Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1015/2025 07.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh qismində işə cəlb etdikləri Cavabdeh vəfat etmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qanunvericiliyin tələbərinə əsasən vəfat etmiş şəxslər iş üzrə tərəf kimi məhkəmə işlərinə cəlb edilə bilməzlər. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə geri qaytarılmalı və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 izah olunmalıdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh qanun üzrə vərəsələri müəyyən olunduqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,151-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın; İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 izah edilsin ki, Cavabdeh qanun üzrə vərəsələri müəyyən olunduqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1015/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1015/2025
07.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver