Məhkəmə qərarları › İş №2(027)-1019/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1019/2023

04.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1019/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qızı X4 faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Məhkəməyə müraciət edərək, 14 fevral 1988-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Quba Rayon Əliməmməd-oba kəndində yaşayır, himayəsində 1-ci dərəcəli Əlilliyi olan qızı X7 vardır, onda ağır dərəcəli əqli gerilik xəstəliyi var. Ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu var və o, öz hərəktələrinə cavabdehlik daşıya bilmir, ona qəyyum təyin edilməsinə ehtiyac vardır. Ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnaməsi və ailə tərkibi barədə arayışdan aşkar olur ki, Abdurəhmanova Ruhiyyə onun doğma qızıdır. Ərizəsinə əlavə etdiyi xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən aşkar olur ki, həmin rəyə əsasən qızı Ruhiyyə Abdurəhmanova müddətsiz 1-ci dərəcəli əlildir. Onun əlilliyin təyin edilməsi üçün diaqnozu - Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilikdir. Qeyd olunan xəstəliklə əlaqədar qızı Ruhiyyə öz hərəktələrinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir, daima kənar köməyə ehtiyacı vardır. Onu hər hansı bir təşkilata sənəd təqdim etmək və sair işlə əlaqədar müraciət edəndə əqli zəifliyi ilə əlaqədar izah verə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 fevral 1988-ci il tarixdə anadan olmuşdur. X1, atası isə Ərizəçidur. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 402 nömrəli arayışından görünür ki, X6 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3213 saylı rəyindən görünür ki, Tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, X3 dərəcəli əqli gerilik formasında psixi xəstəlikdən əziyyət çəkir. Mülki işdə olan tibbi sənədlər və şəxsin atasının məhkəməyə ünvanlandırdığı ərizəsini tədqiq edərək aparılan (qiyabi) müayinə əsasında belə nəticəyə gəlmişdir ki, Ağır dərəcəli əqli gerilik diaqnozlu ruhi xəstəliklə əlaqədar xx.xx.1988-ci il təvəllüdlü X7 öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni atası 14 fevral 1988ci il təvəllüdlü X4 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və X7 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 14 fevral 1988-ci il tarixdə Quba rayonu Əliməmmədoba kəndində anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar