Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1048/2021 14.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Sovetinin 09.07.1987-ci il tarixli 445 nömrəli qərarına əsasən Quba rayon Orconikidze adına sovxozun 21 yanvar 1989-cu il tarixli 191 əmri ilə Quba rayon Amsar kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışının və 5 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışının ona, yəni Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi X6 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Ərizəçi ərəizəsində göstərmişdi ki, onun şəxsiyyətini müəyyən edən sənədlərdə soyadı, adı və atasının adı Ərizəçi qeyd olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 09.07.1987-ci il tarixli 445№-li qərarına əsasən Quba rayon Orconikidze adına sovxoz üzrə fəhlə və qulluqçulara, o cümlədən ona Orconikidze adına sovxozun 21 yanvar 1989-cu il tarixli 19 №li əmri ilə 0,06 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışında və adına Quba rayonu Amsar kəndi ərazisində 0,06 ha həyətyanı torpaq sahəsi olması barədə Quba RİHB-nm Amsar İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Amsar kəndi üzrə 2 №-li təsərrüfatbaşına kitabına əsasən Azərbaycan Respublikası X9 filialı tərəfindən verilmiş 592 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışında soyadı və adı düzgün olaraq yazılsa da atasının adı “Pavloviç” əvəzinə “Paşa” oğlu kimi səhvən yazılmışdır. Atasının adının Pavloviç olması ərizəyə əlavə etdiyi hüquq müəyyənedici sənəd olan şəxsiyyət vəsiqəsi, eləcə də, doğum haqqında şəhadətnamə ilə də təsdiq olunur. Hazırda qeyd olunan torpaq sahəsinə dair çıxarış almaq istəyir. Lakin Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışında və 592 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışında atasının adının Pavloviç əvəzinə səhvən Paşa kimi yazıldığından həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Həmçinin həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət edib. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 09 iyul 20201-ci il tarixli, **********43 saylı məktubu ilə ona Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışında və 592 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışında atasının adına yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edib ki, Quba rayon Orconikidze adına sovxoz ləğv olunduğundan Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışında və 592 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışındakı yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də Arxiv arayışının X4 məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Sovetinin 09.07.1987-ci il tarixli 445 nömrəli qərarına əsasən əsasən Quba rayon Orconikidze adına sovxozun 21 yanvar 1989-cu il tarixli 191 əmri ilə Quba rayon Amsar kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışının və 5 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışının Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, Ərizəçi çoxdan tanıyır. Alekseyin atası Rusiya Federasiyasında yşayıb və Alekse Rusiya Federasiyasında doğulduğu üçün onun atsının adını Pavloviç kimi qeyd ediblər. Məhkəmə Ərizəçi və şahid X1 dinləyib dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan 19.06.2020-ci il tarixli 591 saylı arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 09.07.1987-ci il tarixli 445 nömrəli qərarına əsasən fəhlə və qulluqçulara torpaq sahəsi verilməsi və nömrə 14-lə X3 0.06 ha torpaq sahəsi verilməsi qeyd olunub. İşdə olan Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışında və 592 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışından görünür ki, Quba rayon İHB-nın Amsar İƏV-i üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid amsar kəndi üzrə 2 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş X5 108 saylı təsərrüfatın başçısı olub, onun şəxsi mülkiyyətində 0.06 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunub. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 09 iyul 20201-ci il tarixli, **********43 saylı məktubu ilə ona Azərbaycan Respublikası X9 filialının 591 saylı 19 iyun 2020-ci il tarixli Arxiv Çıxarışında və 592 saylı 19 iyun 2020-ci il tarixli Arxiv arayışında atasının adına yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin tətib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Ərizəçi adına Quba rayonu AİK-nın 03.05.1997-ci il tarixli, 04 saylı qərarına əsasənfərdi yaşayış evi tikmək məqsədilə 600 kv.m torpaq sahəsinin sxemi işlənmişdir. İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə Kemerov vilayəti, Kiselevsk şəhərində doğulmuşdur. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu Amsar kəndində qeydiyyatdadır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 09.07.1987-ci il tarixli 445 nömrəli qərarına əsasən Quba rayon Orconikidze adına sovxoz üzrə 21 yanvar 1989-cu il tarixli 19 nömrəli əmr ilə Quba rayon Amsar kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası X9 filialının 591 saylı, 19 iyun 2020-ci il tarixli arxiv çıxarışının və 592 saylı, 19 iyun 2020-ci il tarixli arxiv arayışının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Azərbaycan Respublikası Nazirlər Sovetinin 09.07.1987-ci il tarixli 445 nömrəli qərarına əsasən Quba rayon Orconikidze adına sovxoz üzrə 21 yanvar 1989-cu il tarixli 19 nömrəli əmr ilə Quba rayon Amsar kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası X9 filialının 591 saylı, 19 iyun 2020-ci il tarixli arxiv çıxarışının və 592 saylı, 19 iyun 2020-ci il tarixli arxiv arayışının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1048/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1048/2021
14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver