Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-62/2022 08.06.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, ərizəçi Ərizəçi maraqlı tərəf Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X6 iştirakı ilə, Ərizəçi övladları 14 mart 1987-ci il təvəllüdlü X21 və 18 yanvar 1989-cu il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Vəliyeva X18 rayon məhkəməsinə ərizə ilə müraciət edərək 14 mart 1987-ci il təvəllüdlü övladı X21 və 18 yanvar 1989-cu il təvəllüdlü övladı X11 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, 14 mart 1987-ci il təvəllüdlü oğlu X21 anadangəlmə “baş-beyin irsi xəstəliyi” diaqnozu və 18 yanvar 1989-cu il təvəllüdlü qızı X8 anadangəlmə “Ensefalopatiya və intellektin pozulması” diaqnozu ilə xəstədirlər və hər ikisi İ qrup əlildirlər. Onlar xəstə olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmirlər. Uşaqlar hər ikisi Qobustan rayon mərkəzi xəstəxanasında qeydiyyatdadırlar və hər ikisi İ qrup əlilliyə görə sosial müavinət və prezident təqaüdü alırlar. Övladları Famiz və Şəfəq öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaları mümkün deyildir. Uşaqlar öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyillər, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmirlər. Uşaqlara köməklik göstərən odur və uşaqların bütün ehtiyaclarını o qarşılayır. Övladları Famiz və Şəfəqin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onların hüquqlarının həyata keçirilməsi və üzərlərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 14 mart 1987-ci il təvəllüdlü övladı X21 və 18 yanvar 1989-cu il təvəllüdlü övladı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək göstərdi ki, Ərizəçi övladları-14 mart 1987ci il təvəllüdlü X21 və 18 yanvar 1989-cu il təvəllüdlü X16 anadangəlmə yataq xəstəsidir və hər ikisi İ qrup əlildirlər. Onlara anaları Gülməzə qulluq edir. X1 izahat verərək göstərdi ki, Ərizəçi oğlu Famiz və qızı Şəfəq anadangəlmə xəstədir, hərəkət edə bilmirlər, ona anaları Gülməzə qulluq edir. Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X14 izahatında göstərdi ki, 14 mart 1987-ci il təvəllüdlü X2 rayon mərkəzi xəstəxanası X29 poliklinika şöbəsində anadangəlmə “baş-beyin irsi xəstəliyi” diaqnozu ilə və 18 yanvar 1989-cu il təvəllüdlü X8 anadangəlmə “Ensefalopatiya və intellektin pozulması” diaqnozu ilə qeydiyyatda durur,X21 və X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 rəyi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Qobustan rayon Qurbançı kənd sovetliyinin 24 mart 1987-ci il tarixdə verdiyi Xİ-JQ 499968 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 14 mart 1987-ci il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır. Qobustan rayon Qurbançı kənd sovetliyinin 13 fevral 1989-cu il tarixdə verdiyi XİV-JQ 294065 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 18 yanvar 1989cu il tarixdə anadan olmuşdur. X3, anası Ərizəçidır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X30 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi xəstəxanası” X31 verdiyi 18 noyabr 2021-ci il tarixli 120 saylı arayışında göstərilir ki, X21 həqiqətən QRMX PHŞ-in poliklinika şöbəsində “baş-beyin irsi xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X30 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qobustan rayon Mərkəzi xəstəxanası” X31 verdiyi 18 noyabr 2021-ci il tarixli 121 saylı arayışında göstərilir ki, X16 həqiqətən QRMX PHŞ-in poliklinika şöbəsində “Ensefalopatiya və intellektin pozulması” diaqnozu ilə qeydiyyatdadır. İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 verdiyi 07 may 2022-ci il tarixli 1088 saylı sənəddə göstərilir ki, X13 “ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrık müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynlərinin uzaq qohum olması, irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, yoxlanılan şəxsin bacısının əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxs doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməklə, tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əqli gerilik və davranış pozuntuları ilə əlaqədar psixiatrik qeydiyyata düşməsi, Qobustan rayon mərkəzi xəstəxanasının PHŞ-nın poliklinika şöbəsində “baş-beyin irsi xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin çox zəif inkişaf etməsi, ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X13 “ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Yoxlanılan şəxsdə aşkar edilən əqli gerilik körpəlik dövründən biruzə verir. X4 Famiz Babakərim oğlu öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X21 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X21 onda müəyyən edilən “ağır dərəcəli əqli gerilik”lə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 verdiyi 07 may 2022-ci il tarixli 1089 saylı sənəddə göstərilir ki, X9 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar və halhazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklə ağırlaşması, qardaşının əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxsin doğuş zədəsi ilə anadan olması, erkən körpəlik dövründə onda serebral iflic müəyyən edilməsi, sonradan yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etmiş, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, hal-hazırda yaşayış yeri üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində “Ensefalopatiya və intellektin pozulması ilə” diaqnozu ilə qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, İ qrup müddətsiz əlil olması, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X10 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. Göstərilən xəstəlik yoxlanılan şəxsdə körpəlik dövründən biruzə verir. X17 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X17 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.X16 onda müəyyən edilən “uşaq serebral iflici, dərin əqli gerilik”lə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Müəyyən olundu ki, Ərizəçi 14 mart 1987-ci il təvəllüdlü oğlu X21 anadan gəlmə “başbeyin irsi xəstəliyi” diaqnozu və 18 yanvar 1989-cu il təvəllüdlü qızı X16 anadangəlmə “Ensefalopatiya və intellektin pozulması” diaqnozu ilə xəstədirlər və hər ikisi İ qrup əlildirlər. Famiz və Şəfər öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmirlər. X21 “Qobustan rayon Mərkəzi xəstəxanası” X31 polikilinika şöbəsində “baş-beyin irsi xəstəliyi” diaqnozu ilə X16 isə “ensefalopatiya və intellektin pozulması” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərinə qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, 14 mart 1987-ci il təvəllüdlü X21 və 18 yanvar 1989-cu il təvəllüdlü X16 öz hərəkətlərinin mənasını başa düşməmələri və öz hərəkətlərini idarə etmək iqtidarında olmadıqlarından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230,233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 mart 1987-ci il təvəllüdlü X21 və 18 yanvar 1989-cu il təvəllüdlü X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-62/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-62/2022
08.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver