Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-40/2023 06.04.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi 06 noyabr 1979-cu ildə anadan olmuş bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 06 noyabr 1979-cu ildə anadan olmuş bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərdi ki, 06 noyabr 1979-cu ildə anadan olmuş bacısı X11 anadangəlmə “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən” xəstəliyi diaqnozu ilə İ qrup əlildir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Bacısı Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət alır. Kimayə öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Bacısına köməklik göstərən odur, bütün ehtiyaclarını o qarşılayır və ona qulluq edir. Bacısı Kimayənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. X17koloji xəstədir, anası Səmayə Əmrahova isə tam savadsızdır. Ona görə də məhkəməyə o müraciət etmişdir. 06 noyabr 1979-cu il təvəllüdlü bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək göstərdi ki, Ərizəçi və onun bacısı Kimayə Əmrahovanı yaxşı tanıyır, Kimayə anadangəlmə xəstədir, əqli cəhətdən zəifdir, onun qulluğa ehtiyacı var. Kimayəyə qardaşı Rauf qulluq edir. Məhkəmə iclasında şahid X14 izahat verərək göstərdi ki, X8 qonşu olmaqla yaxşı tanıyır. Kimayə doğrudan da anadan gəlmə xəstədir. Onun köməyə ehtiyacı var, Kimayə daima nəzarətdədir. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahatında göstərdi ki, X1 rayon mərkəzi xəstəxanasında F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən” xəstəliyi diaqnozu ilə qeydiyyatda durur, X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını, şahidlərin və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şamaxı rayon Leninabad kənd soveti tərəfindən 28 dekabr 1979-cu il tarixdə verilmiş Aİ-JQ 452941 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 06 noyabr 1979-cu il tarixdə anadan olmuşdur. X4, anası X3r. Qobustan rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 14060514 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 06 noyabr 1979-cu il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanasının 25 avqust 2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, 06 noyabr 1979cu il tarixdə anadan olmuş X11 F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən” davranış pozuntuları diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 verdiyi 10 mart 2023-cü il tarixli 872 saylı sənəddə göstərilir ki, X6 əqli gerilik müəyyən olunur. X6 X11 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X11 onda müəyyən edilən ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Müəyyən olundu ki, 06 noyabr 1979-cu il təvəllüdlü X11 anadan gəlmə “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən” davranış pozuntuları diaqnozu ilə əlildir. Kimayə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanasında “F72 ağır dərəcəli əqli gerilik (İQ-22), daima ciddi qulluq və müalicə tələb edən” davranış pozuntuları diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 06 noyabr 1979-cu il tarixdə anadan olmuş X11 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 noyabr 1979-cu il tarixdə anadan olmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-40/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-40/2023
06.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver