Məhkəmə qərarları › İş №2(026)-340/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-340/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-340/2025 08.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilməklə) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 05 dekabr 1992-ci il tarixdən 11 yanvar 1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində əsgər rütbəsində, atıcı vəzifəsində müddətdən artıq xidmət etməsi və 11 fevral 1993-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizənin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ərizəçi tərəfindən təqdim edilmiş 01 may 2025-ci il tarixli qəbzdən görünür ki, onun tərəfindən cəmi 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, ərizəçi hazırkı ərizənin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşdəki ********** nömrəli, 01 may 2025-ci il tarixli qəbzdən görünür ki, hazırkı iş üzrə ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də ərizənin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149-152, 263, 264, 267, 268 və 306-cı maddələrini rəhbər tutub QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar