Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1062/2021 25.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızının maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X4r- Ərizəçi1, X8 və X9 məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızı ərizəsini onunla əsaslandırmışlar ki, valideynləri-X19 ilə X17 01 avqust 1978-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından onlar, eləcə də digər qardaşımız X20 doğulmuşdur. Onlara doğum haqqında şəhadətnamə alınarkən valideynləri ulu babaları Abdullanın adının davam etməsi üçün onlara öz soyadları olan Yusifov soyadı deyil, ulu babaları Abdullanın adı ilə Abdullayev soyadını vermişlər. Bu səbəbdən də, onların şəxsiyyətlərini müəyyən edən sənədlərdə (doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələri) soyadları Abdullayev yazılmışdır. Lakin qardaşları Teyfura doğum haqqında şəhadətnamə alınarkən öz Yusifov soyadını vermişlər. Bildirirlər ki, Quba AİK-nin 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onlar Ərizəçi1, X8 və X9, eləcə də digər ailə üzvləri X19, X17 və X13 Quba rayonu, 1-Nügədi kəndi ərazisindən 1.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adlarına JN:264 Kod 30319018 saylı Torpağa mülkiyyət X35 Aktı verilmişdir. Dövlət Aktında onlar-Ərizəçi1, X8 və X1 Abdullayev əvəzinə səhvən valideynlərinin soyadı ilə X24, X14 və X7 qeyd olunmuşdur. Soyadları Abdullayev olması ərizələrinə əlavə edilən şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri və Qubaa RİHB-nın 1-ci Nügədi İƏD üzrə nümayəndəliyinin 845 saylı 08 oktyabr 2020-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Hazırda həmin torpaq sahəsinə dair adlarına çıxarış almaq istəyirlər. Lakin JN:264 Kod 30319018 saylı Torpağa mülkiyyət X35 Aktında soyadda olan yanlışlığa görə həmin torpaq sahəsinə dair onların sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Qeyd olunan torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət ediblər. DƏDRX-nın 5 saylı Ərazi İdarəsi 23 okyabr 2020-ci il tarixli məktubu ilə onlara qeyd olunan sənəddə soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Əlavə olaraq qeyd etmişlər ki, JN:264 Kod 30319018 saylı Torpağa mülkiyyət X35 Aktını verən AR DT və XK-ləğv edilmiş, həmin sənəddəki yanlışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X35 X5, X14 və X15 məxsus olmasına dair hüqüqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olublar. Məhkəmədə ərizəçilərin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçilərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X35 Aktından görünür ki, X19, X17, X24, X16, X21 və X11 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə 1.33 hektar torpaq sahəsi verilmişdir, həmin dövlət aktında ərizəçilər Ərizəçi1, (Cabbarova) X8 və Abdullayeva (Məhərramova) Günəş Qurban qızının soyadları Yusifov kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsinin 08.10.2020-ci il tarixli, 845 №li arayışından görünür ki, Quba rayonu, 1-ci Nügədi kənd sakinləri Ərizəçi1, Abdullayeva Natəvan Qurban qızı, Abdullayeva Günəş Qurban qızının soyadları JN: 264 KOD 30319018 nömrəli Torpağa Mülkiyyət X35 Aktına əsasən X24, X14, X21 yazılıb. Düzgün olan yazılış Ərizəçi1, X10, X2 yazılmalı və oxunmalıdır. İş materiallarında olan 26 sentyabr 1980-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı, 360923 № li, doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1980-ci il tarixdə anadan olmuş, şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi1 kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 04 noyabr 2020-ci il tarixli arayışından görünür ki, ərizəçi X12 xx.xx.1985-ci ildə anadan olmuş və bu barədə 24.10.1985-ci il tarixdə Quba rayon 1-ci Nügədi İƏD tərəfindən 139 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 04 noyabr 2020-ci il tarixli arayışından görünür ki, ərizəçi X8 xx.xx.1982-ci ildə anadan olmuş və bu barədə 29.07.1982-ci il tarixdə Quba rayon 1-ci Nügədi İƏD tərəfindən 76 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 04 noyabr 2020-ci il tarixli arayışından görünür ki, X25 və X3 nikahları haqqında 14.08.2003-cü il tarixli 170 №-li akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Cabbarova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 04 noyabr 2020-ci il tarixli arayışından görünür ki, X22 və X6 nikahları haqqında 30.09.2009-cu il tarixli 38 №li akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Məhərramova soyadı verilmişdir. İş materiallarında olan 17.08.2017-ci il tarixdə verilmiş pasportun surətindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi1dur. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçi3dır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 23.10.2020-ci il tarixli, **********67 №li məktubdan görünür ki, DT və XK-si tərəfindn verilmiş JN-264 KOD 30319018 saylı Torpağa Mülkiyyət X35 Aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahəiyyətlərinə aid deyildir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X35 Aktı əsasında X19, X17, X24, X16, X21 və X11 mülkiyyətinə 1.33 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçilər Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızının soyadlarının «Abdullayev» əvəzinə səhvən «Yusifov» kimi qeyd olunması, hüquq müəyyənedici sənəd olan JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X35 Aktında ərizəçilərin soyadının (adının, soyadının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən soyadı (adı, soyadı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmələri və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X35 Aktının Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızına məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN:264 Kod 30319018 saylı Torpağa Mülkiyyət X35 Aktının digər ailə üzvləri ilə birlikdə həmçinin Ərizəçi1, Cabbarova (Abdullayeva) Natəvan Qurban qızı və Məhərramova (Abdullayeva) Günəş Qurban qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1062/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1062/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver