Məhkəmə qərarları › İş №2(027)-1005/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1005/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1005/2022 28.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-114 kod 30311048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının, JN-074A kod 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-074F kod 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci tarixli, 03 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə JN-074A kod 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və JN-114 kod 30311048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Şəhadətnamələrdə “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Hümbət oğlu”, "Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Əli qızı” kimi, Dövlət Aktında “Ərizəçi2” əvəzinə səhvən “X4” kimi yazılaraq düzgün qeyd olunmamışdır. Adlarına verilmiş doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı Ərizəçi1 və Ərizəçi2 kimi qeyd olunmuşdur. Şəhadətnamələrdə qeyd olunan Ərizəçi1 Hümbət oğlu, Ərizəçi2 Əli qızı və Dövlət Aktında qeyd olunan X1 olaraq qeyd olunmuşdur. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmirlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlarr. Məhkəmədə Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Ərizəçi2 və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər Ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqın şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi2 XX.XX.1946-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Sürayə” və atasının adı ”Əskər” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “doğum haqqın şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi1 XX.XX.1939-cu il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə atasının adı ”Hümmət” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin 12.11.2021-ci il tarixli arayışından görünür ki, JN-074A kod 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi, JN-074F kod 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsi və JN:114 kod 30311048 saylı torpağa mülkiyyət huququna dair Dövlət Aktı həqiqətən də Ərizəçi1 və Ərizəçi2 məxsusdur. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən JN-114 KOD 30311048 saylı Dövlət Aktı tərtib edilərək 0.96 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən JN-074A, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 və onun ailə üzvlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən JN-074F, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.17 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi1 və Ərizəçi2 Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 0.96 ha torpaq sahəsi verilərək JN-114 KOD 30311048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı və Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 0.02 ha torpaq sahəsi verilərək JN-074A, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə və 0.17 ha torpaq sahəsi verilərək JN-074F, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-114 KOD 30311048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “Ərizəçi2” əvəzinə səhvən “X3” kimi, JN-074A, KOD 30311048 saylı və JN-074F, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamlərdə “Ərizəçi1” əvəzinə səhvən “Ərizəçi1 Hümbət oğlu” kimi, “Ərizəçi2” əvəzinə səhvən “Ərizəçi2 Əli qızı” kimi qeyd olunmuşdur. Ərizəçi1 və Ərizəçi2 məhkəmədən JN-114 kod 30311048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və JN-074A, kod 30311048 saylı və JN-074F, KOD 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilərlər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçilərin göstərdiyi hal, yəni JN-114 kod 30311048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və X2 ilə yanaşı, Ərizəçi2 məxsus olması və JN-074A, kod 30311048 saylı və JN-074F, KOD 30311048 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-114 KOD 30311048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi2 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-074A, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-074F, KOD 30311048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar