Məhkəmə qərarları › İş №2(027)-1063/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1063/2021

28.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1063/2021 28.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tiklinin istismarının qadağan edilməsi, qanunsuz məhv etdiyi əmlakın bərpa edilməsi və qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz tikilinin mağazanın istismarına qadağan edilməsi və cavabdehin öz hesabına sökülməsi, məhv etdiyi əmlakının öz hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 236.5 kv.m olan mağaza binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin (indiki halda DƏDRX) 246 nömrəli 29 avqust 2002-ci il tarixdə 1 nömrəli reyestr kitabının 62 səhifəsində onun adına qeydə alınmışdır. Qeyri yaşayış binasının texniki pasportu avqust 2002-ci il də işlənib. Cavabdehin istifadə etdiyi metal konstruksiyalardan quraşdırılmış mağzası ilə qonşudur. Mülkiyyətində olan mağaza ilə cavabdehin istifadə etdiyi mağaza arasında Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun təhlükəizliyin təmin edilməsi məqsədilə 60 sm-İik ara məsəfəsi olub. O, dəfələrlə cavabdehə istifadəsində olan mağzanın əvvəlki formada rekonstruksiya etməsini, mağazanın divarın istifadə etməsinə son qoyulmasını, həmçinin məhv etdiyi əmlakının bərpa etməsini tələb etsə də etirazlarını saymır, qanunsuz tikilinin istismarını davam etdirir. Ona görə də hüquqlarının məhkəmə qaydasında müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırkı Diskə baxışdan da görünür ki, cavabdeh onun tərəfinə keçib, cavabdehin təqsiri üzündən mağazanın damı damır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, onun dükanı əvvəl atası tərəfindən tikilib, iddiaçının razılığı əsasında mağazanın damını bərpa etdirmişdir. İddianı əsassız hesab edir, təmin olunmamasını xahiş edir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsindən görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanda yerləşən mağaza binası mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan texniki pasportdan görünür ki, İddiaçı məxsus Quba şəhəri, 22-ci məhəllə üvanda yerləşən tikintialtı sahəsi 268 kv.m, tikinti həcmi 1172 kub.m olan mağazası vardır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/3149№li ekspert rəyindən görünür ki, iddiaçıya məxsus tikilinin dam hissəsinə baxış keçirilən zaman qonşu sahədə yerləşən, cavabdehin istifadəsində olan tikilinin taxta konstruksiyalardan və azbest dam örütüyündən ibarət damının sol hissəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində yerləşdiyi müəyyən olunur. İddiaçıya məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 430.00 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda iş üzrə iddiaçı şəxs olan İddiaçı istifadəsində olan qeyri yaşayış sahəsinə baxış keçirilən zaman tikilinin mülki iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən 29.08.2002-ci il tarixli, 246 №li texniki pasport sənədində qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 10/3149№li ekspert rəyi ilə cavabdehin istifadəsində olan tikilinin taxta konstruksiyalardan və azbest dam örütüyündən ibarət damının sol hissəsinin İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində yerləşdiyi sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin sağ divarının 25m-lik hissəsinin üzərində özbaşına tikinti işləri aparmaqla, iddiaçının mülkiyyət hüquqlarını pozması, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan mağazanın dam örtüyünün 25m-lik hissəsi Cavabdeh hesabına sökülərək, əvvəlki vəziyyətə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir: 1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı; 2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. İşdəki sübutlardan görünür ki, Quba şəhəri, 22-ci məhəllə ünvanda yerləşən mağaza binası iddiaçının xüsusi mülkiyyətindədir, lakin cavabdeh iddiaçının mülkiyyətində olan həmin mağaza binasının sağ divarının 25m-lik hissəsinin üzərində özbaşına tikinti işləri apararaq qanunsuz sahiblik etməklə, oradan qanunsuz istifadə edir. Cavabdehin iddiaçının mülkiyyətində olan mağaza binasının sağ divarının 25m-lik hissəsinə qanunsuz sahiblik etməsi, iddiaçının həmin mülkiyyətinə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən yuxarıda göstərilən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. İş üzrə Cavabdeh iddia tələbinə etirazı əsaslandıran halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddia tələbini sübutemə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddia tələbinə etirazı əsaslandıran halları sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 noyabr 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikas MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verib hesab edir ki, İddiaçı mülkiyyətində olan mağazanın dam örtüyünün 25m-lik hissəsi Cavabdeh hesabına sökülərək, əvvəlki vəziyyətə bərpa edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan mağazanın dam örtüyünün 25m-lik hissəsi Cavabdeh hesabına sökülərək, əvvəlki vəziyyətə bərpa edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar