Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1058/2021 19.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-184, kod:30320028 saylı Dövlət Aktının və Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, kod:30320028 saylı Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Ərizəçi Şərəf oğlu, X5, X3 və X2 1,59 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq üçün “Torpağa mülkiyyət hüququna dair” 30.05.1998-ci il tarixdə Dövlət Aktı verilmişdir. (JN 0184, KOD ********) Bundan əlavə Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Ərizəçi və X7ma 0,10 ha torpaq sahəsi verilmişdir. Yuxarıda göstərilən torpaq sahəsi üçün 04.10.2002-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. (JN 329 F, KOD ********) Onun doğum haqqında şəhadətnaməsində atasının adı Şərafəddin göstərilmişdir. Kənddə el arasında atası Şərəf kimi tanımışlar. Buna görə də torpağa mülkiyyət hüququna dair 30.05.1998-ci il tarixdə Dövlət Aktında soyadı və adı düzgün olaraq Ərizəçi göstərildiyi halda atasının adı səhv olaraq Şərafəddin əvəzinə Şərəf kimi yazılmışdır. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadı, adı düzgün olaraq Ərizəçi göstərilmiş, atamın adı səhv olaraq Şərafəddin əvəzinə Şərəf göstərilmişdir. Yuxarıda göstərilən torpaqlar üçün çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində müraciət etmiş və DTXT tərəfindən verilmiş JN 329 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN 184 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqlaarı aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinun səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin vəmaraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “şəxsiyyət vəsiqəsi”nin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə və doğum haqqında şəhadətnamədə atasının adı “Şərafəddin” olaraq qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə MƏlikova Xalidə Əkbər qızı arasında 03.06.1989-cu il tarixdə nikah bağlanmışdır. Həmin şəhadətnamədə Ərizəçi atasının adı “Şərafəddin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, KOD:30320028 saylı Şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-184, KOD:30320028 saylı Dövlət Aktı tərtib edilərək 1,59 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən 0.10 ha torpaq sahəsi verilərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, KOD:30320028 saylı Şəhadətnamə və Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən 1,59 ha torpaq sahəsi verilərək Torpağa Mülkiyyət Hüququna dair JN-184, KOD:30320028 saylı Dövlət Aktı tərtib edilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, KOD:30320028 saylı Şəhadətnamədə və Torpağa Mülkiyyət Hüququna dair JN-184, KOD:30320028 saylı Dövlət Aktında “Ərizəçi” əvəzinə səhvən “Ərizəçi Şərəf oğlu” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, KOD:30320028 saylı Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-184, KOD:30320028 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, KOD:30320028 saylı Şəhadətnamənin və Torpağa Mülkiyyət Hüququna dair JN-184, KOD:30320028 saylı Dövlət X1, X6 və X4 ilə yanaşı Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-329F, KOD:30320028 saylı Şəhadətnamənin Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-184, KOD:30320028 saylı Dövlət Aktının Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1058/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1058/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver