Məhkəmə qərarları › İş №2(027)-1062/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1062/2025

21.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1062/2025 21.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I.İşin mahiyyəti: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, övladı xx.xx.2006-cı il təvəllüdlü Hüsnü-Mübarək Mübariz oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı xx.xx.2006-cı il təvəllüdlü Hüsnü-Mübarək Mübariz oğlu “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır dərəcəli əqli gerilik davranış pozuntusu ilə İb 20 bal” diaqnozu əsasında birinci dərəcə əlil hesab olunmuşdur və “hemiplegiya, nəzərəçarpan hemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez, triplegiya, nəzərəçarpan triparez, nəzərəçarpan pantetraparez (G81- G81.9,G82-G82.9,G83-83.2) meyar göstəriciləri əsas görütülməklə qapalı məkanda (otaqda) istifadə üçün dövlət tərəfindən mexaniki təkərli oturacaqla təmin edilmişdir. Göründüyü kimi, onun yuxarıda qeyd olunan diaqnozlu ağır xəstə olması, o cümlədən çox ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və spastik tetraparez səbəbindən hərəkətlərinin mahiyyətini dərk edə, mənafeyini qoruya bilmir. Quba Rayon Mərkəzi Xəstəxanası X14 Psixiatrik kabinetində xx.xx.2007-ci il tarixdən etibarən qeydiyyatdadır və mütəmadi olaraq həkim tərəfindən ixtisaslı müayinədən keçirilir, özü və ətrafdakılar üçün təhlükə yaratmasının qarşısını almaq məqsədilə müvafiq dərmanlar qəbul etməlidir. O sərbəst qərar verə, özünü sərbəst surətdə idarə edə bilmir və birinci dərəcə əlil hesab edilmişdir. Özünə qulluq edə bilmədiyi üçün onu himayə edir, hazırda da ona qulluq edir. Gündəlik həyatında özünə xidmət edə bilmədiyi üçün ona xidmət və nəzarət edir. Bəzi hallarda hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından ailəsi bir sıra çətinliklərlə üzləşir. Sərbəst surətdə hərəkətlərini idarə edə bilməməsi, öz mənafelərini qoruya bilməməsi səbəbindən onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan AZE seriyalı, ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 09117239 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-İ 146124 seriyalı “Nikah haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, X8 ilə X5 arasında xx.xx.2005-ci il tarixdə Quba rayonu, Quba rayonu, Qeydiyyat şöəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 63 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Qəribova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 732475 seriyalı “Doğum haqqında şəhadətnamə”-nin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü Hüsnü- Mübarək Mübariz oğlu doğulmuş, atası- X8, anası- Ərizəçi kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nin Qırmızı qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 13 №li arayışından görünür ki, Qəribova X1 yaşayır, aşağıdakı ailə tərkibi var; həyat yoldaşı xx.xx.1976-cı il təvəllüdlü X8, qızı xx.xx.2002-ci il təvəllüdlü X3, qızı xx.xx.2005-ci il təvəllüdlü X4 və oğlu, xx.xx.2006-cı il təvəllüdlü Hüsnü-Mübarək Mübariz oğlu. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Quba Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2025-ci il tarixli PHŞ/6.56-2saylı arayışından görünür ki, Hüsnü-Mübarək Mübariz oğluna çox ağır dərəcəli, gerilik davranışın pozulması F.73.1, spastik tetrapozes G.82.4 dianozu ilə xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat çıxarışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Hüsnü-Mübarək Mübariz oğluna 1-ci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 3788 saylı rəyindən görünür ki, Hüsnü-Mübarək Mübariz oğlunda “uşaq serebral iflicinin qalığ əlamətləri, dərin əqli geriliklə” xroniki psixi xəstəliyi müəyyən edilir. Hüsnü-Mübarək Mübariz oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Hüsnü-Mübarək Mübariz oğlunu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2006-cı il təvəllüdlü Hüsnü-Mübarək Mübariz oğlunun anasıdır. Hüsnü-Mübarək Mübariz oğlunun psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi xx.xx.2025-ci il tarixli, 3788 saylı rəyindən görünür ki, X2 “uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” psixi xəstəliyi müəyyən edilir. Hüsnü-Mübarək Mübariz oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Hüsnü-Mübarək Mübariz oğlunu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar var. V. Nəticə: Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü Hüsnü-Mübarək Mübariz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Quba rayonu Dağlı kəndində anadan olmuş Hüsnü-Mübarək Mübariz oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.2006-cı il tarixdə Quba rayonu Dağlı kəndində anadan olmuş Hüsnü-Mübarək Mübariz oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üzərində qəyyum təyin etmək üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar