Məhkəmə qərarları › İş №2(027)-1023/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1023/2022

28.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1023/2022 28.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X43 və vəkili Vəkil1, Cavabdeh2 və onun, həmçinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası miras qoyan X10 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən atası X19 düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras qoyan X10 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və nənəsi miras qoyan X23 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka (miras qoyanlar X10 və X23 qalmış miras əmlaka) tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X34 18 oktyabr 1973-cü il tarixdə Quba rayonu, Zərdabi kəndində, anası X60 04 sentyabr 1978-cu il tarixdə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. X2 atası X24, anası X44r. Nənə ilə babasının atasıdan başqa Mafızə və Esmira adlı qızları, Vüqar və Elman adlı oğlanları olmuşdur. X34 və X46, nikahlarını 23 noyabr 2001-ci il tarixdə rəsmiləşdirmişlər. Onların nikahından İddiaçı xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Anası atası ilə ailə quraraq babası və nənəsinə məxsus Quba rayonu Zərdabi qəsəbəsində olan JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evinə gəlin köçərək yaşamış, o, orada doğulmuşdur. Atası ilə anasının nikahı 02 mart 2009-cu ildə Quba Rayon Məhkəməsinin 2(027)-224/2009-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların nikahları pozulana kimi orada yaşamışdır. Sonradan atası ilə anasının nikahı pozulduğu üçün o, anası ilə birlikdə Xaçmaz rayonu Arzu kəndinə qayıtmış, lakin atası babası və nənəsi ilə birlikdə Quba rayonu Zərdabi kəndində JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən həmin evdə yaşamışlar. X63 02 iyul 2014-cü ildə vəfat etmişdir. Babasının vəfatından sonra atası ilə nənəsi evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək, babasından qalmış mirası qəbul etmişlər. X82 10 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ondan qalmış miras əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat Kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X91 Xidmət Mərkəzində Notariat Ofisinin 07 avqust 2020-ci il tarixli 83 nömrəli məktubuna əsasən o, atası 10 avqust 2018-ci il tarixdə vəfat etmiş, Kamran Ağasiyevin vərəsəsi sırasına daxildir. X68 29 iyun 2020-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən 3 ay sonra qanunla altı aylıq müddəti ötürmədən nənəsindən və babasından qalmış nənəsinin qəbul etdiyi miras əmlakdan X82ə düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə vermiş və ərizəsi 07 avqust 2020-ci il tarixdə qəbul edilmişdir. X91 Xidmət Mərkəzində Notariat Ofisinin 05 mart 2021-ci il tarixli 640 nömrəli məktubuna əsasən o, 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X11 və 29 iyun 2020-ci il tarixdə vəfat etmiş X35 qanun üzrə vərəsələri sırasında daxildir. Beləliklə miras qoyan babası X36 02 iyul 2014-cü il tarixdə vəfat etdiyindən, onun vəfatından sonra qalan miras əmlakı miras qoyan X82 və miras qoyan nənəsi Sədiqə Aqasiyeva idarə edərək faktiki olaraq qəbul etdiyindən, atasıdan qalmış miras əmlakı qəbul etdiyindən, nənəsindən qalmış miras əmlakın qəbul edilməsi notariat kontoruna qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürmədən ərizə verdiyindən dolayısı ilə miras qoyan X63dən qalmış miras əmlakı da qəbul etmişdir. Lakin babasından qalmış miras əmlakın atası X19 düşən hissəsinə miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional "ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. O isə yuxarıda qeyd etdiyi kimi babası 02 iyul 2014-cü il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakın qəbul edilməsi üçün müddəti ötürməmişdir. Nənəsi və babasından qalmış miras əmlak olan Quba rayonu Zərdabi kəndində JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsində paylar ümumi birgə olduğundan və həmin torpaq sahəsində yerləşən babasına məxsus fərdi yaşayış evində onun ölümündən sonra nənəsinin və atasının yaşaması ümumi bilinən inkar edilməz fakt olduğundan, o, nənəsi və atasıdan qalmış miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verərək onların vərəsəsi kimi tanındığından dolayısı ilə babasından qalmış miras əmlakı da qəbul etmişdir. Bundan başqa o, X91 Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsi ilə ərizəsinin təmin edilməsi qət edilmişdir. Bundan sonra qətnamə üzrə maraqlarına toxunan şəxs bibisi Cavabdeh2 Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(105)-3701/2021 saylı qərardadına əsasən hüquq haqqında mübahisə olduğu üçün Quba Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(027)-1634/2020 qətnaməsi ləğv edilmiş, ona iddia qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz verərək, göstərmişdir ki, iddiaçı X47 cavabdehlər Cavabdeh2, X25, X26 və Quba Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi faktının müəyyən edilməsi və payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə etiraz edir, hesab edir ki, qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçının atası X37 18 oktyabr 1973-cü ildə Quba rayonu Zərdabi qəsəbəsində, anası X60 isə 04 sentyabr 1978-ci ildə Xaçmaz rayonu, Arzu kəndində anadan olmuşdur. Onun valideynləri 23 noyabr 2001-ci il tarixdə ailə qurmuşlar. Onların nikahından xx xxx 2002-ci il tarixdə X47 doğulmuşdur. Valideynlərinin nikahı 02 mart 2009-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçının anası nikahın pozulması barədə mülki işə baxılarkən məhkəmədə verdiyi izahatında bildirmişdir ki, o 2001-ci ildə iddiaçının atası X37 ilə rəsmi nikaha daxil olsa da birgə nikahdan xx xxx 2002-ci ildə doğulmuş azyaşlı oğlu Əlibəylə 09 fevral 2002-ci ildən hal-hazıra qədər Xaçmaz rayonu Arzu kəndində pensiyaçı olan atası Tofiqin himayəsində yaşayırlar. İddiaçının atası X37 10 avqust 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o, Notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X70 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün imtina məktubu verilmişdir. İddiaçı qeyd edir ki, guya atası X37 babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X74 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babanın vəfatından sonra nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. Lakin 27 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, X37 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində xx.xx.2014-cü ildə vəfat etmiş atası X15 məxsus evdə yaşamamış və həmin evə gəlib getməmişdir. (akt əlavə edilir) Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair JN-181AKOD30316018 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 fevral 1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu Zərdabi kəndində X27, X52, X26 fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Bu sənədlərdə iddiaçının atası X16 adı qeyd edilməmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə xx.xx.2018-ci ildə vəfat etmiş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı X28 məhrum atası Ağasıyev Kamran sağlığında babası X8 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X27 02 iyul 2014-cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Guya atası babası və nənəsi ilə birlikdə həmin evdə yaşamışdır. X66 02 iyul 2014-cü il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra atası nənəsilə evdə yaşamış və torpaq sahəsini birgə idarə edərək babasından qalmış mirası qəbul etmişdir. X84 isə 10 avqust 2018-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlakın qəbul edilməsi üçün yeganə vərəsə kimi o Notariat kontoruna ərizə vermiş və faktiki olaraq mirası qəbul etmişdir. X70 29 iyun 2020-ci il tarixdə vəfat etmiş nənəsindən atasına düşən pay həcmində mirasın qəbul edilməsi üçün Notariat kontoruna ərizə vermişdir. Lakin babasından qalmış miras əmlakın atası Ağasıyev Kamrana düşən hissəsindən ibarət miras əmlaka payı vərəsəlik yolu ilə qəbul etmək üçün Quba regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etsə də həmin Mərkəzdən xx.xx.2018-ci il tarixdə vəfat etmiş atası X3 olduğu müddətdə mirasın faktiki qəbulu, ona sahiblik etmək barədə sübutlar təqdim etmədiyindən onun vərəsəsi olan X38 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Bu səbəbdən ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün 07 avqust 2020-ci il tarixli imtina məktubu verilmişdir. İddiaçı atasının babası və nənəsi ilə birlikdə həmin evdə yaşamasını qeyd etsə də, bununla bağlı mötəbər sübutu ərizəsinə əlavə etməmiş və ya məhkəməyə sübut təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı məhkəməyə xx.xx.2018-ci ildə vəfat etmiş atası X4 olduğu müddətdə mirasın faktiki qəbulu, orada babası və nənəsi ilə birlikdə yaşaması, əmlakı idarə etməsi, ona sahiblik etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı X28 atası Ağasıyev Kamran sağlığında babası X8 miras qalmış əmlakı faktiki qəbul etməmiş və ya bu barədə notariat orqanına ərizə verməmişdir. İddiaçının babası X27 02 iyul 2014-cü ildə vəfat etsə də oğlu Kamran bunu bilsə də, miras əmlakın olduğu mənzildə yaşamadığından (çünki bu barədə ərizəçi tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir) notariat kontoruna ərizə də verməyərək qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb olmadan buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçının atası X37 da 10 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçının atası vəfat etdiyi tarixə qədər (4 ildən artıq müddət) Əlibəyin babasından qalmış miras əmlakı faktiki qəbul etmədiyindən və notariat orqanına ərizə vermədiyindən üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. Belə olan halda ərizəçinin dəlilləri tamamilə əsassız olmaqla mötəbər sübutları yoxdur. Mülki qanunvericiliyə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməklə, yaxud da vərəsəlik açılan gündən 6 ay müddətində notariat kontoruna ərizə verməklə qəbul etməlidir. İddiaçının X84 10 avqust 2018-ci ildə vəfat etmiş, lakin o 2014-cü ilin iyul ayında vəfat etmiş atasından miras qalmış evin hissəsini faktiki idarə etməklə, yaxud da notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Kamran Ağasıyev atasından miras qalmış əmlakı qəbul etmədiyindən, ərizəçi Əlibəy Ağasıyev isə miras evə və torpaq sahəsinə vərəsə hesab oluna bilməz, bu barədəki tələbi əsassızdır. Bundan başqa iddiaçı X47 10 avqust 2018-ci il tarixdə atası X16 vəfatından sonra da mirası faktiki qəbul etməmiş və yaxud vərəsə kimi notariat orqanına ərizə verməmişdir. Müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır, məsələn, üzürlü sayılması üçün əsaslar, xəstəlik, xarici ölkədə ezamiyyədə olma, miras qoyanın ölümündən xəbərsiz olma və s ola bilər. İddiaçı isə gecikdirmənin səbəbləri, onun uzadılması üçün əaslar və s. barədə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlər üzrə aşağıdakı sübutların təqdim edilməsi zəruridir: əmlaka sahiblik etməyi və ya əmlakı idarə etməyə faktiki başlamağı təsdiq edən sübutlar (vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzilistismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər) Cavabdehlərdən olan Cavabdeh2 X8 miras qalmış JN 181AKOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməinə dair şəhadətnaməyə əsaən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X27 və anası X39 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir. (Quba rayonu Zərdabi Bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışı əlavə edilir) Qeyd edilənlərə əsasən iddiaçı X28 cavabdehlər Cavabdeh2, X25, X26 və Quba Regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi tələbinə dair iddiasının əsasız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X60 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı həm X9 həm də X29 qalan mirasın mülkiyyətçisidir. Mübahisə predmeti olan torpağa dair şəhadənamə vardır və həmin torpağın üzərində ev yerləşir. İddaçı hər iki vərəsədən pay istəyir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, iddia tələbinin əsasız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X48 bildirdi ki, X36 ilə X40 Kamran, Vüqar, Elman, Esmira və Mafizə adlı uşaqları olmuşdur. Qəzənfər 6-7 ildir ki, vəfat edib. Qəzənfər və Sədiqə vəfat edənə qədər bütün ailə üzvləri evdə olub. Kamranın arvadı Xatirə 2 ay həmin evdə yaşamış, daha sonra evdən getmişdir. Kamran səfil həyat keçirib. Bir gün evdə olub, 1 ay olmayıb. Kamran içki aludəçisi idi. Kamran məhkumluq həyatı yaşayıb. Həmin evdə Elman yaşayıb, hazırda həbsdədir. Hazırda həmin evdə Esmira yaşayır. Kamranın atası Qəzənfərin ölümündən sonra valideynlərinə məxsus evə gəldiyini görməmişəm. Qəzənfər vəfat etməmişdən qabaq da Kamran 15 gündən bir evə gəlib. Kamran həbsdən çıxdıqdan sonra səfil həyatı yaşayıb. Kamranın Xatirə ilə birgə nikahından uşağı anadan olandan sonra Xatirə Qəzənfərə məxsus evə gəlməyib. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, X36 ilə X40 5 uşağı olub. Qəzənfəri və Kamranı tanıyıb. Kamran alkoqol aludəçisi olub, küçədə yaşayırdı. Qəzənfər öləndə Kamran yas mərasimində iştirak etməyib. Kamranın həyat yoldaşını görüb. Kamranı atasının yanına gəlib gedən görməyib. Kamranın yas mərasimi də ata evində olub. 27 dekabr 2021-ci il tarixli aktı oxuyub və imzalayıb. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Notarial təsdiqli ərizələrdən görünür ki, İddiaçı atası X12 və nənəsi X30 miras qalmış Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsini qəbul edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, X18 adına Quba rayonu, Zərdabi qəsəbəsində (xx.xx.1993-cü il tarixli, 294 nömrəli qeydiyyat vəsiqəsi) fərdi yaşayış evi, X18 və X35 adına Quba rayonu, Zərdabi qəsəbəsində ümumi birgə 0.06 torpaq sahəsinə verilmiş JN-181A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" aşkar edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X14 adına, Quba rayonu, Zərdabi qəsəbəsində 0,25 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə verilmiş JN 400 KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı X18 adına Zərdabi qəsəbəsində fərdi yaşayış evi və ümumbirgə JN 181A KOD ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmışdır. Əlavə olaraq X20 və X45 0,78 ha torpaq sahəsinə JN 398 KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmiş, lakin həmin torpaq sahəsi 15 mart 2002-ci il tarixdə 4ə/18 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba Notariat X1 adına ozgəninkiləşdirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X41 mülkiyyətindədir. - JN 398 KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, X24, X53 və X31 Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 115 nömrəli qərarı ilə 0,78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. - Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1634/2020 saylı qətnaməsindən görünür ki, X10 qalmış mirasın X19 düşən hissəsinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirməyinin səbəbi üzrlü sayılaraq uzadılmış; X9 miras qalmış JN 181A KOD 30316018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən Ağasiyev Kamran'Qəzənfər oğluna düşən hissəsinə ölümündən sonra onun, yəni İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-3701/2021 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1634/2020 saylı qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. - Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1554/2021 saylı qətnaməsindən görünür ki, X24 və X45 məxsus olmuş fərdi yaşayış evinin tikintisi üçün verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-181A KOD 30316018 saylı Şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə vərəsəlik üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə və İddiaçı həmin daşınmaz əmlaka mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam vermə) həyata keçirilməsinə, həmin torpaq sahəsinə və evə daxil olmağına, oradan sərbəst istifadə etməyə və yaşamağına Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-401/2022 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(027)- 1554/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Quba rayonu Zərdabi Bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli arayışından və 23 avqust 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 X8 miras qalmış JN 181AKOD 30316018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaən 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayaraq mirası faktiki qəbul etmiş və məhrum atası X27 və anası X39 dəfn mərasimlərinin təşkili və xərcləri onun tərəfindən çəkilmişdir. - Quba rayonu Zərdabi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 27 dekabr 2021-ci il tarixli, Zərdabi bələdiyyəsinin sədri X49, Zərdabi bələdiyyəsinin üzvləri X50, X67, Zərdabi qəsəbə sakinləri X6, X51 və X42 iştirakı ilə tərtib olunmuş Aktdan görünür ki, mərhum X34 1999-cu il tarixdən etibarən Zərdabi qəsəbəsində mərhum atası X20 məxsus evdə yaşamamışdır və ümumiyyətlə həmin evə gəlib getməsi müəyyən olunmamışdır. Məhkəmə, iş üzrə müəyyən edilmiş faktiki hallara və araşdırılmış mövcud sübutlara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək, hesab edir ki, iddia tələbi üzrə iddiaçı şəxs irəli sürdüyü tələblərin əsaslarını sübuta yetirə bilməmiş və bu sübutetmə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, X36 02 iyul 2014-cü il tarixdə vəfat etmiş, vəfatından sonra miras qoyan X10 miras qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi oğlu X34 tərəfindən nə faktiki, nə də rəsmi qəbul edilməmişdir. İddiaçı tərəf də iddia predmeti olan miras torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin atası X12 miras qalması və həmin torpaq sahəsi və üzərində yerləşən evə vərəsəlik hüququnun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. İddiaçı, həmçinin, nənəsi miras qoyan X23 qalmış JN 181A KOD 30316018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsindən ona düşən paydan ibarət miras əmlaka tam payının müəyyən edilməsini xahiş etmişdir. X13 atasının vəfatından sonra mirası vərəsə kimi notariat orqanına ərizə verməklə, nə də faktiki qəbul etməmişdir. İddiaçının atası 10 avqust 2018-ci il tarixdə vəfat etmiş, iddiaçı isə 07 avqust 2020-ci il tarixdə notariat orqanına müracət etmişdir. Mirasın qəbul edilməsi üçün müddətin gecikdirilməsi, uzadılması üçün mütləq şəxsin hərəkətsizliyi üzürlü olmalıdır. İddiaçı mirasın qəbul etmə müddətinin gecikdirməsinin səbəbləri, müddətin uzadılması üçün əsaslar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, X32 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Quba Regional Cavabdeh1tariat ofisi, Cavabdeh2, X32 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktı və miras əmlak üzrə payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar