Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-27/2022 18.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş övladı Siracın atası olması faktının müəyyən edilməsi, Cavabdeh Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alinıb ona verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş övladı Siracın atası olması faktının müəyyən edilməsi, Cavabdeh Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alinıb ona verilməsi tələbi ilə Qobustan rayon məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı izahat verərək göstərdi ki, 26 may 2020-ci ildə Cavabdeh qoşulub qaçaraq evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. 29 noyabr 2020-ci tarixədək Samirlə birlikdə ərarvad kimi yaşamışlar. 29 noyabr 2020-ci ildən Samirdən ayrılıb Qobustan şəhərində yaşayan anasının yanına qayıtmışdır. Evə qayıdarkən hamilə olmuş və 03 iyul 2021-ci il tarixdə övladı dünyaya gəlmişdir. Uşağa Sirac adı vermişdir. Samirlə aralarında rəsmi nikah olmadığına görə Samirə uşağa doğum haqqında şəhadətnamə alınması üçün dəfələrlə xəbər göndərsə də, Samir qeydiyyat şöbəsinə getməkdən imtina etmişdir. Məcbur olub tək ananın deməsinə görə doğum şəhadətnaməsi almışdır. Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş övladı Siracın atası olması faktının müəyyən edilməsi, Cavabdeh Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alinıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə 26 may 2020-ci il tarixdə evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. 29 noyabr 2020-ci tarixədək Aytacla birlikdə ər-arvad kimi yaşamışlar. 29 noyabr 2020-ci ildən Aytac ondan ayrılıb Qobustan şəhərində yaşayan anasının yanına qayıtmışdır. 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın atası odur və Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon Qeydiyyat şöbəsinin verdiyi 22 iyul 2021-ci il tarixli AZ-İV 599808 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 iyul 2021-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. Müəyyən olundu ki, İddiaçı 26 may 2020-ci ildə Cavabdeh qoşulub qaçaraq evlənmiş və 29 noyabr 2020-ci tarixədək Samirlə birlikdə ər-arvad kimi yaşamışlar. 29 noyabr 2020-ci ildən Samirdən ayrılıb Qobustan şəhərində yaşayan anasının yanına qayıtmışdır. 03 iyul 2021-ci il tarixdə onların bir oğlan uşaqları dünyaya gəlmişdir. Uşağa Sirac adı verilmişdir. İddiaçı Sirac üçün tək ananın deməsinə görə doğum haqqında şəhadətnamə almışdır. Cavabdeh Məmməd oğlu ekspertiza keçirilməzdən əvvəl ekspertə ərizə təqdim edərək 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın atası olduğunu etiraf etmiş və ekspertizanın keçirilməsini istəməmişdir. Məhkəmə iclasında da məhkəməyə ərizə verərək Siracın atası olmasını bildirmişdir. Ona görə də Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın atası olması faktı müəyyən edilməli, Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqları saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı ( gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamisini və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə valideynlər arasında uşaqlara aliment ödənilməsi barədə saziş olmamasını, aliment verməyə borclu olan valideynin qazancının qeyri-müntəzəm, dəyişən olmasını, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edilən şəxsin xahişini, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub 03 iyul 2021-ci ildə anadan olmuş Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın atası olması faktı müəyyən edilməli, 03 iyul 221-ci ildə anadan olmuş Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 avqust 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın atası olması faktı müəyyən edilsin. 03 iyul 2021-ci il tarixdə anadan olmuş Siracın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. Aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 06 avqust 2021-ci il tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun tələblərini nəzərə almaqla Cavabdeh 40 manat 40 qəpik dövlət rüsumu tutularaq Qobustan rayon məhkəməsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-27/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-27/2022
18.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver