Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-387/2025 23.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası 01 yanvar 1941-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizənin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Verilmiş ərizənin “Qoşma” hissəsində “dövlət rüsumunun ödənilməsi barədə qəbz” qeydi aparılsa da, hazırda ərizəçi tərəfindən hazırkı ərizənin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən hər hansı qəbzin ərizəyə əlavə edilmədiyi müəyyən edilir. Göründüyü kimi, ərizəçi hazırkı ərizənin verilməsinə görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152, 263, 264, 267, 268 və 306-cı maddələrini rəhbər tutub QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs kimi Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası göstərilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-387/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-387/2025
23.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver