Məhkəmə qərarları › İş №2(027)-1072/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1072/2022

02.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1072/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər X52 Xidmət Mərkəzi Notariat Ofisi, Cavabdeh1din Gülnəzər oğlu və Cavabdeh2 qarşı miras əmlaka vəsiyyət və qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlaka tam pay tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, miras qoyan 10 aprel 2010-cu ildə vəfat etmiş X2 və 14 mart 2016-cı ildə vəfat etmiş X5 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən onlara düşən paya onun mirası qəbul etməsi faktının müəyyən edilməsi, onun qanun üzrə vərəsəlik hüququnun tanınması, miras qoyan 29 dekabr 2000-ci ildə vəfat etmiş X11 qalmış miras olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən ona düşən paya onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, həmin miras əmlaklara tam payının müəyyən edilməsi və Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisi tərəfindən Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən ibarət miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddasını onunla əsaslandırmışdır ki, atası X12 və X29 04 dekabr 1946-cı ildə ailə qurmuşlar. Onların nikahından özü, qardaşları Camaləddin, Fuad, bacıları Xatirə, Əsli və Feyzebanı doğulmuşlar. Qardaş və bacıları ailə qurmuş və köçüb getmişlər. Yalnız bacısı Feyzebanı ailə qurmamış, atası, anası və onunla birlikdə yaşamışlar. Anası Gülzar 23 oktyabr 1992-ci ildə vəfat etmiş, bundan sonra atası Rusiya Federasiyası Dağıstan Respublikası Lak kəndində anadan olmuş X23 ilə ailə qurmuş, lakin Patimat Məmmədova ilə nikahlarını rəsmiləşdirməmişlər. Birlikdə yaşadığları dövrdə Quba rayonunda Aqrar İslahat keçirilən zaman atası Gülnəzər Ağakişiyevaya, analığı Patimat Məmmədovaya və bacısı X37 rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə Quba rayonu Digah kəndi ərazisindən 1,86 ha torpaq sahəsi verilmişdir. Patimat Məmmədova 29 dekabr 2000-ci ildə evlərində vəfat etmişdir. Birlikdə yaşadıqları vaxt Patimat Məmmədova onu övladı kimi istəmiş, o, da ona doğma anası kimi baxmışdır. Ona görə də Patimat Məmmədova daima özünə məxsus bütün əmlakı ona vəsiyyət etdiyini demiş, lakin həmin vaxt maddi imkansızlıqdan və savadsızlıqdan vəsiyyətnaməni ev şəraitində şahidlərin iştirakı ilə yazmış, həmin vəsiyyətnaməni notariat kontorunda təsdiq etdirə bilməmişlər. X31 o, dəfn etmiş, onun dəfn xərclərini çəkmişdir. Onun ölümündən sonra atası bacısı ilə birlikdə onunla yaşamağa davam etmişdir. X26 10 aprel 2010-cu il tarixdə vəfat etmiş, vəfat edənə kimi ailə qurmamış subay olmuşdur. Bacısından sonra atası Gülnəzər Ağakişiyev 14 mart 2016-cı ildə vəfat etmişdir. O, atasının dəfn xərclərini çəkmişdir. Atası, bacısı və analığından qalmış miras əmlakı hələ onların sağlığından başlayaraq hal-hazıra kimi o, idarə edir. Özü xəstə olduğu üçün miras əmlakı övladlarının adına keçirmək üçün X52 Xidmət mərkəzinin Notariat Ofisinə müraciət etmişdir. Ona mirasın qəbulu üçün müddəti ötürməyi və mirası qəbulu barəsində faktiki sübutlar təqdim etmədiyi üçün miras əmlak haqqında vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və 07 fevral 2022-ci il tarixli, 421 nömrəli məktubla məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Miras əmlak Torpağa Mülkiyyət Hüququna dair JN-546 KOD 30307038 saylı Dövlət Aktıdır. O, miras qoyanlar atası Gülnəzər Ağakişiyevin birinci növbəli, X26nın birinci növbəli vərəsəsi olmadığı üçün ikinci növbəli vərəsəsi, X27 isə vəsiyyət üzrə vərəsəsidir. Ondan başqa Gülnəzər Ağakişiyevin və Feyzabanı Ağakişiyevanın vərəsələri olan bacısı Cavabdeh2 və qardaşı Cavabdeh1 olsa da onlar miras əmlakı qəbul etməmişlər. Miras əmlakı tam olaraq o, qəbul etmişdir. X27 isə Azərbaycanda heç kimi yoxdur və əmlakını ona vəsiyyət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan 10 aprel 2010-cu ildə vəfat etmiş X2 və 14 mart 2016-cı ildə vəfat etmiş X5 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən onlara düşən paya onun mirası qəbul etməsi faktının müəyyən edilməsi, onun qanun üzrə vərəsəlik hüququmun tanınması, miras qoyan 29 dekabr 2000-ci idə vəfat etmiş X11 qalmış miras olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən ona düşən paya onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, həmin miras əmlaklara tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil iddia tələbini müdfiə edərək, iddianın təmin olunmasını xahiş etmişlər. 05 may 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1din Gülnəzər oğlu iddianı qəbul edərək göstərmişdir ki, İddiaçı doğma qardaşıdır. Atası, bacısı və analığından qalmış miras əmlakı hələ onların sağlığından başlayaraq hal-hazıra kimi qardaşı İddiaçı idarə edir. O, həmin əmlaka dair nə qanuni, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Ona görə də hazırda mərhum X2 və mərhum Ağakişiyev Gülnəzər Pirnəzər oğlundan miras qalmış əmlaklara İddiaçı mirası qəbul etməsi, onun qanun üzrə vərəsəlik hüququnun tanınmasına heç bir etirazı yoxdur. İş üzrə digər cavabdeh X52 Xidmət Mərkəzi Notariat Ofisinin notariusu Cəmil Hüseynov məhkəməyə məktub göndərərək, X52 Xidmət Mərkəzi Notariat Ofisinin iş rejimi və əhalinin sıxlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə bu iş üzrə 02 iyun 2022-ci il tarixli məhkəmə iclasını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan keçirilməsini və işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X40 və X33 ifadələrində göstərmişlər ki, İddiaçı qonşularıdır. Şahinin atası Gülnəzər, anası Gülzar, analığı Fatimat olub. Ataanasının bütün yas mərasimlərini İddiaçı çəkmişdir. Atası, bacısı və analığından qalmış miras əmlakları İddiaçı idarə edir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdeh Fuaddin Ağakişiyevin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 190482 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 10.04.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 190448 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X23 29.12.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 11.10.2021-ci il tarixli, çıxarışından görünür ki, X12 ilə X38 arasında nikah 04.12.1946-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 16.11.2021-ci il tarixli 870 №li arayşdan görünür ki, X1 rayonu Digah kəndində yaşamış, 10.04.2010-cu il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra vərəsələri, X13 (vəfat edib), X29 (vəfat edib), X8 (vəfat edib), X20 (vəfat edib), İddiaçı, Cavabdeh1, Cavabdeh2 qalmışlar. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 08.11.2021-ci il tarixli, 820 №li arayşdan görünür ki, X14 Quba rayonu Digah kəndində yaşamış, 14.03.2016-cı il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra vərəsələri, X29 (vəfat edib), X8 (vəfat edib), X7 (vəfat edib), X20 (vəfat edib), İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qalmışlar. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 278 №li arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 22.04.1963-cü il tarixində Quba rayonu Digah kəndində anadan olmuş X3 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 22.04.1981-ci ildən 10.04.2010-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X3 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 15 oktyabr 2021-ci il tarixli, 267 №li arayşdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 17.09.1932-ci il tarixində Rusiya Federasiyası, Dağıstan Respublikasının Lak kəndində anadan olmuş X15 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 1945-ci ildən 29.12.2000-ci ilədək olan dövrə aid Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X15 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 11.10.2021-ci il tarixli, İV-JQ seriyalı 372660 saylı çıxarışından görünür ki, X29 23.10.1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 15.10.2021-ci il tarixli, AZ-İİ seriyalı 418066 saylı arayışıdan görünür ki, X8 24.07.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 24.09.2021-ci il tarixli, 804372 saylı arayışından görünür ki, X12 14.03.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 13.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş, atası X12, anası X21r. İş materiallarında olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanladığı 07 fevral 2022-ci il tarixli, 421 №li məktubundan görünür ki, mirasın qəbulu müddətini ötürdüyündən və mirasın faktiki qəbulu, ona sahiblik etmə barədə sübutlar təqdim edə bilmədiyindən “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı madəsinin 1-ci bəndini tələbinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə veriməsi mümkün deyildir. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Quba rayonu, Digah kənd sakinləri X30, X34 və X35 tərəfindən tərtib olunmuş aktdan görünür ki, həqiqətən Digah kəndində yaşamış X23 2000-ci ilin dekabr ayında vəfat etmiş, o, el qaydasında Quba rayonu, Digah kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 15.10.2021-ci il tarixli, 714 saylı arayışından görünür ki, İddiaçı atası X12 14.03.2016-cı ildə vəfat etmiş, dəfn xərcini oğlu İddiaçı çəkmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəsinin 10.11.2021-ci il tarixli, 844 saylı arayışından görünür ki, İddiaçı analığı X23 29.12.2020-ci ildə vəfat etmiş, yaxınlarının verdiyi məlumata əsasən dəfn xərcini oğulluğu İddiaçı çəkmişdir. İş materiallarında olan Digah-Xucbala bələdiyyəsinin 15.10.2021-ci il tarixli, 248 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu Digah kəndində yaşayır və 14 mart 2016-cı idə vəfat elmiş atası X9 JN 546 nömrə Dövlət aktı ilə məxsus olan torpaq sahələrini istifadə etmiş və vergi borcunu ödəmişdir. Hal-hazırda həmin torpaq sahəsinin vergi borc yoxdur. İş materiallarında olan JN-546 KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna X51 görünür ki, X12, X23 və X3 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə 1,86 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, X23 ona məxsus bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Cavabdeh1din Gülnəzər oğlunun Notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, 10.04.2010-cu ildə vəfat etmiş mərhum X2 və 14.03.2016-cı ildə vəfat etmiş mərhum X5 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişdir. 6 aylıq müddəti buraxmışdır. Məhkəmə iş üzrə müəyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, məhkəmə təhqiqatı zamanı 10 aprel 2010-cu ildə vəfat etmiş X2 və 14 mart 2016-cı ildə vəfat etmiş X5 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbul edilməsi sübuta yetirilir. Həmçinin, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X23 29 dekabr 2000-ci il tarixdə ölmüş, X23 08 fevral 1998-ci il tarixli yazılı vəsiyyətnamə ilə özündən miras qalmış torpaq sahəsini İddiaçı vəsiyyət etmiş, İddiaçı X11 qalmış mirası qəbul etmişdir. Azərbaycan Respublikası MPM 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanın əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin, həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. X42 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 02 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2006-cı il tarixli qərarında göstərilir ki, özəlləşdirmə hüququnun faktiki olaraq onun reallaşdırılması mərhələsindən çıxmaqla subyektiv hüquqa transformasiya etməsinə (mənzilə (evə) mülkiyyət hüququ barədə qeydiyyat vəsiqəsinin alınmaması) iradədən asılı olmayan bioloji faktor kimi ölümün maneə törətməsi, digər tərəfdən isə ölən şəxs barəsində mənzilin (evin) özəlləşdirilməsindən imtina edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmaması xüsusi mülkiyyət hüququnun artıq formalaşması kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi sahiblik və istifadə hüquqlarını mülkiyyət hüquqlarının elementləri saymış, Mülki Məcəllənin 157.8-ci maddəsi əmlaka sahiblik hüququnu mülkiyyət hüququna bərabər saymışdır. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu torpağa sahiblik və istifadə hüquqlarını mülkiyyət hüququnun elementləri saymaqla, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olmasının əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəssinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1173-cü maddəsinə əsasən yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə işdəki sübutlarla müəyyən etmişdir ki, X7 və X5 miras qalan Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsi üzrə mirası İddiaçı faktiki idarə etməklə qəbul etmiş, bununla da o, həmin torpaq sahəsinə vərəsəlik üzrə mülkiyyət hüquqları əldə etmişdir. Digər vərəsələr Cavabdeh1din Gülnəzər oğlu və Cavabdeh2 X7 və X5 qalmış mirası qəbul etməmiş, Cavabdeh1din Gülnəzər oğlu X7 və X5 qalmış miras payından qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, miras qoyan 10 aprel 2010-cu ildə vəfat etmiş X2 və 14 mart 2016-cı ildə vəfat etmiş X5 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən onlara düşən paya İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilməli, onun qanun üzrə vərəsəlik hüququ tanınmalı, miras qoyan 29 dekabr 2000-ci ildə vəfat etmiş X11 qalmış miras olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən ona düşən paya İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalı, həmin miras əmlaklara tam payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e tdi: İddia təmin edilsin. Miras qoyan 10 aprel 2010-cu ildə vəfat etmiş X2 və 14 mart 2016-cı ildə vəfat etmiş X5 qalmış miras əmlak olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən onlara düşən paya İddiaçı mirası qəbul etməsi faktı müəyyən edilsin və İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınsın; Miras qoyan 29 dekabr 2000-ci ildə vəfat etmiş X11 qalmış miras olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-546 KOD 30307038 saylı Dövlət Aktına əsasən Quba rayonu Digah kəndində yerləşən 1,81 ha torpaq sahəsindən ona düşən paya İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın və həmin miras əmlaklara tam payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar