Məhkəmə qərarları › İş №2(026)-274/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-274/2021

26.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-274/2021 26.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, ərizəçi Ərizəçi maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri X2 iştirakı ilə, Ərizəçi 30 avqust 2002-ci il tarixdə anadan olmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 30 avqust 2002-ci il tarixdə anadan olmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X10 məhkəmə iclasında izahatında göstərdi ki, övladı Cavid Vəlixanov 30 avqust 2002-ci il tarixdə anadan olmuşdur. O, anadangəlmə ağır dərəcəli kəmağıllılıq pozuntusu ilə xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən Cavid ömürlük 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən övladı X7 öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Ailədə oğluna maddi və mənəvi köməklik göstərən şəxs arvadı Arifə və odur. Cavidin bütün ehtiyaclarını onlar qarşılayır və ona qulluq edirlər. Cavidin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 30 avqust 2002-ci il tarixdə anadan olmuş oğlu Cavidin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X8 izahat verərək göstərdi ki, 30 avqust 2002-ci il tarixdə anadan olmuş oğlu Caviddə anadangəlmə əqli gerilik var. Cavid məktəbə getsə də öyrənə bilmədiyi üçün onu məktəbdən çıxarmışlar. Cavid özü-özünü idarə edə bilmədiyi üçün Cavidə onlar baxır. Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri X5 izahatında göstərdi ki, X1 rayon mərkəzi xəstəxanası X14 poliklinika şöbəsində “ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda durur, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon qeydiyyat şöbəsinin 03 may 2002-ci il tarixdə verdiyi AZ-İİ seriyalı 841838 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 avqust 2002-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X6r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X15 verdiyi 21 avqust 2020-ci il tarixli 4021 saylı sənəddə göstərilir ki, 30 avqust 2002-ci il təvəllüdlü X7 “ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrık Ekspertiza Mərkəzi” X15 verdiyi 02 oktyabr 2021-ci il tarixli 3218 saylı rəyində göstərilir ki, X4 ağır əqli gerilik (imbesillik dərəcəsində) nitq və davranış pozuntularla (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar, doğuş zədəsi ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar evdə təhsil alması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: zahirən narahat və gərgin olması, özünə və ətrafdakılara xəsarət yetirməsi, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair əlamətlər sübut edir. X4 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Müəyyən olundu ki, Ərizəçi 30 avqust 2020-ci il tarixdə anadan olmuş övladı X7 “ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə xəstəsi olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanası X14 poliklinika şöbəsində “ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 30 avqust 2002-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 avqust 2002-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar