Məhkəmə qərarları › İş №2(027)-1061/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1061/2022

28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1061/2022 28.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-0022 kod 30318068 saylı torpağa mülkiyyət hüququna X21n və JN-240F kod 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə o, Ərizəçi və ailə üzvləri olan digər mülkiyyətçilər X10, X11, X12, X5 Quba rayonu, Dağlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.91 ha torpaq sahəsi verilmiş və adlarına JN 0022 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X22 verilmişdir. Eləcə də, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə o, Ərizəçi və ailə üzvləri olan digər mülkiyyətçilər X10, X9 Quba rayonu, Dağlı kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş və adlarına JN 240F Kod 30318068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmişdir. Qeyd olunan Torpağa Mülkiyyət Hüququna X20 və Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə o, Ərizəçi soyadı düzgün yazılsa da, adı Şəkxanım əvəzinə Şəkixanım kimi, ata adı Misbala əvəzinə Nurbala kimi səhvən qeyd olunmuşdur. Soyadının, adının və ata adının Ərizəçi olması şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməm ilə də təsdiq olunur. Hazırda qeyd olunan kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələrinə dair Reyestr Çıxarışı almaq istəyir. Lakin, JN 0022 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X20 və JN 240F Kod 30318068 saylı Torpağın Mülkiyyətə X2 yalnışlığa görə həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququm məhdudlaşmışdır. Bunula bağlı hüquq müəyyənedici sənədləri DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişlər. Lakin 17.02.2022-ci il tarixli məktubu ilə ad və ata adında olan uyğunsuzluğu aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətinə aid olmadığını, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. JN 0022 Kod 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X21 və JN 240F Kod 30318068 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməni verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı ilə keçirilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqın şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Ərizəçi 05.1.1946-cı il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı “Şəkxanım” və atasının adı ”Misbala” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna X21n surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarına əsasən JN-0022, KOD 30318068 saylı Dövlət Aktı tərtib edilərək 0.91 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən JN-240F, KOD 30318068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi Quba rayon AİK-nın 18.11.1998-ci il tarixli 15 saylı qərarına əsasən 0.91 ha torpaq sahəsi verilərək JN-0022, KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X22 və Quba rayon AİK-nın 09.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən 0.20 ha torpaq sahəsi verilərək JN-240F, KOD 30318068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. JN-0022, KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X20 və JN-240F, KOD 30318068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə “Ərizəçi” əvəzinə səhvən “X4” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən JN-0022 kod 30318068 saylı torpağa mülkiyyət hüququna X21n və JN-240F kod 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-0022 kod 30318068 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3, X11, X12 və X7 ilə yanaşı və JN-240F kod 30318068 saylı torpağın mülkiyyətə verilməsinə dair X1 və X12 ilə yanaşı, Ərizəçi məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-0022, KOD 30318068 saylı Torpağa Mülkiyyət Hüququna X21n Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-240F, KOD 30318068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Ərizəçi münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar