Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-319/2024 03.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X12 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi Qocalı qızının və maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Qocalı qızının 24 sentyabr 2003-cü ildə anadan olmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Qocalı qızı məhkəməyə ərizə ilə müraciət edərək 24 sentyabr 2003-cü ildə anadan olmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Qocalı qızı izahat verərək bildirdi ki, X6 ilə 2002-ci ildə ailə qurmuş və onların birgə nikahdan 24 sentyabr 2003-cü ildə Yalçın, 27 fevral 2005-ci ildə Elçin, 25 dekabr 2015-ci ildə Fidan adlı uşaqları anadan olmuşdur. Yalçın anadan gəlmə hidrosefaliya, subkompensə olunmuş psixo-fıziki inkişafın geriliyi, qıcolma tutmaları diaqnozu ilə xəstədir. Həmin xəstəliklərə görə o birinci qrup əlildir. Yalçın əqli geriliyinə görə özünü idarə edə bilmir, heç bir təhsil almamışdır. Əqli geriliyi o dərəcədədir ki, özü qidalana bilmir, fizioloji tələbatını normal yerinə yetirə bilmir, Yalçına o qulluq edir. Lakin iki ildən çox müddətdir ki, dövlət tərəfindən ona qulluğa görə verilən pul müavinəti verilmir. Ona görə də 24 sentyabr 2003-cü il tarixdə anadan olmuş Yalçının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahatında göstərdi ki, 24 sentyabr 2003-cü ildə anadan olmuş X7 anadangəlmə hidrosefaliya, subkompensə olunmuş psixo-fıziki inkişafın geriliyi, qıcolma tutmaları diaqnozu ilə İ qrup əlildir. Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və əlilliyə görə sosial müavinət alır. X7 oğlunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-ın Nabur kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 199420 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 sentyabr 2003-cü il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 verdiyi 06 sentyabr 2024-cü il tarixli 4014 saylı ekspert rəyində göstərilir ki, X5 demensiya (ağıl geriliyi) müəyyən edilir. X7 psixi vəziyyətinə görə hərəkətlərinin fiziki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və o psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 24 sentyabr 2003cü il tarixdə anadan olmuş X7 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 sentyabr 2003-cü il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-319/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-319/2024
03.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver