Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-4/2025 07.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi “03 aprel 2006-cı il təvəllüdlü oğlu X5 və 21 may 1980-ci il təvəllüdlü arvadı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Qobustan RİHB-nin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 03 aprel 2006-cı il təvəllüdlü oğlu X5 və 21 may 1980-ci il təvəllüdlü arvadı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 27 yanvar 2009-cu ildə X6 ilə nikahını rəsmi qeyd etdirməklə evlənmiş, onların birgə nikahdan 3 uşaqları anadan olmuşdur. 03 aprel 2006-cı ildə anadan olmuş övladı Babasən anadangəlmə “ağır dərəcəli əqli-gerilik (İQ-22)” diaqnozu ilə İ qrup əlildir. Arvadı Pərvanə isə “Şizofreniya, paranoid forma F-20.0 (çatışmazlıq)” diaqnozu ilə İİİ qrup əlildir. Oğlu və arvadı hər ikisi xəstə olmaqla, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmirlər. X20 rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət alır. Arvadı Pərvanə isə İİİ qrup əlilliyə görə sosial müavinət alır. Beləliklə, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən övladı Babasən və arvadı Pərvanə öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaları mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyillər. Həmçinin, öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmirlər. Oğluna və arvadına köməklik göstərən ərizəçidir və onlara o qulluq edir. Oğlu və arvadının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onların hüquqlarının həyata keçirilməsi və üzərlərində qəyyum təyin edilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək bildirdi ki, həm oğlu Babasən, həm də arvadı Pərvanə öz hərəkətlərinin mənasını başa düşmür, hər ikisi anlaqsızdır. Ona görə də ərizəsinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X15 bildirdi ki, ərizəçinin oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas olduğundan, onun üzərində qəyyum təyin edilə bilər. Lakin ərizəçinin arvadının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas olmadığından, onun üzərində qəyyum təyin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X12 bildirdi ki, ərizəçi onun dayısıdır. O, 04 oktyabr 1983-cü ildə Qobustan şəhərində anadan olmuşdur və hazırda qaz idarəsində gözətçi vəzifəsində işləyir. Ərizəçinin oğlu və arvadı xəstədir, mütəmadi müalicə olunurlar. Oğlu Babasən tam anlaqsızdır, arvadı Pərvanə isə oğluna nisbətən daha yaxşı olsa da, onun da xəstəliyi ağırdır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X18 bildirdi ki, o, 12 iyul 1985-ci ildə Qobustan rayonu, Nərimankənd kəndində doğulmuşdur və hazırda da orada yaşayır. Ərizəçi onun anasının bibisi oğludur. Ərizəçinin oğlu Babasən tam anlaqsızdır, heç nə başa düşmür. Arvadı Pərvanə də xəstədir, fikrini məhdud şəkildə ifadə edə bilir, oğluna nisbətən vəziyyəti daha yaxşıdır. Məhkəmə tərəfləri və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb, sübutlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZ-İ 414692 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1975-ci il təvəllüdlü Ərizəçi və 21 may 1980-ci il təvəllüdlü X7 27 yanvar 2009-cu ildə nikahlarını bağlamış, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 yanvar 2009-cu ildə 05 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Cahangirov, arvada Cahangirova soyadı verilmişdir. İşdə surəti olan AZ-İİ 203988 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 03 aprel 2006-cı il təvəllüdlü X5 atası Ərizəçi, anası X3r. İşdə surəti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının 08 dekabr 2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, 21 may 1980-ci il təvəllüdlü X4 “Şizofreniya, paranoid forma F-20.0” diaqnozu qoyulmuşdur. İşdə surəti olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının 12 aprel 2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, 03 aprel 2006-cı il təvəllüdlü X8 “Daimi ciddi qulluq və müalicə tələb edən ağır dərəcəli əqli gerilik (İQ-22)” diaqnozu qoyulmuşdur. İş materiallarına həm X1, həm də X5 müvafiq diaqnozlu ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı əlavə edilmişdir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi haqqında arayışdan görünür ki, 21 may 1980-ci il təvəllüdlü X4 “Şizofreniya, paranoid forma epizodik gediş artan defsit (çatışmamazlıq) ilə” diaqnozu ilə 11 aprel 2023-cü ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi haqqında arayışdan görünür ki, 03 aprel 2006-cı il təvəllüdlü X8 “Ağır dərəcəli əqli gerilik, daimi ciddi qulluq və müalicə tələb edən ağır dərəcəli əqli gerilik (İQ-22)” diaqnozu ilə 30 mart 2022-ci ildə müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 15 yanvar 2025-ci il tarixli, 99 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, 03 aprel 2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Yoxlanılan şəxs X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 15 yanvar 2025-ci il tarixli, 100 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, 21 may 1980-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas YOXDUR. Yoxlanılan şəxs X2 “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyi hal-hazırda remissiya (yaxşılaşma) vəziyyətində olduğundan onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X6 hal-hazırda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək qabiliyyətinə malikdir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-in 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. MPM-in 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin maddəyə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçi hazırda həm arvadı 21 may 1980-ci il təvəllüdlü X1, həm də oğlu 03 aprel 2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq həm 21 may 1980-ci il təvəllüdlü X1, həm də 03 aprel 2006-cı il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 15 yanvar 2025-ci il tarixli, 99 və 100 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyləri ilə suallara cavab verilmişdir. Belə ki, 99 saylı rəylə 03 aprel 2006-cı il təvəllüdlü X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında olmaması, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasların olması müəyyən olunmuşdur. Lakin 100 saylı rəylə 21 may 1980-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas olmadığı, ondakı “Şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin hal-hazırda remissiya (yaxşılaşma) vəziyyətində olduğundan onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmədiyi, X1 hal-hazırda öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək qabiliyyətinə malik olduğu müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 15 yanvar 2025-ci il tarixli, 99 və 100 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəylərini sübut kimi qəbul edir və hesab edir ki, 03 aprel 2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün qanuni əsaslar olsa da, 21 may 1980-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bu cür əsaslar YOXDUR. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, 03 aprel 2006-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ərizə qalan hissədə, yəni 21 may 1980-ci il təvəllüdlü X4 aid hissədə təmin edilməməlidir. Məhkəmə MPM-in 321.2-ci maddəsinə uyğun olaraq bildirir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 03 aprel 2006-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə, yəni 21 may 1980-ci il təvəllüdlü X4 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-4/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-4/2025
07.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver