Məhkəmə qərarları › İş №2(026)-444/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-444/2022

22.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-444/2022 22.12.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi 01 yanvar 1963-cü il tarixdə anadan olmuş bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 01 yanvar 1963-cü il tarixdə anadan olmuş bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərdi ki, 01 yanvar 1963-cü il təvəllüdlü bacısı X6 anadan gəlmə “Paranoid şizofreniya, fasiləsiz gedişli, X24” xəstəliyi diaqnozu ilə İ qrup əlildir. O xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Bacısı Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadır və İ qrup əlilliyə görə sosial müavinət və prezident təqaüdü alır. Nabikə öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyil, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Bacısına köməklik göstərən odur, bütün ehtiyaclarını o qarşılayır və ona qulluq edir. Bacısı Nabikənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 01 yanvar 1963cü il təvəllüdlü bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X12 izahat verərək göstərdi ki, Ərizəçinə və onun bacısı Nabikə Qəhrəmanovanı yaxşı tanıyır, Nabikə anadangəlmə xəstədir, hərəkət edə bilmir, əqli cəhətdən zəifdir, onun qulluğa ehtiyacı var. Nabikəyə bacısı Lalə qulluq edir. Məhkəmə iclasında şahid X9 izahat verərək göstərdi ki, X4 və ərizəçi Laləni qonşu olmaqla yaxı tanıyır. Nabikənin ruhi xəstə olduğunu və onun başqasının köməyinə ehtiyacı olduğunu da bilir. Nabikə yataq xəstəsidir və ona bacısı Lalə baxıb qulluq edir. Maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X13 izahatında göstərdi ki, X1 rayon mərkəzi xəstəxanasında “Paranoid şizofreniya, fasiləsiz gedişli, X24” xəstəliyi diaqnozu ilə qeydiyyatda durur, X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazı YOXDUR. Məhkəmə ərizəçinin izahatını, şahidlərin və maraqlı tərəfin nümayəndəsinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Qobustan rayon qeydiyyat şöbəsi tərəfindən 29 sentyabr 2022-ci il tarixdə verilmiş 05/Q- 226/69 saylı arayışdan görünür ki, X10 26 mart. 1963-cü il tarixdə anadan olmuşdur. X5, anası X7r. Qobustan rayon polis şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA3383644 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX. 1963-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər psixiatriya xəstəxanasının 19 avqust 2022-ci il tarixdə verdiyi 176/979 saylı həkim-psixiatr komissiyasının rəyindən görünür ki, X6 “Paranoid şizofreniya, fasiləsiz gedişli, X24” xəstəliyi diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların çıxarılmasından görünür ki, 01 yanvar 1963-cü ildə anadan olmuş X6 “Paranoid şizofreniya, fasiləsiz gedişli, X24” xəstəliyi diaqnozu ilə İ qrup əlilldir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 verdiyi 19 noyabr 2022-ci il tarixli 4154 saylı sənəddə göstərilir ki, X3 “X19 X24 (F20.0) xronik ruhi xəstəlik müəyyən edilir. X2 uzun müddət “Şizofreniya paranoid qorma”) xroniki psixi xəstəliyindən əziyyət çəkməsi və “paranoid qüsur vəziyyətinin” müəyyən edilməsi göstərir ki, onda qeyd olunan xroniki psixi xəstəlik dərinləşərək emosional-iradi pozuntularla müşayiət olunan vəziyyətə (psixi qüsur) çatmışdır. X3 X19 X24 xroniki ruhi xəstəlik müəyyən edilir. Mülki işdə olan tibbi sənədlərin təhlilinə əsasən belə qənaətə gəlmək olar ki, X3 qeyd olunan “X19 fasiləsiz gedişli” psixi xəstəlik onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmişdir. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Müəyyən olundu ki, 01 yanvar 1963-cü il təvəllüdlü X6 anadan gəlmə “Paranoid şizofreniya, fasiləsiz gedişli, X24” xəstəliyi diaqnozu ilə İ qrup əlildir. Nabikə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Qobustan rayon mərkəzi xəstəxanasında “Paranoid şizofreniya, fasiləsiz gedişli, X24” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 01 yanvar 1963-cü ildə anadan olmuş X6 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1963-cü ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar