Məhkəmə qərarları › İş №2(026)-345/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-345/2021

30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-345/2021 30.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinə qarşı 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0112416, ban nömrəli ******* olan Sedan tipli “Vaz-2101” markalı minik avtomaşınına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış bölməsi tərəfindən verilmiş AA seriyalı 130938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin mərhum əri X7 məxsus olması faktının müəyyən olunmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinə qarşı 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0112416, ban nömrəli ******* olan Sedan tipli “Vaz-2101” markalı minik avtomaşınına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış bölməsi tərəfindən verilmiş AA seriyalı 130938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin mərhum əri X7 məxsus olması faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Sündü kəndində yaşayır. X10 ilə 1969-cu ildə evlənmişlər. Əri Ağaş 1972-ci il buraxılışlı Sedan tipli, ******* mühərrik nömrəsi olan “VAZ-2101” markalı avtomaşın almışdır. 1998-ci ildə avtomaşının texpasportu və nömrəsi dəyişdirilərkən qeydiyyat şəhadətnaməsində mərhum ərinin adı səhvən Ağalı yazılmışdır. Ağaş 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Ərinin adı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində səhv yazıldığı üçün notariat ofisindən nəqliyyat vasitəsi üçün vərəsəlik haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən əri vəfat etdiyi üçün qeydiyyat şəhadətnaməsinin alınmasının mümkün olmadığı bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0112416, ban nömrəli ******* olan Sedan tipli “Vaz-2101” markalı minik avtomaşınına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat- İmtahan və Texniki Baxış bölməsi tərəfindən verilmiş AA seriyalı 130938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin mərhum əri X7 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Baş Dölət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X16 izahatında göstərdi ki, ərizəçini yaxşı tanıyır. X10 onun qayınatasıdır. Adı həqiqətən də Ağaşdır. Lakin nəqliyyat vasitəsinə dair şəhadətnamədə səhvən Ağalı yazılmışdır. Məhkəmə iclasında şahid X21 izahatında göstərdi ki, X8 yaxşı tanıyır. Ağaş onun qardaşı qızının qayınatası olub. O, 19 il Sündü kənd sovetinin katibi, 5 il isə Sündü bələdiyyəsinin sədri işləmiş və Ağaşa aid bütün sənədlərdə onun adının Ağaş yazıldığını bilir. Lakin nəqliyyat vasitəsinə dair şəhadətnamədə Ağaşın adı Ağalı yazılmışdır. X43 eyni adamlardır. Ağaş 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir, onu Sündü kənd qəbristanlığında dəfn etmişlər. Ağaşın arvadı Qızxanım isə hazırda Sündü kəndində yaşayır. Onların 3 qız, 3 oğlan olmaqla 6 övladları vardır. Məhkəmə iclasında şahid X11 izahatında göstərdi ki, Qobutan rayonunun Sündü kəndində yaşayır və hazırda onun 66 yaşı var. X8 yaxşı tanıyır. Ağaş onun dayısı idi. Bu müddət ərzində dayısını həm o, həm də kənd camaatı Ağaş kimi tanıyır. X43 eyni adamlardır. Ağaş 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir, onu Sündü kənd qəbristanlığında dəfn etmişlər. Ağaşın arvadı Qızxanım isə hazırda Sündü kəndində yaşayır. Onların 3 qız, 3 oğlan olmaqla 6 övladları vardır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə görə ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərəzə rayon ZAQS bürosu şöbəsi tərəfindən 23 iyul 1956-cı il tarixdə verilmiş ИЕ seriyalı 053171 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 iyul 1937-ci il tarixdə anadan olmuşdur. Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 iyun 2021-ci il tarixdə verilmiş 156 saylı arayışdan görünür ki, X10 X14 ilə 30 dekabr 1959-cu il tarixdə nikahlarını 50 sayla qeyd etdirməklə evlənmişlər. Nikah bağlanandan sonra arvada Rəcəbalıyeva soyadı verilmişdir. Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 oktyabr 2020-ci il tarixli AZ-İİ seriyalı 097480 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsi tərəfindən 09 noyabr 1998-ci il tarixdə verilmiş AA seriyalı 130938 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi X5 adına verilmişdir. Qobustan rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 avqust 2021-ci il tarixdə verdiyi 234 saylı arayışdan görünür ki, X10 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdiyi günə kimi Sündü kəndində qeydiyyatda olmaqla yaşamışdır. X6 ailə üzvləri-arvadı- 01 dekabr 1939-cu il təvəllüdlü Ərizəçi, oğlu- 01 iyun 1960-cı il təvəllüdlü X22, qızı- 03 mart 1964-cü il təvəllüdlü X34, qızı – 10 dekabr 1965-ci il təvəllüdlü X28, qızı-15 oktyabr 1967-ci il təvəllüdlü X23, oğlu-13 fevral 1971-ci il təvəllüdlü X24 və oğlu-16 may 1973-cü il təvəllüdlü X17r. Qobustan rayon İHB-nın Sündü kənd sakinləri X29, X18, X11, X40 və Ərizəçi tərtib etdikləri, Qobustan rayon İHB-nın Sündü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi aktdan görünür ki, 1937-ci il tarixdə anadan olmuş və 02 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Qobustan rayonunun Sündü kənd sakini X2 qəbristanlığında dəfn edilmişdir. Onun adı “Ağalı” deyil, “Ağaş” olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Qobustan rayonunun Sündü kənd sakini X19 ünvanlandığı 13 avqust 2021-ci il tarixdə verdiyi 1-194 saylı məktubda vəfat etmiş atası X7 məxsus “VAZ-2101” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Qobustan rayon polis şöbəsinin Qobustan rayon məhkəməsinə ünvanlandığı 18 sentyabr 2021-ci il tarixli 145-9010-1221 saylı məktubundan görünür ki, Qobustan rayonunun sundu kənd sakini vəfat etmiş X7 verilmiş AZE 04296637 nömrəli şəxsiyyət vəsiqəsi 31 oktyabr 2020-ci il tarixdə Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən Qobustan rayon PŞyə təhvil verilmiş, lakin həmin şəxsiyyət vəsiqəsi 30 noyabr 2020-ci il tarixdə yandırılaraq məhv edilmişdir. Müəyyən olundu ki, X1 Qızxanım Babası qızı ilə 1969-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. X10 1972-ci il buraxılışlı Sedan tipli, ******* mühərrik nömrəsi olan “VAZ-2101” markalı avtomaşın almış, 1998-ci ildə avtomaşının texpasportu və nömrəsi dəyişdirilərkən qeydiyyat şəhadətnaməsində Ağaş adı əvəzinə Ağalı yazılmışdır. Ağaş Rəcəbalıyevə 02 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0112416, ban nömrəli ******* olan Sedan tipli “Vaz-2101” markalı minik avtomaşınına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış bölməsi tərəfindən verilmiş AA seriyalı 130938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0112416, ban nömrəli ******* olan Sedan tipli “Vaz-2101” markalı minik avtomaşınına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X45 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış bölməsi tərəfindən verilmiş AA seriyalı 130938 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar