlək vəziyyətinin, saxlanma vəziyyətinin fərqli olması ehtimalinin mövcud olduğundan) özündə ehtiva etməməklə, işin həqiqi hallarına uyğun olmamaqla, işin obyektiv araşdırılması prinsipinə ziddir. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd olunan halın müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin edilərək, həmin əşyaların orta bazar dəyəri ekspert rəyi əsasında internet saytlarının məlumatına, Respubikada yerləşən ticarət mərkəzlərində və Mərkəzin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/1296 nömrəli ekspert rəyindən görünür ki, sənaye tipli bir iynəli düz tikiş maşını (stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı)- qiyməti 850 manat, sənaye tipli 4 saplı overlok tikiş maşını (stol ilə birlikdə DOİT ST747, Çin istehsalı)-qiyməti 850 manat, par ütüsü (su tutumu 3,5 litr, DOİT ST-75L, Çin istehsalı)-qiyməti 420 manat, 3 metr uzunluğunda bənövşəyi rəngli tafta növündə parça- qiyməti 45 manat, 2 metr prezident növündə parça- qiyməti 24 manat, 4 metr uzunluğunda ştapel növündə yaşıl rəngli, üstü qara xallı parça qiyməti 40 manat, 1 ədəd boz rəngli, kapli növündə parçadan tikilmiş don- qiyməti 25 manat, 1 ədəd ağ cins şalvar-qiyməti 20 manat, 1 ədəd qara rəngli qadın üçün cins şalvar-qiyməti 20 manat, 90 ədəd müxtəlif rəngli tikiş saplar dəyəri 135 manat, təxminən 2429 manat müəyyən olunur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən müvafiq əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı mötəbər sübuta istinad edilmədiyindən, habelə iş üzrə tədqiq edilmiş ekspert rəyinin əsassızlığı və ya tam olamaması halı müəyyən edilmədiyindən (bununla bağlı heç bir dəlilə istinad edilmədiyindən), apellyasiya baxışının predmeti olan hissədə qeyd olunmuş müvafiq əşyaların dəyəri məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməsi məqsədəmüvafiqdir. Həmçinin, qeyd olunmalıdır ki, iddia ərizəsində 3 metr uzunluğunda bənövşəyi rəngli tafta növündə parça- qiyməti 45 manat, 2 metr uzunluğunda prezident növündə parça- qiyməti 24 manat, 4 metr uzunluğunda ştapel növündə yaşıl rəngli, üstü qara xallı parça-qiyməti 40 manat, 90 ədəd müxtəlif rəngli tikiş sapları- 135 manat məbləğində müəyyən edilmiş, müvafiq ekspert rəyində də həmin əşyaların dəyəri eyni məbləğdə müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi həmin əşyaların dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci isnatnsiya məhkəməsinin qətnaməsi müvafiq əşyaların (1 ədəd sənaye tipli bir iynəli düz tikiş maşını (stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı)- qiyməti 850 manat, 1 ədəd sənaye tipli 4 saplı overlok tikiş maşını (stol ilə birlikdə DOİT ST747, Çin istehsalı)-qiyməti 850 manat, 1 ədəd par ütüsü (su tutumu 3,5 litr, DOİT ST-75L, Çin istehsalı)-qiyməti 420 manat, 1 ədəd boz rəngli, kapli növündə parçadan tikilmiş don- qiyməti 25 manat, 1 ədəd ağ rəngli qadın üçün cins şalvarqiyməti 20 manat, 1 ədəd qara rəngli qadın üçün cins şalvar-qiyməti 20 manat) dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ekspert rəyininə uyğun olaraq qeyd olunan əmlaklar və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş (qeyd olunan əşyaların dəyərinin müəyyən edilməsi) hissəsində dəyişdirilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, həmin əşyaların dəyəri ekspert rəyi əsas götürülməklə, müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan (mübahisələndirilən hissədə 2429 manat təşkil edir), Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 63 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-958/2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş (qeyd olunan əşyaların dəyərinin müəyyən edilməsi) hissəsində dəyişdirilsin, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 1 ədəd sənaye tipli bir iynəli düz tikiş maşını (stol ilə birlikdə, DOİT ST9700, Çin istehsalı)- qiyməti 850 manat, 1 ədəd sənaye tipli 4 saplı overlok tikiş maşını (stol ilə birlikdə DOİT ST747, Çin istehsalı)-qiyməti 850 manat, 1 ədəd par ütüsü (su tutumu 3,5 litr, DOİT ST- 75L, Çin istehsalı)-qiyməti 420 manat, 1 ədəd boz rəngli, kapli növündə parçadan tikilmiş donqiyməti 25 manat, 1 ədəd ağ rəngli qadın üçün cins şalvar-qiyməti 20 manat, 1 ədəd qara rəngli qadın üçün cins şalvar-qiyməti 20 manat və ya göstərilən əmlaklar olmadıqda onların dəyəri alınaraq İddiaçı verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 63 (altmış üç) manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-499/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-499/2023
23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair işlər - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver